LGTB-FETÖ xətti Azərbaycanda yenidən revanş götürüb
ATV-nin rəhbəri Azər Xəlilovun qardaşı "CBC” kanalının baş direktorudur. Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı ola-ola 7 ildir Azərbaycanda telekanala rəhbərlik edir.
V.Xəlilov 12 aprel 2010-cu ildə Qırğızıstanda qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilmişdi. Avropadan yönələn hansısa "güclü əl”in hesabına V.Xəlilov həmin ilin avqust ayının 10-da azadlığa buraxılıb. 2009-cu ilə qədər Londonda yaşayan, "Azadlıq radiosu”nda və "BBC”-də işləyən V.Xəlilovun Qırğızıstana köç edib orada Avropa modelli piar şirkəti açması hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmiş və nəticədə həbs olunmuşdu.
Amma ittiham təkcə qanunsuz pulların leqallaşdırılmasından ibarət deyildi. O, xarici ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıqda da ittiham olunurdu. Bakiyevlər ailəsinin ən sevimli dostlarından olan V.Xəlilov həm də bu ailənin çirkli pullarının yuyulması ittihamı ilə də üz-üzə qalmışdı.
Qanunsuz pul leqallaşdırılması ilə məşğul olan, uzun illər "Azadlıq radiosu”nda antiAzərbaycan materialların əsas müəlliflərindən olan Vüqar Xəlilov "CBC”yə kim və necə baş direktor təyin edib?
2010-2015-ci illərdə istintaq orqanlarının əlində yumağa çevrilən V.Xəlilov 2015-ci ildə Azərbaycanda peyda olur və cəmi 2 il sonra "CBC”yə baş direktor təyin edilir. Bu həngamənin bir izahı olmamalıdır?!
Azər Xəlilov keçmiş həyat yoldaşı Sevinc Osmanqızı ilə atışmalarında (saytlarda var) Böyük Britaniyada daimi yaşamaq hüququnun olduğunu bildirir.
Bu Xəlilovlar ailəsi kimdir?
2017-ci ildə Vüqar Xəlilovu "CBC”-nin kollektivinə "SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov təqdim etmişdi. X.Məmmədovun adı isə "Nurçuluq”da hallanırdı. Məncə, əlavə şərhə ehtiyac yoxdur.