|
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində natəmizlik və antisanitariya vəziyyəti hökm sürür.
Bu barədə qəsəbəs sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayət ediblər.
Bildirilir ki, Zabrat qəsəbəsində, 1./ 550 saylı ats yanı adlanan ərazidə yaşayan sakinlər cana yığılıblar.
"Bura bərbad gündədir. Üfunət qoxusundan dayanmaq olmur. Zibil yığanlar həftədə bir dəfə gəlirlər. Bezmişik, iydən qapıdan çölə çıxmaq olmur", - deyə sakinlər bildiriblər.
Qeyd edilir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, nəticə verməyib.