b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2024-03_medium_1710184639_mg-20240311-wa0036.jpg

Redaksiyamıza daxil olan məlumata görə martın 5-də 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-ci ildə "Ən yaxşı bəstəkar", 2011-2012-ci tədris illərində "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi, Prezident tərəfindən təltif edilmiş Reyhan Hacızadə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Abbasova və kitabxana müdiri Vüsalə Qədimalıyeva tərəfindən döyülərək təhqir edilmişdir. Baş verən hadisədən sonra halı pisləşən Reyhan Hacızadə təcili yardım maşını ilə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Martın 5-dən 9-dək xəstəxananın reanimasiya şöbəsində müalicə alan Reyhan müəllimə bu günlərdə palataya köçürülsə də səhhətində ciddi problemlər qalmaqda davam edir.

Xəbəri dəqiqləşdirmək məqsədilə əməkdaşımız M. Ə. Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına gedərək Reyhan Hacızadə ilə görüşüb.

Reyhan müəllimə xəbərin doğruluğunu təsdiqləyərək bildirib ki, insidentə səbəb onun öz vəzifə funksiyalarını yerinə yetirməsi və təşkilatçı İlhamə Abbasovanın səlahiyyət həddini aşması olub. Reyhan müəllimə əlavə edib ki, təşkilatçı İlhamə Abbasova və kitabxana müdiri Vüsalə Qədiməliyeva onu psixoloqun kabinetinə salaraq döymüş və ağır ifadələrlə təhqir etmişlər. Hazırda vəziyyətinin qənaətbəxş olduğunu, lakin bir müddət həkim nəzarətində qalmasının vacibliyini qeyd edən Reyhan Hacızadə baş verən hadisədən sonra məktəb rəhbərliyinin onun vəziyyəti ilə maraqlanmadığını bildirmişdir.

Məsələyə ETN-nin, BŞTİ-nin və 163 nömrəli məktəbin direktor əvəzi Ramil Tanrıverdinin mövqeyini öyrənməyə cəhd eləsək də telefonlarımıza cavab verən olmadı.

Qeyd edilən insidentlə bağlı araşdırmalarımız davam edir. Hadisənin daha ətraflı təfərrüatı haqqında Reyhan müəllimənin fikirləri və araşdırma yazımız olacaq. Bizi izləyin!

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!/aia.az/

 
 
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti