AzTU-nun tələbəsini intihar həddinə çatdıran rektor Vilayət Vəliyevdir?... -
Dünyada yayılan statistikaya görən ən az ömür sürən peşə sahibləri arasında jurnalistlər öndə gedir. Səbəbi jurnalistlərin hər gün mənfi, neqativ informasiya ilə yüklənməsidir.
Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin əməlləri barəsində də yazmaq istəyərkən, bu statistikanı öz üzərimizdə hiss elədik. Keçmiş nəsil rektor deyəndə savadlı, təcrübəli, həm də qayğıkeş insan obrazı göz önündə canlanırdı.
Saytlardan oxuduğumuza görə, müasir rektorlarımızdan biri olan AzTU-nun rektoru Vilayət Vəliyev isə tələbəni intihar həddinə çatdırıb. Adam oxuduqca dəhşətə gəlir. Tələbə yazır ki, özümü yandırmaq, ya da hündür mərtəbəli binadan atmaq istəyiriəm ki, mənə yaradılmış problemə diqqət yetirilsin.
Bəli, AzTU-nun “Nəqliyyat və Logistika” fakültəsini 2021-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən Rəhim Davudov yazır ki, mən rektorun qərarı ilə fakültədən fakültəyə keçirilmişəm, 3 il Nəqliyyat və Logistika fakultəsində oxumuşam, 5200 manat təhsil haqqı ödəmişəm, bütün imtahanları vermişəm, dövlət imtahanını müdafiə eləmişəm, indi mənə diplom vermirlər ki, guya fakültədən fakültəyə keçəndə Təhsil Nazirliyinə göndərilən siyahıda mənim adım texniki-MEXANİKİ səbəbdən siyahıda olmayıb. İndi tələbə soruşur ki, əgər belə olubsa da bu mənim günahım deyil, universitet rəhbərliyinin günahıdır.
Bəli, Vilayət Vəliyev kimi rektorlar insan talehi ilə oynayırlar. Təhsil Nazirliyi də bu məsələ ilə bağlı susur. Tələbə, Təhsil Nazirliyinə, Texniki Universitetin rektoruna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman), Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevaya müraciət edərək xahiş edir ki, tapdanmış haqq və hüquqları bərpa edilsin. Amma eşidən yoxdur.
Təsəvvür edirsiniz, tələbə 1 ildən çoxdur ki, öz rektorunun qəbuluna düşə bilmir. Adam bilmir nə yazsın...
Cənab Prezident şəhərlərə, rayonlara, kəndlərə səfər edir, sıravi insanları dinləyir, adi bir rektor isə 1 ildən çoxdur ki, öz tələbəsini qəbul etmir. Bütün baş verənləri bir kənara qoyaq. Tələbəni 5 dəqiqə qəbul etmək rektor Vilayət Vəliyev üçün nə problemdir..?
Tələbə yazır ki, mənə diplom vermirlər yaxşı edirlər, bəs niyə mənə rəsmi cavab vermirlər ki, məhkəməyə müraciət edim..? Naçar qalan tələbə sonda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinə müraciət edərək, ona köməklik edilməsini xahiş edir. Tələbə bir daha deyir ki, mən Vilayət Vəliyevin qərarı ilə fakültəmi dəyişmişəm. Nə isə, yazmaqla qurtaran deyil. Amma tələbənin müraciətində bir məqam diqqətimizi cəlb elədi. Rektorluq deyir ki, texniki-MEXANİKİ səhv olub... Yadımıza bilirsiniz nə düşür..? 1-2 il öncə rayonlarımızın birində həkim narkoz altında olan xəstənin xəstə ayağının əvəzinə sağlam ayağını kəsmişdi. Və bu bütün ölkədə yayıldı. Həkim sonda nə desə yaxşıdır: Mexaniki səhv olub dəə...
Bəli, Vilayət Vəliyev də deyir ki, MEXANİKİ səhv olub... Bunlar insanların həyatını, talehini MEXANİKİ səhv hesab edirlər... Vilayət Vəliyevdən yazmaq istəyərkən bir neçə gün öncə Elm və Təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə dedikləri yadımıza düşdü: “ Minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada, necə oxuduğu bəlli olmayan şəxslər var”.
Təsəvvür edirsiniz, minlərlə saxta diplom...hələ üstəlik həkimin harada, hansı ali məktəbdə oxuduğu məlum deyil... Vallah belə təhsil naziri olan yerdə rektor da elə Vilayət Vəliyev kimi olar...
Biz bu yazıda Vilayət Vəliyevin AzTU-nu ailə şirkətinə çevirməsindən, savadlı, təcrübəli alimləri vəzifədən çıxarıb öz savadsız qohumlarını vəzifələrə doldurmasından, təmir-tikinti adı ilə yüz minləri mənimsəməsindən, həmkarların xətti ilə müəllimlərə verilən hektarlarla torpağı özününküləşdirməsindən, müəllimlərə verilən putyovkaları satmasından, villalar tikməsindən, laborant qohumunu dekan təyin etməsindən və başqa əməllərindən bəhs etmədik.
Bu barədə nə qədər yazmaq olar. Bizim yazdıqlarımızın 20 faizini oxuyaraq tədbir görülsə ölkəmiz yağ-bal içində yaşayar.
gundelik baki.com
 
 
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti