Xəzər Aslanov kəndə su çəkmək üçün bizdən pul istəyir
Xızı rayonunun Sitalçay kənd sakinləri susuzluqdan şikayətçidirlər.

AFN.az xəbər verir ki, sakinlər artıq 4 ildir yay aylarında kəndə gələn içməli suyun tamamilə kəsildiyini deyirlər: "Rayon icra icra hakimiyyətinin başçısı Xəzər Aslanov kənddə suyun olmaması ilə bağlı bizim şikyətimizi dinləmək belə istəmir. Biz onunla görüşdə dedik ki, eşitmişik bizim kəndə su kanalı çəkiləsidir, niyə reallaşmır bu layihə? Dedi onu kim deyib?!"

Sakinlər bildirirlər ki, kəndin yaxınlığından 3 su xətti keçir: "2 Şollar suyu, bir kanal xətti keçir. Heç olmasa bizə kanal suyundan versinlər. Qonşu kəndlərin hamısında Şollar suyu da var, kanal suyu da. Bir dənə bizim kəndimizdə yoxdur. Yeni Yaşma, Şorabad, Türkoba, Məşədihəsən neçə kilometrlərlə burdan aralıdır, Giləzi qonşu kənddir, hamısına kanal suyu da gedir, Şollar suyu da. Bizə də deyirlər pul yığın verin, sizə də gəlsin. Dia-az.İnfo Xəzər Aslanov neçə hektar ərazidə zeytunluq salıb, oranı sulamağa su verirlər, biz kəndçilərə su verilmir. Borular da alınıb, amma imkan vermir çəkməyə. İmkan versinlər, özümüzə gün ağlayaq. Üzümüzü kimə tutaq bunun üçün? Bizim ağaclarımız quruyur, yaşıllıqlarımız məhv olur. İndi XXI əsrdir, eşşəklə su gətirmək olar?"

Sitalçay ərazisindən Samur-Taxtakörpü-Abşeron su kanalı, 1914-cü ildə və 1967-ci ildə çəkilmiş iki Şollar su xətti keçir. Kəndə ayrılan xətt 1967-ci ildə çəkilən xətdən qaynaqlanır. Yay aylarında həmin xətdə su azaldığı üçün problem yaranır. Bir neçə il əvvəl çəkilmiş Samur-Taxtakörpü-Abşeron su kanalından Sitalçay üçün ayrılmış xətdən kənd sakinləri, bələdiyyə və digər təşkilatlar vasitəsilə alınmış plastik borular vasitəsilə kəndə su çəkilməsinə isə Xızının icra başçısı Xəzər Aslanov icazə vermir. Hər halda, sakinlər belə deyirlər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl Xəzər Aslanov kənddə olanda söz verib ki, özü də kömək edəcək suyun çəkilməsinə. Lakin nə hikmətdirsə, sakinlər öz hesablarına borular alsalar da, çəkilişə icazə verilmir: "Kəndin yolunu çəkdirəndə də icazə vermirdilər. Şirkət 100 min pul ayırmışdı, prezident gəlməli idi kəndə, icra başçısı deyirdi ki, pulu mənə verin".

Qeyd edilənlərlə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun mövqeyini almaq istədik. İcra başçısının İH-in rəsmi saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs 5 dəqiqə sonra zəng etməyimizi istədi. 5 dəqiqədən sonra etdiyimiz zənglərə isə cavab verilmədi. Hər bir halda X.Aslanovun mövqeyini verməyə hazırıq.

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti