Abşeronun icra başçısının adı QALMAQALDA...
Abşeron rayonunun sürətli məskunlaşma səbəbindən əvvəlcə qəsəbəyə çevrilən, sonra da şəhər statusu alan Xırdalan kəndi ərazisində qanunsuz tikintilər davam etməkdədir. Bakının 14 kilometrliyində yerləşən Xırdalan şəhərində bu cür xaotik şəkildə məskunlaşmanın artmasına rəvac verilməsi yerli sosial infrastrukturu da həddən ziyadə yükləyir: Uşaq bağçaları, məktəblər, poliklinikalar sayı sürətlə artan əhaliyə xidməti çatdırmır, hərəkət intensivliyi yüksələn yolları böyütmək mümkün olmur, kanalizasiya problemi dərinləşir. Həmçinin, ekoloji tarazlıq pozulur. Öz şəxsi, qrup maraqlarına xidmət edən işbazlar aldıqları torpaq sahələrində olan meyvə ağaclarını da kökündən qoparıb atırlar. Xırdalan bələdiyyəsi və Rayon İcra Hakimiyyəti baş verən bu xaosa göz yumur.

Xatırladaq ki, iki il əvvəl məhz bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, sabiq başçı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdular.

Cənab Abdin Fərzəliyev rayona rəhbər təyin olunandan sonra da bu mənfi tendensiya davam etməkdədir. Müşahidələrdən belə qənaətə gəlmək olur ki, Abşeron Rayon İcra Hakimiyyətinə kimin başçı vəzifəsinə gətirilməsindən asılı olmayaraq, ərazilərin qanunsuz satışı rəhbər vəzifəli şəxslərin vaz keçə bilmədikləri əsas gəlir mənbələrindəndir və baş memarlar, mənzil kommunal təsərrüfatı birliklərinin direktorları bu şıdırğı gedən alverin qarşısını almağa deyil, əksinə, rahat baş tutmasına xidmət edən kiçik funksionerlərdir.

Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi, 27 ünvandakı (bazarın və bələdiyyə binasının yaxınlığı) binanın zirzəmisində söküntü işi gedir. Zirzəmidə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edilir. Binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilə halı onun etibarlılığını və təhlükəsizliyini azaldır. Beton təbəqələr kəsilərək qapı oyuğu açılıb, dayanıqlığı təmin edən armaturlarlar doğranıb. Hal-hazırda da usta və fəhlələr işləyirlər. Həmin işləri əks etdirən görüntülər saytımızın “Youtobe” səhifəsində yerləşdirilib. Sözügedən ünvanda Abşeron Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin işçilərinin, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarının, polis sahə müvəkkilinin və lazım gəlsə, media nümayəndələrinin iştirakı ilə binanın zirzəmisinə baxış keçirilməlidir. Di gəl, xeyri olacaqmı?

Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov qeydə aldığımız neqativ faktların görüntülərini video-mesaj kimi onun telefonuna göndərdiyimizə görə nömrəmizi “qara siyahıya” salıb. Amma problemi görmək istəməməsi, göz yumması o demək deyil ki, problem yoxa çıxdı. Dəvəquşu kimi başını qumun altına soxmaqla təhlükədən qaçmaq olmaz, onsuz da gövdən görünür. Mehman Səfərov bunca qanunsuz işlərə rəvac verməklə, ona etimad göstərmiş icra başçısı Abdin Fərzəliyevin fəaliyyətinə kölgə salır. Razılaşmaq lazımdır ki, Xırdalan şəhərində qeyd olunan müstəvidə yol verilmiş neqativ hallar Mehman Səfərov kimi orta manqalı məmurun rəvac verə biləcəyi miqyasdan böyükdür. Səfərovun vəzifədə qalmaqda davam edərək, bundan artığına qol qoyması elə təəssürat yarada bilər ki, o, vəzifəni yalnız formal olaraq daşıyır (hərçənd, bunu etməyə borclu deyil), icra başçısı ondan yalnız göz yummağı tələb edir.

Mövzuya qayıdacağıq.

nyus.az

 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti