Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq – Təfərrüat
Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Ukrayna Ticarət Evi” MMC (VÖEN – 1404173661) olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət AzTV-nin sifarişi əsasında “Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması (“Catering") xidmətini həyata keçirəcək və qarşılığında 24 min 18 manat 90 qəpik alacaq.
Bildirilir ki, AzTV 30 gün müddətində hər gün 230 ədəd sendviç (sendviç çörəyi, toyuq əti 100 qram, kahı, xiyar, pomidor, moyenez) və 6 900 ədəd 0,5 litr su (təbii mineral) alacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Ukrayna Ticarət Evi” MMC 6 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub.
“Ukrayna Ticarət Evi” MMC-nin rəsmi saytında qeyd olunur ki, şirkətin əsas fəaliyyət istiqamətləri xarici ticarət, daxili ticarət şəbəkələri və distribusiyalarının yaradılması, fəal nəqliyyat-logistika zəncirlərinin işlənib hazırlanması, turizm, maliyyə auditi və konsaltinqdir. Eyni zamanda, Ukrayna ticarət-sənaye subyektlərinin Azərbaycandakı kontr-partnyorlar ilə qarşılıqlı əlaqələrinə, onların əməkdaşlığına və istehsalat kooperasiyalarına yardım və konsultativ monitorinq etmək nəzərdə tutulub.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisi 59 saylı Quba seçki dairəsindən deputat seçilən Əlibala Məhərrəmzadə Səttar oğludur. Əlibala Məhərrəmzadə iqtisadiyyat elmləri doktoru, eyni zamanda yazıçı-publisistdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Məsələ ilə bağlı, Yeniavaz.com-a açıqlama verən millət vəkilinin köməçisi Elnur Xəlilov bildirib ki, Əlibala Məhərrəmzadə 6 sentyabr 2024-cu il tarixindən “Ukrayna Ticarət Evi” MMC-nin təsisçiliyindən azad olunub. Deputatın köməkçisi qeyd edib ki, Əlibala Məhərrəmzadə həm də MMC-nin qanuni təmsilçiliyini başqa bir şəxsə təhvil verib. Elnur Xəlilov reyesterdə müvafiq dəyişikliklərin aparılması üçün Vergi Xidmətinə rəsmi müraciətin edildiyini və yaxın günlərdə dəyişikliyin reyesterdə əks olunacağını bildirib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski Məhərrəmzadə Əlibala Səttar oğlunu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni ilə təltif edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda “Ukrayna Ticarət Evi” MMC-yə məxsus “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində iştirak edib.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18 Noyabr 2024 ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
18 Noyabr 2024 Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə müraciət etdi
18 Noyabr 2024 DYP əməkdaşı barədə vətəndaş PREZİDENT və Daxili İşlər Nazirinə AÇIQ MÜRACİƏT ETDİ FOTOLAR
18 Noyabr 2024 Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...

Dünyapress TV

Xəbər lenti