Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti
Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi deratizasiya və dezinseksiya işlərinin satınalınması üzrə 17.05.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 69.384 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 02.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Bundan başqa satınalmaların vahid internet portalına 06.10.2023-cü ildə yerləşdirilmiş məlumatlarda Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi ilə “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında deratizasiya və dezinseksiya işlərinin satınalınması üzrə daha bir satınalma müqaviləsi bağlanıldığı göstərilir. Bu müqavilənin qiyməti 34.623,64 manat təşkil edib.

Qey edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vahid reyestri məlumatlarında MMC-nin müvafiq sahə üzrə tələb olunan lisenziya və icazələri haqqında heç bir məlumat yoxdu.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “UNİDEZ CENTER” MMC (VÖEN 1002159401) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.06.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, SEYMUR ORUCOV , ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sucayev Zaur Alif oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədova Samirə Əjdər qızı olub. Onu 2022-ci ilin mart ayından sonra Sucayev Zaur Alif oğlu əvəzləyib.

“UNİDEZ CENTER” MMC-nin rəsmi veb səhifəsində bildirilir ki, MMC sanitar-epidemioloji sahəyə aid dezinfeksiya, dezinseksiya, və deratizasiya xidmətləri göstərir. Dezinfeksiya şirkətimiz böyük potensiala və təcrübəyə malik, peşəkar mütəxəssislər ilə fəaliyyət göstərir. Dezinfeksiya şirkətimiz Unidez Center MMC olaraq 2011-ci ildən rəsmi qeydiyyata alınmışdır. Səhiyyə Nazirliyi tərəfindən müvafiq lisenziya ilə təmin olunmuşdur.

Amma daha ətraflı araşdırdıqda şirkətin potensialının qeyd etdikləri kimi heç də böyük olmadığı üzə çıxdı. Belə ki, “UNİDEZ CENTER” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi də tərəfimizdən aşkar edilmişdir ki, bu da Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin satınalma proseduru zamanı qanunsuzluqlara yol verdiyini təsdiq edir. Bu elə Bakı Dövlət Universiteti kimi başqa bir ciddi dövlət qurumun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb.

Araşdırdıqda məlum oldu ki, Bakı Dövlət Universiteti tərəfindən 27.06.2024-cü il tarixində “sanitariya-epidemioloji xidmətlərin satın alınması” məqsədilə dövlət satınalmalarının vahid internet portalında elan edilmiş 87811 nömrəli satınalma prosedurunun nəticələrinə əsasən təchizatçılardan “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti “satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı ilə bağlı şərtlər toplusunda tələb olunan sənədlər təqdim edilmədiyi və “satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması”, “işçi qüvvəsi” meyarları ilə bağlı şərtlər toplusunda göstərilən tələblərə uyğun olmadığı üçün tender müsabiqəsindən kənarlaşdırıb.

Məlumat Bakı Dövlət Universiteti tərəfindən dövlət satınalmalarının vahid internet portalına 11.09.2024-cü il tarixdə yerləşdirilib. Bu məlumat isə “UNİDEZ CENTER” MMC-nin maliyyə imkanlarının və ödəmə qabiliyyətinin, müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, işçi qüvvəsinin olmamasını bir daha təsdiq edir.

Belə olan halda suallar yaranar. Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin Satınalma Komissiyası satınalma müqaviləsi bağlayarkən “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyətininn uyğunluq göstəricilərinə cavab vermədiyinə niyə göz yumub? “UNİDEZ CENTER” MMC-nin maliyyə imkanları və ödəmə qabiliyyəti, müvafiq sahədə peşəkarlığı və təcrübəsi, işçi qüvvəsi halda MMC necə qalib seçib? Bütün bunlar MMC-nin təqdim etdiyi bir sıra sənədlərin saxtalaşdırıldığını deməyə ciddi əsaslar verirmirmi?

Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə Qaradağ Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubuna verilən cavabda bildirilir ki, “bildiririk ki, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi deratizasiya və dezinseksiya işlərinin satınalınması məqsədilə katirovka sorğusu metodu ilə tender keçirmiş və bu baradə yekun protokola baxılaraq təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 17.07.2024-cü il tarixdə müraciət etmişdir. Satınalma prosesi Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə riayət etməklə həyata keçirilmiş, iddiaşı təşkilatlardan tələb olunan bütün zəruri sənədlər yalnız portal vasitəsilə təqdim edilmişdir. Tələblər içərisində maliyyə imkanlarının, müvafiq sahədə peşəkarlıq və iş təcrübələrinin, işçi qüvvəsinin olması, son illər yerinə yetirdikləri iş və xidmətlər haqqında məlumatlar və digər zəruri sənədlər tələb olunmuşdur ki, bunlar da tələblərə uyğun portalda yerləşdirilmişdir. Tam elektron qaydada keçirilən satınalma prosesinin yekun protokolu nəzarət orqanı tərəfindən yoxlanaraq 31 iyul 2024-cü il tarixli, AİBNDXİSQ-5944/2024 nömrəli qərar ilə təsdiq edilməsi barədə rəy verilmiş və dövlət satınalmaları vahid internet portalında yerləşdirilmişdir. Məhz bundan sonra müvafiq xidmət üzrə tərəfimizdən “Unidez Center” MMC ilə müqavilə bağlanmış və təsdiq edilmiş qrafik üzrə xidmətləri həyata keçirilir.”

Qeyd edək ki, MKTİB-in bu cavabı ortaya daha bir neçə sual çıxarır. Cavab məktubunda qeyd edildiyi kimi tam elektron qaydada keçirilən satınalma prosesində necə olur ki, Bakı Dövlət Universitetinin Satınalma Komissiyası MMC-nin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması”, “işçi qüvvəsi” meyarları ilə bağlı şərtlər toplusunda göstərilən tələblərə uyğun olmadığını görür, amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həmin MMC-nin uyğunluq göstəricilərini nəzərə almadan qalib seçilməsinə rəy verir.

İndi burada kimə inanasan? Sanitariya-epidemioloji xidmətlərin, yəni deratizasiya və dezinseksiya işlərinin satın alınması məqsədilə satınalma keçirən iki dövlət qurumundan hansına? MMC-ni müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması”, “işçi qüvvəsi” meyarları ilə bağlı şərtlər toplusunda göstərilən tələblərə uyğun olmadığı üçün tender müsabiqəsindən kənarlaşdıran dövlət qurumuna, yoxsa bu çatışmazlıqlara baxmayaraq MMC-ni nəzarət orqanının rəyi ilə qalib seçən digər dövlət qurumuna.

Göründüyü kimi Qaradağ Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi tərəfindən keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr çoxdu. Bəs bu şübhələr haradan qaynaqlanır?

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir. İcra başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin rəisi isə Namizəd İsmayılovdor. Ötən vəzifəsindən kənarlaşdırılsa da, bir neçə ay əvvəl yenidən həmin vəzifəyə təyin olunub. “Unidez Center” MMC-nin də Qaradağ rayonunda yerləşdiyini nəzərə alsaq şübhələrin haradan qaynaqlandığını görmüş olarıq.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...

Dünyapress TV

Xəbər lenti