İcra başçısı Müstəqim Məmmədovun yaxın dostu olan Suliddin bütün günü içkili vəiyyətdə şəhərdə avtoşluq edir... 
Yazacağımız mövzu Tərtər rayonundakı bələdiyyə sədri ilə bağlı olduğu üçün media üzərindən xırda bir araşdırma aparmalı olduq. Məlum oldu ki, Tərtər rayonunda 25 bələdiyyə fəaliyyət göstərir. Həmin siyahını https://az.wikipedia.org/Tetrer belediyyeleri saytında tapa bildik. 
Təsəvvür edirsiniz, bələdiyyələrin adı var, amma bələdiyyəyə daxil olan kəndlərin, bələdiyyə sədrlərinin ad-soyadı yoxdur. 
Nəhayət  axtardığımız informasiyanı icra hakimiyətinin http://terter-ih.gov.az/az/page/23.html  saytında tapa bildik. 
Deməli, məlumat üçün qeyd edək ki, Tərtər rayonundakı bələdiyyələrdən biri Yuxarı Qapanlı bələdiyyəsi ( Yuxarı Qapanlı kəndi, sədri Ələkbərov Suliddin Surxay oğludur), digəri isə Qaradağlı bələdiyyəsidir ( Təzəkənd, Kəngərli, Qaradağlı kəndlərini əhatə edir, sədri Hikmət Təvəkkül oğlu Nəcəfovdur ). Təkcə onu qeyd edək ki, Təzəkənd kəndinin 360 hektar ərazisi, 241 hektar pay torpağı var. Hər yerdə olduğu kimi Tərtər rayonunun bələdiyyə sədrləri də kəndlilərə kəndin ərazisində həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid rəsmi sənədlərin verilməsi üçün xeyli miqdarda rüşvət tələb edirlər. 
Bütün bunlar azmış kimi  Tərtər rayonu, Yuxarı Qapanlı bələdiyyəsinin sədri Ələkbərov Suliddin Surxay oğlu  təkcə sədr olduğu  Yuxarı Qapanlı bələdiyyəsinin deyil, həm də Təzəkənddə   xeyli əraziləri öz əlinə keçirib. Məlumdur ki, sovet dövründə rayonlarımızın çoxunda “Kökəltmə birliyi” deyilən Heyvandarlıq kompleksləri fəaliyyət göstərirdi. Həmin birliklərin geniş əraziləri, örüş sahələri, binaları  var idi. 
Bəli, bələdiyyə sədri Suliddin Ələkbərov rayonun icra başçısı Müstəqim Məmmədovla birləşərək Tərtər rayonu ərazisindəki  bahalı, münbit  torpaqları öz adına özəlləşdirib. Bələdiyyə sədri Suliddin Ələkbərov təkcə yuxarıda qeyd etdiyimiz keçmiş Kökəltmə birliyinin-Heyvandarlıq kompleksinin 97 hektar ərazisini özəlləşdirib. Bundan başqa  bələdiyyə sədri başqa bir 240 hektar sahəni də öz adına sənədləşdirib. Bələdiyyə sədri Suliddin Ələkbərov icra başçısı Müstəqim Məmmədovun ən yaxın adamıdır. 
Qısa vaxtda əldə etdiyi milyonluq mülklərin, ölçüyə gəlməz vəsaitin çoxluğundan başgicəllənməsi Suliddin Ələkbərovun həyat tərzini də dəyişib. Belə ki, bələdiyyə sədri bütün gün yeyib-içərək bahalı avtomobili ilə şəhərdə o yana-bu yana avtoşluq edir. 
Deməli, məlumdur ki, neçə illərdi ki, sakinlər müqavilə əsasında torpaqları icarəyə götürüb əkib-becərirlər. Kimin müqaviləsinin vaxtı bitirsə, Suliddin Ələkbərov müqavilənin müddətini uzatmır, heç bir ciddi əsas olmadan müqaviləni ləğv edir. Və.. Suliddin Ələkbərov həmin torpaqları icarədarlardan alaraq öz adına  müqavilə bağlayır. 
Yuxarıda qeyd etdiyimiz kimi Suliddin Ələkbərov  rayondakı Kökəltmə birliyinin 97 hektar ərazisini özəlləşdirib və həmin əraziyə öz adına 3 fazalı elektrik xətti də çəkdirib. Yəni Sülhəddin Ələkbərov az qala Tərtərin yarısını öz adına sənədləşdirib. Tərtərin icra başçısı Müstəqim Məmmədov və onun bələdiyyə sədri olan dostu Suliddin Ələkbərov Ramiz Mehdiyevin dövründə rayonda sağa da, sola da at oynadırdılar. Ramiz Mehdiyev vəzifədən gedəndə bu dostların gecəsi-gündüzü qara olmuşdu. Amma  sonradan özlərinə yeni dayaq tapa bildilər. Və hazırda öz əməllərini davam etdirirlər.