“Respublikanski”də həkimlər kütləvi işdən çıxarılır –
2022-ci ilin son günlərində Respublika Klinik Xəstəxanasına direktor təyin olunan Elviz Qasımovdan narazılıqlar artmaqda davam edir. Son məlumatlara görə, Elviz Qasımov illərdir xəstəxanada çalışan 250 nəfərdən çox həkim və tibb işçisini işdən uzaqlaşdırıb. Əvəzində isə 300-dən çox işçini işə qəbul edib.

AzToday.az-a daxil olan məlumatlara görə, tanınmış həkimləri işdən uzaqlaşdıran direktordan TƏBİB-ə edilən şikayətlər isə araşdırılmır. Məsələn, ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzovanın Elviz Qasımovun qanunsuz əməllərindən etdiyi şikayətlərlə bağlı heç bir tədbir görülməyib.

Xəstəxanada həkimlər mühafizə xidməti tərəfindən əməlli başlı yoxlanılır. Mühafizə xidməti bir növ həkimlər üçün kabusa çevrilib. Həmçinin, hər bir şöbədə baş həkimə xəbər çatdıran işçilər yerləşdirilib. Maraqlı məqam isə odur ki, həmin işçilərin ixtisaslarının işə uyğunluğuna isə əhəmiyyət verilmir.

Şikayətlərdə bildirilir ki, xəstəxanada əvvəlki vaxtla müqayisədə heç nə dəyişməyib. Yenə şöbələr üçün nəzərdə tutulan dərmanlar və başqa məhsullar şöbələrə verilmir.

Qeyd edək ki, bir müddət əvvəl “Respublikanski xəstəxana”dan edilən şikayətlərdə bildirilirdi ki, Elvis Qasımov 1962-ci ildən akademik Əziz Əliyev adını daşıyan Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu ilə xəstəxana arasında illər əvvəl bağlanmış birgə fəaliyyət müqaviləsini yoxmuş kimi sayır. Kafedra işçilərini RKX bazasında yerləşən həkim otaqlarından kobudca qovmağa və həmin otaqlara həkimlər arasında gizli qeyri-qanuni videoçəkilişlər aparan, gizli səsyazılırı edən aparan və həkim kollektivi arasında idarəolunan intriqalar yaradan savadsız, təcrübəsiz cavan qızlar otuzdurulur. ADHTİ rektoru Nazim Qasımov isə Elviz Qasımova qarşı dirəniş göstərmir. Elviz öz ambisiyaları arxasında, Nazim isə öz kreslosunun hayındadır. Nəticədə nə baş verir:

1) 15-20 il ərzində gərgin iş şəraitində işləyərək praktiki təcrübə qazanmış reanimatoloq, kardioloq, mama-ginekoloq və s kimi həkimlər üzgün və pərişan halda RKX-nın dəhlizlərində nə edəcəklərini bilmirlər.

2) Əslən Qərbi Azərbaycandan olan TƏBİB-in nümayəndəsi direktor Elviz Qasımov əslən Qaxdan olan Səhiyyə Nazirliyi nümayəndəsi rektor Nazim Qasımovu ciddiyə almır. Çünki Elvizs Qasımov gözqorxutmaq üçünmü, yaxud lovğalanmaq üçünmü özü yaydığı yalan məlumata görə, guya “Mərkəzi Klinik Xəstəxanası”ında sıravi həkim işlədiyi vaxtdan ölkə rəhbərliyində çalışan şəxslərin travmotolq-həkimi olub, ona görə də onu əvvəlcə “Elmi Tədqiqat Ortopedik və Travmotologiya” İnstitutuna, ordan da indiki “Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs”ə direktor təyin ediblər. Hərçənd Elviz Qasımov RKX-ya gəldikdən sonra idarəçilikdə baş verən səriştəsizlik göz önündədir”, – deyə narazı tibb işçiləri bildiriblər.

Onların sözlərinə görə, Elviz Qasımov kafedra həkimlərini bir-bir çağırıb: “Sizə ehtiyacımız yoxdur, ərizənizi yazın!” – deyir…

Şikayətlərlə bağlı Respublika Klinik Xəstəxanasından münasibət öyrənmək cəhdlərimiz alınmadı…
 
 


 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti