DogruXeber.az: - Bir neçə ay bundan öncə işində nöqsanlar buraxdığına görə, Samux Suvarma Sistemləri İdarəsinin rəisi işdən azad olundu.
Çox keçmədi ki, yeni rəis idarəyə təqdim olundu və işə başlayan kimi yarım milyonluq tender elan etdi.
Güya ki, Tatlı arxının, nəqliyyat vasitələrinə, torpaqqazan mexanizmlərin ehtiyyat hissələrinə, subartezianların təmirinə və s. Dövlət büdcəsindən, tender elan edərək, 417 min manat maliyyə əldə olunub.
Sözügedən və adı çəkilən təmirdə kəndlərin su sistemlərinin nə qədər təmir olunması, alınan malların həqiqəti doğrultması sual altındadır.
Aşağıda Tenderlərin siyahısını tqdim edirik:
Məbləğ: 119.736.63 AZN
"AZAM GROUP"MMC
Tatlı arxının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satınalması.
Nizamnamə kapitalı 10.00 azn, Qanuni təmsilçi Əhməd Mehtiyev Ramazan oğludur.
Məbləğ: 39.400 azn
"DREAM HOUSE CONSTRUCTİON" MMC
Layihə -smeta sənədlərinin hazırlanması işlərinin satınalınması
Nizamnamə kapitalı: 520.00 azn, Qanuni təmsilçi Vahid Çələbiyev Rövşən oğlu.
Məbləğ: 47.995.32 azn
"AVTO TEXNİKA DETALİNG" MMC
Nizamnamə kapitalı: 20.00 azn Qanuni təmsilçi Teymur Müslümov Əkrəm oğlu.
Məbləğ: 210.000
"AZƏRTRANSS" MMC
Nizamnamə kapitalı: 20.00 azn, Qanuni təmsilçi Adil Qasımov Məmməd oğlu.//Hurriyyet.az