Tərtərdə bələdiyyə sədri keçmiş “Kökəltmə” birliyinin 97 ha ərazisini özəlləşdirib...
İcra başçısı Müstəqim Məmmədovun yaxın dostu olan Suliddin bütün günü içkili vəiyyətdə şəhərdə avtoşluq edir...
Yazacağımız mövzu Tərtər rayonundakı bələdiyyə sədri ilə bağlı olduğu üçün media üzərindən xırda bir araşdırma aparmalı olduq. Məlum oldu ki, Tərtər rayonunda 25 bələdiyyə fəaliyyət göstərir. Həmin siyahını https://az.wikipedia.org/Tetrer belediyyeleri saytında tapa bildik.
Təsəvvür edirsiniz, bələdiyyələrin adı var, amma bələdiyyəyə daxil olan kəndlərin, bələdiyyə sədrlərinin ad-soyadı yoxdur.
Nəhayət axtardığımız informasiyanı icra hakimiyətinin http://terter-ih.gov.az/az/page/23.html saytında tapa bildik.
Deməli, məlumat üçün qeyd edək ki, Tərtər rayonundakı bələdiyyələrdən biri Yuxarı Qapanlı bələdiyyəsi ( Yuxarı Qapanlı kəndi, sədri Ələkbərov Suliddin Surxay oğludur), digəri isə Qaradağlı bələdiyyəsidir ( Təzəkənd, Kəngərli, Qaradağlı kəndlərini əhatə edir, sədri Hikmət Təvəkkül oğlu Nəcəfovdur ). Təkcə onu qeyd edək ki, Təzəkənd kəndinin 360 hektar ərazisi, 241 hektar pay torpağı var. Hər yerdə olduğu kimi Tərtər rayonunun bələdiyyə sədrləri də kəndlilərə kəndin ərazisində həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid rəsmi sənədlərin verilməsi üçün xeyli miqdarda rüşvət tələb edirlər.
Bütün bunlar azmış kimi Tərtər rayonu, Yuxarı Qapanlı bələdiyyəsinin sədri Ələkbərov Suliddin Surxay oğlu təkcə sədr olduğu Yuxarı Qapanlı bələdiyyəsinin deyil, həm də Təzəkənddə xeyli əraziləri öz əlinə keçirib. Məlumdur ki, sovet dövründə rayonlarımızın çoxunda “Kökəltmə birliyi” deyilən Heyvandarlıq kompleksləri fəaliyyət göstərirdi. Həmin birliklərin geniş əraziləri, örüş sahələri, binaları var idi.
Bəli, bələdiyyə sədri Suliddin Ələkbərov rayonun icra başçısı Müstəqim Məmmədovla birləşərək Tərtər rayonu ərazisindəki bahalı, münbit torpaqları öz adına özəlləşdirib. Bələdiyyə sədri Suliddin Ələkbərov təkcə yuxarıda qeyd etdiyimiz keçmiş Kökəltmə birliyinin-Heyvandarlıq kompleksinin 97 hektar ərazisini özəlləşdirib. Bundan başqa bələdiyyə sədri başqa bir 240 hektar sahəni də öz adına sənədləşdirib. Bələdiyyə sədri Suliddin Ələkbərov icra başçısı Müstəqim Məmmədovun ən yaxın adamıdır.
Qısa vaxtda əldə etdiyi milyonluq mülklərin, ölçüyə gəlməz vəsaitin çoxluğundan başgicəllənməsi Suliddin Ələkbərovun həyat tərzini də dəyişib. Belə ki, bələdiyyə sədri bütün gün yeyib-içərək bahalı avtomobili ilə şəhərdə o yana-bu yana avtoşluq edir.
Deməli, məlumdur ki, neçə illərdi ki, sakinlər müqavilə əsasında torpaqları icarəyə götürüb əkib-becərirlər. Kimin müqaviləsinin vaxtı bitirsə, Suliddin Ələkbərov müqavilənin müddətini uzatmır, heç bir ciddi əsas olmadan müqaviləni ləğv edir. Və.. Suliddin Ələkbərov həmin torpaqları icarədarlardan alaraq öz adına müqavilə bağlayır.
Yuxarıda qeyd etdiyimiz kimi Suliddin Ələkbərov rayondakı Kökəltmə birliyinin 97 hektar ərazisini özəlləşdirib və həmin əraziyə öz adına 3 fazalı elektrik xətti də çəkdirib. Yəni Sülhəddin Ələkbərov az qala Tərtərin yarısını öz adına sənədləşdirib. Tərtərin icra başçısı Müstəqim Məmmədov və onun bələdiyyə sədri olan dostu Suliddin Ələkbərov Ramiz Mehdiyevin dövründə rayonda sağa da, sola da at oynadırdılar. Ramiz Mehdiyev vəzifədən gedəndə bu dostların gecəsi-gündüzü qara olmuşdu. Amma sonradan özlərinə yeni dayaq tapa bildilər. Və hazırda öz əməllərini davam etdirirlər.
gundelik baki.com
 
 
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti