Burda insanları rəsmən ÖLDÜRÜRLƏR...
“Doğuş zamanı həkim mənimlə çox kobud davrandı. Vururdu, söyürdü, deyirdi “doğ qurtar”, başqa xəstələrim var. Arada da doğuş masasının üstündə qoyub getdi başqa qadını qeysəriyyə əməliyyatı etməyə. Mənim körpəm həkim səhlənkarlığının güdazına getdi”, – şikayətçi deyib.

Qadın Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində başına gələnlərdən danışır.

“Doğuşdan əvvəl təbrik etdilər, sonra dedilər uşaq ölü doğulub”

Şəlalə Abdullazadə avqustun 10-da doğum şöbəsinə gətirilib. Müayinə olunub, 11 saat sonra doğuş başlayıb. Ancaq körpə doğulandan sonra anaya körpənin ölü doğulduğu bildirilib:

“Bətnimdəki körpəm də, mən də sağlam idik. Hamiləliyim normal keçib, tez-tez keçdiyim ultramüayinələr zamanı da bətnimdəki körpənin sağlam, normal olduğu təsdiqlənib. Hətta xəstəxanaya daxil olandan sonra keçdiyim müayinələrin cavabını gətirən işçilərdən biri məni təbrik edib dedi ki, uşaq sağlamdır. Ancaq doğuşdan sonra dedilər ki, körpə ölü doğulub”.

Şəlalə Abdullazadə deyir, körpənin ölümüylə bağlı xəstəxanadan şikayət etdikdən sonra həkim Gülbəniz Vəliyeva hökumətyönlü saytlara müsahibə verərək ailənin özünü günahkar çıxarmağa çalışıb:

“Deyib ki, guya uşaq qohum nikahından olduğuna görə ölü doğulub. Utanmadan yalan danışır, bizə böhtan atır, belə bir vaxtımızda bizi qıcıqlandırır. Buna görə də hüquq-mühafizə orqanları qarşısında ayrıca cavab verəcək”.

“Həkim deyir, əliniz hara çatır, oraya şikayət edin”

Şəlalə Abdullazadənin anası Yasəmən Həmzəyeva deyir, əvvəlcə onlara ananın da, bətnindəki körpənin də normal olduğu bildirilib:

“Uşağın da, ananın da ürək döyüntüsü normal, hər şey qaydasında ola-ola o körpə niyə ölü doğulmalıydı? Xəstəxananın qarşısında gözləyirdik, qızım əvvəl başqa həkimin növbəsinə düşmüşdü. Həmin həkim çıxıb bizə dedi ki, körpə də, ana da sağlamdır, heç bir problem yoxdur, körpə rahat doğulacaq. Dedi ki, mənim iş növbəm bitdiyi üçün doğuşu növbədə olan həkim Gülbəniz Vəliyeva qəbul edəcək”.

“Saatlarla xəstəxananın qarşısından tərpənmədik. Hər dəfə qapıya yaxınlaşıb soruşanda deyirdilər ki, hər şey qaydasındadır, Şəlalə doğuşa hazırlanır. Gecə saat 3-də doğuş olub, uşaq ölüb, ancaq qapıda gözləsək də, bizə bir kəlmə söz deyilməyib. Saat 4-ə qalırdı, xəstəxananın içərisindən zorla öyrənə bildik ki, saat 3-də doğuş olub, uşaq da həyatda yoxdur”, – ana danışır.

Yasəmən Həmzəyeva ağlaya-ağlaya sözünə davam edir:

“İnanın ki, körpə üçün apardıqlarımız hələ də maşının yük yerində qalıb. Əhdimiz, arzumuz vardı, körpəyə şəhid əmisinin adını qoyacaqdıq. Həkim deyir, heç bilirsiz mən kiməm? Gedin hara əliniz çatır, şikayət edin”.

Xəstəxananın doğum şöbəsindən baş verən ölüm hadisəsi ilə bağlı Meydan TV-yə bildirilib ki, 39-40 həftəlik olan körpənin ölü doğulmasının səbəbi məlum deyil:

“Qadın avqustun 10-da, saat 18 radələrində 39-40 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə qəbul edilib. Gecə 3-də çəkisi 3 kiloqram 700 qram, boyu 52 sm olan kişi cinsində ölü uşaq doğulub. Ölümün səbəbi məlum deyil. Ekspertizada müəyyən edəcək”.

Uşaq ölümünü Mingəçevir Şəhər Prokurorluğu da araşdırır.

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti