Deputat Səttar Möhbalıyevin məhkəməyə gətirilməsi tələb olunur -
Bakı Ağır Cinayətlər Məhkəməsində “Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi qalmaqallı açıqlamalarla gündəmin əsas mövzularında nirinə çevrilib. Hər iki şəxs Bakıda və respublikanın müxtəlif bölgələrində yerləşən stadionların ərazisini satmaqda təqsirləndirilir. Şikayətçilər isə bu qanunsuz əməllərin Respublika Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin göstərişi əsasında həyata keçirildiyini iddia edirlər. İş o yerə çatıb ki, cavabdeh qismində məhkəmə kürsüsündə oturan Alik Həsənov və Nadir Əliyevlə yanaşı zərərçəkənlər də deputatın məhkəməyə gətirilməsini tələb edirlər.

Koordinat.az xatırladır ki, sözügedən cinayət işi üzrə 5 nəfər - Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb. Onlardan birinin - Elçin Rüstəmovun hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edir. Digər zərəçəkənlər isə həm onlara satılmış statdionların, həm də torpaq sahələrinin sonradan əllərindən alınmasından şikayətçidir.

Sonuncu məhkəmə prosesindən sonra “Kanal-13” internet televizyasına müsahibə verən hüquqşünas Aslan İsmayılov deyib ki, müdafiə etdiyi şəxsə Gəncə şəhərində və Göygöl rayonunda hər birinin qiyməti 400 min manat olan iki stadion satılıb. Sonradan hər iki statdion sahibkarın əlindən alınıb, onun ödədiyi 800 min manat isə mənimsənilib: “Həmin statdionları və torpaq sahələrini Səttar Möhbalıyev satdırıb. Bu cinayət işi üzrə indiyədək 6-7 məhkəmə prosesi keçirilib. Cavabdeh kimi məhkəmə ifadə verən Nadir Əliyev bar-bar bağırır ki, Səttar Möhbalıyevin razılığı olmasa, o, heç bir sənədə imza ata bilməz. O, stadionların satışına görə sahibkardan alınan pulları da Səttar Möhbalıyevə verib”.

Tanınmış hüquqşünas “Təkcə bu iki stadian deyil, respublikadakı stadionların yarısından çoxunu Səttar Mehbalıyev dədəsinin malı kimi satıb. Amma buna görə onu sorğu-sual edən yoxdur” deyə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərini ittiham edib.

Aslan İsmayılov bu iş üzrə istintaq orqanının fəaliyyətindən narazı qaldığını, əsas günahkarın adının gizlədildiyini deyib. Onun sözlərinə görə, təqsirləndirilən Nadir İsmayılov ifadəsində müvəkkili Elçin Rüstəmovdan aldığı pulları Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Möhbalıyevə verdiyini etiraf edib. Bu məsələ Nadir İsmayılovla Elçin Rüstəmov arasında üzləşdirmə zamanı da təsdiqlənib. Lakin Səttat Möhbaliyev bir dəfə də olsun, istintaqa çağırılmayıb: “Bu stadionları satan Səttar Möhbalıyevdir. Bununla bağlı Respublika Prokurorluğuna dəfələrlə təkzibedilməz sübutlar təqdim edilsə də, prokurorluq Səttar Möhbalıyevi istintaqa cəlb edə bilməyib. Halbuki həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslər konfederasiya rəhbəri olan deputatın dindirilməsini dəfələrlə məhkəmədən xahiş edib. Ancaq Səttar Möhbalıyev indi də məhkəməyə gəlmir. Nadir Əliyev onun stadionlar və idman qurğuları üzrə müavini olub, o da ifadə verib ki, stadionların və torpaq sahələrinin satışına dair alqı-satqı sənədlərini imzalayan Səttar Möbalıyevdir. Hüquqlarını müdafiə etdiyim şəxsə satılmış hər iki statdionu sonradan onun əlindən alıblar. Söz veriblər ki, ya pulunu qaytaracağıq, ya da stadionların əvəzində başqa ərazilərdə torpaq sahəsi veriləcək. Ancaq bu vədlərin heç birinə əməl olunmayıb. Ona görə məhkəmədən tələb edirik ki, hüquqlarını müdafiə etdiyim şəxsə dəymiş ziyan ödənilsin. Bizim bir xahişimiz də odur ki, bu işlərin başında duran Səttar Möhbalıyev Məhkəmə kürsüsünə gətirilsin”.

Xatırladaq ki, məhkəmə zərərçəkənlərin onlara dəymiş zərərin ödənilməsi ilə bağlı qaldırdıqları vəsatəti qəbul edib. Onlar növbəti iclaslarda Səttar Möhbalıyevin də məhkəməyə gətirilməsi ilə bağlı yenidən vəsatət qaldıracaqlar.
 

Manaf Şirinovun uzun müddət direktor olduğu Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC ( keçmiş “Azərkörpü” ASC) ilə bağlı yazıya keçməzdən öncə qısa məlumat verək.
1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb. 2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu.
Budur, sizin uğurunuz..? Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..?
Əslində biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Bəli, “Azərkörpü”, hazırda adı Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” olan şirkət birmənalı olaraq sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Bu qədər sadə və bəsit. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..?
Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şiirnov ona yaxın media qurumlarına böyük-böyük müsahibələr verir, dövlətdən və dövlətçilikdən danışır. Görəsən, Manaf Şirinov uzun illərdir ki, neçə milyon vergidən yayınmasından niyə danışmır...?
Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına buraxılıb. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil. Hazırda Manaf Şirinovun şirkətini, başqa adla, İNDER TEXNİKA MMC adı ilə onun oğlu Seymur Şirinov idarə edir. Seymur Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Seymur Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Seymurun tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən... Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..?
Əlbəttə, dövlətin tikintiyə ayırdığı milyonları mənimsəməklə...
Gündəlik Bakı
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti