Var-dövləti ilə göz qamaşdıran NAMİZƏD:
Parlament seçkiləri ilə bağlı apardığımız araşdırmalarda haqqında bəhs etdiyimiz isimlərin çoxu bu il də mandatını qorumaq üçün əlindən gələni edirlər.

Sözsüz ki, araşdırma apardığımız insanlarla əlaqəli yazılarımızda onların deputatlıq fəaliyyətinin uğursuzluqlarını dəfələrlə göstərsək də, görünən odur ki, haqqında bəhs etdiyimiz şəxslər “ülvi hisslərlə” bağlı olduqları kreslolarından vaz keçmək istəmirlər.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmada indi də Milli Məclisin III, IV, V və VI çağırış deputatı olan Sabir Hacıyevi “qonaq” etdik.

19 ildir deputat olan Sabir Hacıyev, əsasən, parlamentdə susqunluğu ilə yadda qalsa da, o, bütün bunlara məhəl qoymayaraq, yenidən mübarizəyə qoşulduğunu bəyan edib.

88 saylı Göyçay seçki dairəsinin (hazırda 91 saylı Göyçay seçki dairəsidir – red.) 2005-ci ildən deputatı olan Sabir Hacıyev mediada ötən il sədri olduğu Vətəndaş Birliyi Partiyası ləğv edilməsi ilə qalıb. Deyəsən, bir özü, bir də portfeli olan “müxalifətçi” partiyasından vaz keçsə də, deputatlıq şansını itirmək niyyətində deyil.

Xülasə, keçək Sabir Hacıyevin adının mediada hallandığı məsələlərə. Qeyd edək ki, Sabir Hacıyev kifayət qədər imkanı və biznesi olan deputatlardandır. Apardığımız araşdırmalardan da bəlli olur ki, Mərkəzi Amerika ölkəsi olan Belizdə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da həmçinin…

Dövri mətbuatın məlumatlarında qeyd olunur ki, Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev, bir tərəfdən, Karib dənizi, digər tərəfdən də qalın cəngəlliklər ilə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirən zaman 25 yaşı vardı.

“O zaman K. Hacıyev Londondakı “Regent’s Business” məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb Körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır. Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizdə qeydiyyatdan keçirdiyi “Rossmore LTD” və “Firstcity LTD” (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri Beliz siti şəhərinin Corner Eyre və Hudson küçələrinin kəsişməsindəki “Blake Building” ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin adı çəkilir. Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkətin təsis olunduğu da söylənilir”, – deyə məlumatda qeyd olunub.

Yazıdan da göründüyü kimi, S. Hacıyev parlamentdəki kürsüsündə səssiz-səssiz oturaraq, bəzi deputat həmkarları kimi Azərbaycanı çapıb-talamaqdansa, arealını bir az da genişləndirib var-dövlətini Mərkəzi Amerikaya daşımağı daha üstün tutub. Sözsüz ki, bizim deputatların bəziləri Milli Məclisdə xalqın dərdinə yanmaqdansa, özlərinə var-dövlət yığmağı əsas vəzifə ediblər. Belə görünür, Sabir müəllim də öz biznes imperiyasını genişləndirməyi üstün tutub.

Mövzunu davam etdirəcəyik…
 

"1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin səylərinin nəticəsi kimi əvvəllər hər il yüzlərlə, sonrakı illərdə illərdə isə hər il mindən artıq gənc Azərbaycanın gələcəyi üçün mühüm olan ixtisaslar üzrə təhsil almaq məqsədilə müsabiqədənkənar qaydada keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərilirdi. 1976-ci ildə mən də Sankt Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinə göndərildim. Orada mən Şərq fakültəsinin İndoneziya filologiyası bölməsində təhsil alıb “indoneziyaşünas” ixtisasına yiyələndim". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

Görün, bu ali təhsil ocağına KİM RƏHBƏRLİK EDİR...

O daha sonra bunları əlavə edib: "1981-ci ildə Universiteti bitirib Azərbaycana qayıdanda Dövlət Plan Komitəsi məni təyinatla Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna göndərdi. Lakin İnstitutda mənə uyğun şöbə olmadığından təyinatdan imtina etdim. O vaxtkı qaydalara görə gənc mütəxəssis müvafiq müəssisədə yerləşdirilməli, işlə təmin edilməli idi. Mənim israrım, Elmlər Akademiyası, Dövlət Plan Komitəsi və Ali Təhsil Nazirliyi rəhbərlərinin birgə səyləri nəticəsində Moskvadan Nəsimi adına Dilçilik İnstitutunda Ümumi və tətbiqi dilçilik sektorunun yaradılmasına icazə almaq mümkün oldu. Beləcə 6 ay səbrlə gözlikdən sonra, nəhayət, 1982-ci ilin əvvəlindən bu institutda elmi fəaliyyətə başladım. O vaxt Kamal Abdullayev orada Türkologiya şöbəsinin əməkdaşı idi. Bizim sonradan şöbəyə çevrilmiş sektora mərhum Aydın Məmmədov rəhbərlik edirdi. Bu sektorda məndən başqa, yaxşı potensialı olan daha 4-5 gənc işləyirdi. Biz tez-tez koridorda elmi mübahisələr aparır, yeni fikirlər irəli sürürdük. Bir dəfə müdirimiz Aydın Məmmədov bizi toplayıb bildirdi ki, siz öz ideyalarınızı koridorda deməyin, yazın, yoxsa buradakı ideya oğruları sizin fikirlərinizi sonra öz adlarından çap etdirirlər. Doğrudan da belə faktlar olmuşdu.
İllər keçdi. Azərbaycan müstəqilliyini bərpa etdi və Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdı.
1998-ci ilin mayında anadan olması¬nın 75 illiyi münasibətilə Heydər Əliyevi təbrik etmək üçün onunla görüşmək istəyənlər çox idi. Arzu edənlərin hamısı ilə görüşmək, əlbəttə, mümkün deyildi. Görüş üçün Azərbay¬candan Kənarda Təhsil Almış Mütəxəs¬sislər Təşkilatının üzvlərindən mənim də daxil olduğum bir qrup da müraciət etmişdi. O, unudulmaz gö¬rüş baş tutdu. Söhbət zamanı Ulu Öndər mənim İndoneziya dilini unudub-unutmadığımı soruşdu və unutmamağı, bu dilin bizə lazım olcağını dedi. Elə də oldu. 2007-ci ildə, nəhayət, Azərbaycan Dillər Universitetində “regionşünaslıq (İndoneziya) ixtisası çərçivəsində İndoneziya bölməsini açdıq. İndiyə qədər bu sahə üzrə məzun olmuş yüzdən artıq gənc ölkəmizin, İndoneziya və Malayziyanın müxtəlif strukturlarında, şirkətlərində çalışırlar.
Lakin Universitetin rektoru Kamal Abdullayev mənimlə şəxsi ədavət zəminində artıq bu ixtisas üzrə qəbulu dayandırmışdır və onun Universitetin ixtisasları siyahısından çıxarılması üçün hər cür səy göstərir. Halbuki bu ixtisasın açılması üçün 30 ilə yaxın gözləmək lazım gəlmişdi və Ulu Öndər bu ixtisasın bizə lazım olacağını demişdi. Kamal Abdullayevin şəxsi marağı dövlət marağından üstün olduğundan bu, təəccüblü deyildir. O, göründüyü kimi, Ulu Öndərin onilliklərlə qurduğunu dağıtmaqdan belə, çəkinmir. Bunun xüsusi səbəbi vardır. Bu barədə bir qədər sonra.
Kamal Abdullayev Azərbaycan Dillər Universitetini şəxsi obyekti kimi idarə edir. Rektor olduğu 7 il ərzində ölkə Prezidentinin hər il əmək haqqının qaldırılması haqqında verdiyi sərəncamların əksinə gedərək, müəllimlərin əmək haqqını ümumilikdə 100 manatdan yuxarı qaldırmamış Kamal Abdullayev müxtəlif ölkələrdə Universitetin xeyli sayda mərkəzini yaratmışdır. Xarici ölkələrdə belə mərkəzlərin olması, əlbəttə, yaxşıdır. Lakin buna Universitetin maliyyə potensialı da imkan verməlidir. Əslində isə bu mərkəzlər ölkəyə deyil, Kamal Abdullayevə – onun əsərlərinin xarici dillərə tərcümə edilməsi və reklamına, həm də onun üçün maliyyə silinməsinə xidmət edir.
Kamal Abdullayev reklam xəstəsidir. Onun reklamı ölkə daxilində də fasiləsiz davam edir. Mətbuata verdiyi müsahibələrin, haqqında yazılan yazıların mətnini də o özü diktə edir və ya konturlarını özü cızır.
Mətbuatda belə reklamlarla, müsahibələrlə tez-tez rastlaşıram. Bu günlərdə yorğunluğumu çıxarmaq üçün Kamal Sunalın çəkildiyi filmlərindən birinə baxmaq istədim. Səhvən You tube platformasında deyil, Google platformasında “Kamal” yazan kimi qarşıma Kamal Abdullayevdən bəhs edən böyük sayda yazı çıxdı. “Lənət şeytana!” deyib, onlardan bir-ikisinə baxdım. Bu yazılara keçməzdən əvvəl deyim ki, sonra You tube platformasına daxil olduqda orada da Kamal Abdullayev haqqında xeyli video çıxdı. Bu videolarda Azərbaycan Dillər Universitetinin əməkdaşlarının Kamal Abdullayevin qanunsuz əməllərini ifşa etdiklərinə görə övladları ilə təhdid olunduqlarından, tutduqları vəzifələrdən qanunsuz olaraq uzaqlaşdırıldıqlarından, onun əməkdaşlara qarşı tətbiq etdiyi ağlasığmaz metodlardan çox geniş bəhs olunur.
Qayıdaq Qoogle platformasındakı yazılara. “525-ci qəzet”in 09.06.2023-cü il tarixli nömrəsində dərc olunmuş “Kamal Abdulla: mifik gizlinlərdən intellektual “dansökülən”ə gətirən yol” adlı məqalədə Kamal Abdullayev haqqında çox yüksək fikirlər bildirilir. Qoy olsun. Onun fasiləsiz olaraq özünü reklam etdirməsi barədə Azərbaycan oxucusu yaxşı bilir. Məqalədə diqqətimi başqa bir şey çəkdi. Burada Kamal Abdullayev GƏNC ÖNDƏR kimi təqdim edilir – 73 yaşlı gənc öndər. Heç bir tabu tanımayan Kamal Abdullayev indi artıq özünü ÖNDƏR kimi reklam etdirir. Elə bu səbədən onun Ulu Öndərin onilliklərlə yaratdığının dağıtmağa çalışması heç də təəccüblü deyildir..."

ARDI MÜTLƏQ OLACAQ...
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti