Möhbalıyevlə 30 ildir əlbir olan müavinlər və maliyyə rəisi kimlərdir? – Foto/Araşdırma
Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postundan gedişindən sonra geridə qalan bu illər ərzində onun yol verdiyi maliyyə maxinasiyaları, korrupsiya əməlləri ilə bağlı araşdırmalar aparılması gözlənilir.
Təbii ki, 30 ildən artıq müddətdə Səttar Möhbalıyev bu yeyintiləri təkbaşına həyata keçirə bilməzdi. Ona bu işdə, bu mənimsəmələrdə həm də komandası dəstək olub və bu proseslərdə iştirak ediblər. İndisə AHİK-də sədr dəyişsə də, sözügedən şəxslər vəzifələrində qalmaqdadırlar. Söhbət AHİK-də sədr müavini və digər postlarda olanlardan gedir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726559568_1.jpg
Tribunainfo.az xəbər verir ki, onlardan biri AHİK-in maliyyə şöbəsinin müdiri Qalib Ataş oğlu Qəribovdur. O, 1983-cü ildən Azərbaycan Həmkarlar İttifaqları sistemində çalışır. 1993-cü ildən AHİK-in maliyyə şöbəsinə rəhbərlik edir, 2006-cı ildən isə AHİK-in katibi-maliyyə şöbəsinin müdiridir.

Təsəvvür edin ki, qurumun maliyyə işlərinin kurasiyası 30 ildən çoxdur eyni şəxsdədir. Q.Qəribovun 1993-cü ildən bəri şəffaf işlədiyini söyləmək isə gülüş doğura bilər.
Onun Möhbalıyevlə birgə maliyyə mənimsəmələrini icra etdikləri şübhə doğurmamalıdır. Ümumiyyətlə, bir şəxsin 30 ildən çox maliyyə şöbəsində olmasının özü belə bir anormallıqdır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726559568_2.jpg
Ancaq təkcə Qəribovla Möhbalıyevin komandası məhdudlaşmır. Digər şəxslər isə müavinləri və birinci sədr müavinidir. Hazırda AHİK-də birinci müavin İlyas Əliyevdir. O, 1996-ci ildən sədr müavini olub. 1998-ci ildən isə birinci müavindir. 1998-ci ildən İlyas Əliyev AHİK-də müavin vəzifəsindədir. Ona görə onun da maliyyə maxinasiyalarına qarışmaması mümkün deyil və Möhbalıyevlə birlikdə bu işləri həyata keçirdikləri istisna deyil. Çünki 28 ildir bu vəzifədədir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726559569_3.jpg
Digər müavin isə Aqil Dadaşovdur. Aqil Dadaşov da 1998-ci ildən müavin vəzifəsindədir və indiyə qədər eyni postda oturub. Və bu da suallar doğurur ki, niyə bu adamlar illər keçməsinə, Azərbaycanda nazirlər, vəzifəli şəxslər dəyişməsinə baxmayaraq hələ də vəzifədədirlər?!
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726559569_4.jpg
Ondan geri qalmayan həmkarı – müavin Cavanşir Alxasovdur. O, 2001-ci ildən sədr müavinidir. Onun da Möhbalıyevlə sıx əlaqələrinin olduğu bildirilir. Müavinlərdən bol olan Möhbalıyevin başqa bir adamı isə Əbil Ağasıyevdir. 2018-ci ildə müavin vəzifəsinə təyin edilib. Hələ ki, ən az müavin postunda qalanlardandır.
Digər müavin isə Hikmət Osmanovdur. H.Osmanov həm də I və II çağrış üzrə deputat olub. Eyni zamanda, 2005-ci ildən AHİK-də vəzifə tutur. 2021-ci ildən isə o müavin vəzifəsindədir. Bu şəxslər təbii ki, Möhbalıyevin komandası olub və uzun illər onunla birlikdə korrupsiya əməliyyatlarında iştirak ediblər. Bu səbəbdən də sual yaranır ki, bu qədər müavin Həmkarlar İttifaqında niyə lazım olub? Təbii ki, bu Möhbalıyevlə bağlı korrupsiya araşdırmaları aparılacaqsa, adıçəkilən müavinlərin də əməllərinin təftiş edilməsi mümkündür…
Tərəflərin mövqeyini dinləməyə hazırıq.

Tribunainfo.az
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...

Dünyapress TV

Xəbər lenti