Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası:
Milli Məclisə seçkilərin keçirilməsinə 14 gün qalır.

Adları qalmaqallardan əsirgənməyən, milyonluq villaları və biznes fəaliyyətləri ilə yerli medianın manşetlərini dağıdan bəzi deputatlar, nə hikmətdirsə, kreslo sevdasından indi də əl çəkmirlər. Belə şəxslər üçün ömrünün axır çağlarında 5 il öz kreslosuna yayxanıb Milli Məclisə gəlib getmək, əlbəttə ki, xalqının dərdini-sərini parlamentdə səsləndirməkdən daha üstündür.

TEREF Yenicag.az -a istinadən xəbər verir ki, bu şəxslərdən biri də adı biznes imperiyalarının zənginliyi ilə sadalanan Məşhur Məmmədovdur. 74 saylı Masallı seçki dairəsindən VII çağırış Milli Məclisə düşmək istəyən Məşhur bəyi ölkədə “məşhur” edən əsas fakt isə sözsüz ki, “Embawood”un sahibi olmasıdır

Vaxtaşırı medianın gündəmə gətirdiyi “Embawood Məşhur” öz şirkətini 1996-cı ildə qurub. Bu gün şirkət öz sərhədlərini bir xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri isə hazırda Elşad Abbasovdur. Çünki Məşhur müəllim deputatlıq macəralarına görə de-yure öz qurduğu şirkətin rəhbərliyindən “istefa verib”.

Xülasə, keçək cənab Məmmədovun biznesinin onurğa sütunu sayılan “Embawood”a. Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə Xırdalanda ikinci fabrikini açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb, 2014-ci ildə isə Qazaxıstanda mebel fabriki açıb.

Bu gün “Embawood” şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla, 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə satış nöqtələri var. Şirkətin Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Belə olan halda, bu boyda şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil. Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin arxasından, adətən, nazir, komitə sədri, deputat çıxır. Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də “xeyir-duası” olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur. Təkcə bir faktı qeyd edək ki, cənab deputat özünə Nyu-Yorkda neçə milyonluq villa alması xəbəri mediada rezonans doğurmuşdu. Deputatın ilk kapitalı isə çirkli yolla İrandan gəlib.

Hazırda “Embawood” şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçib. Görəsən, cənab Məmmədov bu milyonları haradan tapıb?

Xatırladaq ki, biznesmen deputatın adı bir zamanlar biznesinə şərik olan qohumları ilə arasında ədavətin yaşanması xəbərləri ilə eyni sırada çəkilmişdi.

Bununla bağlı mediada gedən informasiyanı oxucularımıza təqdim edirik:

“İş adamı, deputat Məşhur Məmmədov şəriki ilə Bank olmayan kredit kredit təşkilatı – “BOKT Embafinans”dakı payının bir hissəsini satıb. Belə ki, “Embafinans” QSC-in səhmdarları Elşad Abbasov (60% idi) və Milli Məclisin VII çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar. Məlumata görə, Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədovunku isə 35%-ə düşüb”.

Medianın diqqətindən yayınmayan daha bir mühüm nüans isə Məşhur Məmmədovun oğlu ilə qızının ölkə xaricinə üz tutmasıdır. Bildirilir ki, biznesmen-deputatın Məmməd və qızı Mədinə Şahbazova artıq bir müddətdir ki, ABŞ-yə köçüb. Babalarının adını soyad götürən deputatın övladlarının Nyu-Yorkda məskunlaşdıqları deyilir. Qeyd olunur ki, deputatın oğlu ABŞ-də təsis etdiyi “Masalli Enterprise LLC” şirkəti Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınaraq rəsmi fəaliyyətə başlayıb.

Uzun sözün qısası, bu gün seçicilərin ətəyindən yapışan Məşhur müəllimi Masallı camaatı da, elə biz də yaxşı tanıyırıq. Görünən kəndə nə bələdçi?
Görək, Məşhur müəllimin builki seçkilərdə verdiyi inanılmaz vədlər nə olacaq? Ümumiyyətlə, mandatını “kupçalayan” cənab Məmmədov qarşıdakı 5 ildə hansı “sürprizlər”ə bizi qonaq edəcək?
Yaşayıb görərik…

Mövzunu davam etdirəcəyik…
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti