Sabirabad RMX hansı ölkənin qayda-qanununun işlədiyi məlum deyil.- RMX həmkarlar təşkilatının rəhbəri Elnur Əzizov
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin AHİK-in bu ayın sonunda keçiriləcək növbədənkənar qurultayda istefa verəcəyi deyilir.
Çünki fəaliyyətinə göz qoyulub, ciddi araşdırılır. Bu da üzüsulu aradan çıxmaq istəyir. İllərlə milyonları həzm et, indi də heç nə olmamış kimi aradan çıx.
Yaxşıdı vallah. Hələ iş Səttar müəllimlə yekunlaşsa idi dərd yarı idi. Yerlərdəki "meskom"ları da "at oynadırlar". Nə hikmətdirsə, onlara da "gözünün üstə qaşın var" deyən tapılmır.
Bəlkə cənab Möhbalıyevin mövqeyi laxlayandan sonra kimsə cürət edə biləcək. Hələki kefləri istədikləri kimi gəzib dolanırlar. Məsələn, Sabirabad rayonunu misal çəkim. Bir neçə dəfə də yazmışam.
Yenə təkrar edirəm. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında hansı ölkənin qayda-qanununun işlədiyi məlum deyil. RMX həmkarlar təşkilatının rəhbəri Elnur Əzizov xəstəxanada Səttar Möhbalıyevin balaca bir obrazını yaradıb.
Elnur Əzizov "dərə xəlvət, tülkü bəy" deyərək özünə əməllicə güzəran yaradıb. Qiyməti üçrəqəmli məbləğdə olan avtomobil, Sabirabadda daşınmaz əmlakları, rayonda və Bakıda evlər, mənzillər, villalar, obyektlər, balıq gölləri və s.
Əgər Səttar müəllim milyonlar yeyirdisə, bu da minlər, yüz minlər yeyir. Hələ milyonlara əli çatmayıb. Möhbalıyev kimi oliqarxların yanında balacadı axı. Hələ böyüməlidi. Böyümək üçün də deyilənlərə görə 50 min manatını ayırıb ki, Sabirabad RMX-nin baş həkimi kreslosunu alsın.
Baş həkim vəzifəsi sanki hərraca çıxarılıb. Saxta əlillik təyinatı ilə məşğul olan onkoloq Elnur Əzizov Sabirabad RMX-nin direktoru Həsən Hüseynovun vasitəsilə razılıqları alıb.
Keçmiş baş həkim İkram Allahverdiyevin işdən azad edilmək haqqında ərizə verməsə də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş İkram doktorun işinə xitam verilib.
Bir daha qeyd edirəm. Məsələ ilə əlaqədar TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova mənimlə əlaqə saxlayıb bildirdi ki, Sabirabad RMX baş həkimi işdən çıxarılmayıb.
Amma İkram müəllimin rəsmi şəkildə işdən azad edildiyi və bununla bağlı müvafiq əmrin verildiyi məlum oldu. Bundan sonra Zamirə xanım məzuniyyətə çıxdığına görə açıqlama ala bilməmişəm.
Məsələnin həmkarlar tərəfini bir tərəfə qoyaq. İndi orada nələr baş verdiyini heç özləri də bilmirlər. Qurultaydan sonra bəlkə nəsə dəyişər.
Amma TƏBİB də öhdəsinə düşəni etmir. Ay TƏBİBİ-in hörmətli böyüyü Vüqar müəllim, xahiş edirəm, hərdən mediada rəhbərlik etdiyiniz təşkilat haqqında yazılanları oxuyun, deyilənlərə qulaq asın.
Dövlət başçımız hər zaman deyir ki, media cəmiyyətin güzgüsüdür, neqativ hadisələr barədə siqnal vermələri çox vacibdir.
Cənab Prezident belə dediyi halda məmurların öz əməllərində faktiki olaraq onun tövsiyələrinin, tapşırıqlarının əksinə getməsini necə başa düşək?
Sima Babayeva
TEREF
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti