Estetik əməliyyatın növbəti qurbanbanı bu xanım oldu - “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB
Sosial şəbəkələrdə son dönəmlər bədən şəkilləndirmə əməliyyatları xüsusilə çox yayılıb. Bu cür əməliyyatların qorxusuz, ağrısız, risksiz olduğunu deyən həkimlər insanları şirnikləndirir.

Təəssüflər olsun ki, bədən şəkilləndirmə əməliyyatları arasında uğursuz nəticələnənləri də çoxdur.

Fidan İsmayılqızı da uğursuz nəticələnən estetik əməliyyatın qurbanıdır. O, Bizim.Media-ya qarın gərmə əməliyyatı nəticəsində necə ölümlə üz-üzə gəldiyini danışıb:

“Əməliyyatdan sonra qanaxma başladı”

O, komplekslərindən qurtulmaq üçün aprelin 16-sı “Yasamal Hospital”a üz tutub. Fidan İsmayılqızı deyir ki, klinikanın estetik cərrahı, baş həkimi Elvin Əliyev və komandası ona abdominoplastika, yəni qarın gərmə əməliyyatı ediblər. Əməliyyatdan 1 saat sonra isə Fidan xanımın halı dəyişib.

“Təzyiqim düşdü, gözüm qaraldı, bədənim bumbuz tər oldu, ürəkbulanma, qusma başladı. Bunlar daxili qanaxma əlamətləridir.Yenidən əməliyyat stoluna qaytardılar. 2-ci əməliyyatım çox uzun çəkdi. Bir gün içində iki dəfə əməliyyat olundum. Sağ çıxanda sevindim. Sən demə, 1 həftə sonra daha ağır günlərim başlayacaqdı...”

“Klinika məni qəbul etmədi”

Fidan İsmayılqızı ikinci əməliyyatla sadəcə canını qurtara bildiyini, amma 6 ay ərzində hər gün əziyyət çəkdiyini deyir:

“Çoxlu qan itirmə, eyni nahiyənin 2 dəfə açılıb, tikilməsindən sonra yaramda dərin nekroz (toxuma ve hüceyrələrin qidalanmasının pozulması) başladı. Bir müddət sonra isə yaralarım tamam açıldı, yaradan çoxlu miqdarda seroz maye axdı, bədənim bir yandan qan, bir yandan da maye itirdi. Ağır vəziyyətdə “Yasamal Hospital”a getdim, amma məni qəbul etmədilər. Dərhal başqa özəl xəstəxanaya getdim. 1 həftə orada müalicə aldım”.

Qeyri-estetik əməliyyat...

Fidan İsmayılqızının sözlərinə görə bu qədər əziyyətin nəticəsində bədənində dərin yara izləri, arzuolunmaz görüntü yaranıb:

“Bədənim vizual olaraq çox pis vəziyyətdədir, hələ daha nə qədər əməliyyat olmalıyam. Artıq tükənmişəm. Bu 5 ayı evdən çölə çıxmadım, ancaq yaralarıma sarğı qoymaqla məşğul idim. Təsəvvür edin bitişməyən yara, yarada axıntı, sarğı qoy, üstündən bu istidə. korset bağla, bütün psixologiyam çöküb”.

Məhkəmə prosesi

Fidan İsmayılqızı həkim səhlənkarlığı iddiası ilə Elvin Əliyev barəsində Baş Prokurorluğa şikayət etdiyini bildirib. Prokurorluq isə işi məhkəməyə göndırib. Yasamal Rayon Məhkəməsi cinayət işi başlatmasa da, prokurorluq bu qərarı əsassız sayıb və işin yenidən araşdırılmasını istəyib.

Məsələ ilə bağlı “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, əməliyyatı o etməyib. İddiaları isə əsassız hesab edir.

Onun sözlərinə görə, əməliyyatı vaxtilə “Yasamal Hospital”da onun rezidenti olmuş Mehdi Həsənzadə edib. Hazırda isə Mehdi Həsənzadə həmin klinikada çalışmır. Amma əməliyyat edən vaxt rezident vəzifəsində olub. Rezidentin isə əməliyyatı tək etməsi qadağandır. Mütləq ki, həkim nəzarəti olmalıdır.

Fidan İsmayılqızı deyir ki, kameraların prokurorluğa təhvil verilməsi gecikdirilir, əməliyyatı kimin etdiyi də sual altındadır.

Məhkəmə sənədlərində mə yazılıb?

“Fidan İsmayılqızı "Abdominoplastika" əməliyyatı üçün 07.04.2024-cü il tarixində “Yasamal Hospital”da rezident Mehdi Həsənzadənin qəbulunda olub. Mehdi Həsənzadə ona Sabunçu xəstəxanasında ümumi cərrahiyyə üzrə 4-cü kursda rezident olduğunu bildirib. Fidan İsmayılqızı rezident olduğu üçün ondan müstəqil olaraq əməliyyatı necə icra etdiyini soruşub.

Çünki rezidentlerin həkim nəzarəti olmadan müstəqil olaraq əməliyyat icra etməsi qanunsuzdur. Mehdi Həsənzadə isə əməliyyatların müstəqil deyil, “Yasamal Hospital”ın baş həkimi Elvin Əliyevin nəzarəti altında icra ediləcəyini və əməliyyatlara birlikdə girdiyini deyib. Daha sonra Mehdi ona ümumi qan analizindən keçməyi təklif edib və əməliyyat günü təyin olunub. Bütün bu analizləri verərkən və müayinələrdən keçərkən onu Elvin Əliyevin xəstəsi kimi qeydə alıblar”.

Bu Elvin Əliyevin kariyerasındakı ilk qalmaqal deyil

2018-ci ildə onun etdiyi abdominoplastika əməliyyatından sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. Zərərçəkən mediaya verdiyi açıqlamalarında deyib ki, Elvin Əliyevin etdiyi əməliyyat onun həyatını cəhənnəmə çevirib. Həmin dövrdə Elvin Əliyev “İnternational-2” adlı özəl klinikada baş həkim olub.

“Mənə əməliyyat zamanı infeksiya salınıb. İnfeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir.

Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin Əliyev isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin”.

Elvin Əliyevin qeyri-peşəkar işi və səhvi ucbatından bu halda düşdüyünü vurğulayan Fidan İsmayılqızı qarşı tərəfin ona təzminat ödənməsini və sağlamlığını itirməsinə səbəb olan şəxslərin cəzalandırılmasını istəyir.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...

Dünyapress TV

Xəbər lenti