"Şikayətim Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətindəndir". "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində Bakı sakini Kəmalə Kərimli qeyd edib.
O daha sonra bunları bildirir: "Bilirsiniz ki, ölkədə təəsüf ki hər qəsəbə yolların infrastrukturu mükəmməl səviyyədə deyil.
Keçən il mən də bir vətəndaş olaraq, payız-qış aylarında yağan yağış ucbatından bərbad vəziyyətinə çevrilmiş və demək olar ki, gəziləsi mümkün olmayan yollara asfalt örtüyün çəkilməsi üçün Xəzər rayon icra hakimiyyətinə ərizə yazdım.
İcra hakimiyyətindən mənə məktub göndərildi ki bu işə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır və bu şikayəti onlara yöndəndirin...
Ərinmədim və Avtomobil yolları agentliyinə də eyni formada şikayətimi bildirdim. Və onlar da mənə məktubla geri dönüş etdilər ki, bu küçələr Agentliyin “mülkiyyətində” olmadığından təmir oluna bilməz.
Və 1 ildir heç bir dəyişiklik yoxdur!
Sualım budur: bu küçələr kimin “mülkiyyətidir?” Siz yalnız sizin mülkiyyətinizə aid olan küçələri təmir-bərpa edirsinizsə, bu küçələrdə yaşayan vətəndaşlar hara müraciət etməlidir?
Niyə bu şikayəti bir-birinizin üstünə atırsınız?
Niyə heç kim yollarla bağlı bir tədbir görmür?
Bu asfalt yolların çəkilməsi kimin öhdəliyindədir? Hər cür şikayət... hər cür məktub yazmışıq baxan yoxdur! Kimə müraciət edək?!"
"DİA-AZ" qeyd edir ki, əslində həmin yollar məhz icra hakimiyyətinin mülkiyyətindədir. Sadəcə olaraq icra başçısı Elşən Salahov cənabları yenə də ənənəvi süulla PROBLEMİN ÜSTÜNƏ GEDİR... Yəni boynundan atır. Bu vaxta qədər sərgilədiyi metodla problemlərə yanaşan icra başçısını daha vətəndaşın düşdüyü hal maraqlandırmır...
Hətta sözügedən yol icra hakimiyyətinin balansında olmadığı təqdirdə belə vətəndaşın şikayət məktubunu vətəndaşın özü yox, elə İCRA HAKİMİYYƏTİ yönləndirməli idi əlaqədar bildiyi qurumun ünvanına... Buna belə ərinən Xəzər RİH əslində vəzifəsinin icrasından boyun qaçırır ki, buna görə də məsuliyyət yükü var...