Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşı qazini təkbətək söhbətə çağırır VİDEO
Teref.az Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən saytımızın redaksiyasına göndərilmiş şikayət məktubunu oxuculara təqdim edir.
Şikayətçi məktubunda yazır:
Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən

ŞİKAYƏT

Mən Göyçay rayon sakini Axundov Araz Azər oğlu Vətən müharibəsi qazisiyəm. 21 sentyabr 2020-ci il tarixdə səfərbərliklə hərbi xidmətə getmişəm. Suqovşan, Tülküdərəsi, Ağdam istiqamətində gedən döyüşlərdə olduqca fəal iştirak etmişəm. Lakin, Tülküdərəsində ağır yaralanaraq təcili hospitala yerləşdirilmişəm. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə olunduqdan sonra yenidən müharibə bölgəsinə qayıtmışam. Məhz ona görə də komandirlərim tərəfindən "xidməti-xasiyyətnamə" ilə təltif olunmuşam. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarla təltif edilmişəm.
Bildirmək istəyirəm ki, hərbi xidmətdən təxris olunduğum vaxtdan müalicələrə bağlı yaşayıram. Elə ona görə də köməklik göstərilməsi üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. Onun tapşırığına əsasən, mənə bir neçə dəfə müəyyən məbləğlərdə maddi yardım olundu. Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Hikmət Süleymanovun yanına getdim.
Ona "Mən pul istəməyə gəlməmişəm. Sadəcə səndən xahişim budur ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova de:
- Mənim çatışmayan dərmanlarımı dövlət hesabına təmin etsin". O, isə
"Yaşar kim olasıdır ki, mən ona ağız açım? Get Yaşarın kabinetinin qarşısında intihar elə, bəlkə sənə köməklik göstərdi. Belə də ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı? " - dedi.
Onun bu cür münasibətinə öz iradımı bildirdiyim zaman o, məni təhdid etməyə başladı.
"Məni əsəbləşdirmə! Sən kimsən axı? İstəyirsənsə, gedək Bəndin başında təkbətək söhbətimizi həll edək" - deyərək qışqır-bağır saldı.
Ola bilər ki, bu yazılı və videomüraciətimdən sonra Hikmət Süleymanov həqiqəti boynundan atamağa çalışacaq. Ancaq mənim dəfələrlə rayon icra hakimiyyətinə getməyim, həmçinin müşahidə kameralarında səs yazısı ilə birlikdə hər şey mövcuddur. Harada görünübdür ki, dövlət "məmur"u vətəndaşı, özü də qazini Bəndin başında təkbətək söhbətə (razborkaya) çağırsın?! Mən müharibəyə getməmişdən öncə tamamilə sağlam idim. Mən təxris olunandan bir müddət sonra atam da vəfat etdi. Vətəni müdafiə etmək borcumdur. Hikmət Süleymanov kimi vəzifəli şəxslərin də borcu odur ki, xalqına layiqli xidmət etsin. Çünki, "Xalqın bir nömrəli xidmətçisi mənəm" - deyən Prezident bütün məmurlara tapşırıq verir ki, "Gedin xalqa xidmət edin, hörmət edin, milləti incitməyin!". Hikmət Süleymanov kimi "məmur"lar isə ölkə başçısının dediklərinin tam əksinə gedərək vətəndaşlarda dövlətə qarşı nifrət yaratmağa çalışır. Bu adam nə qanunlara riayət edir, nə də dövlətdən qorxur. Cəzasızlıqdan azğınlaşan Hikmət Süleymanov hətta ölkə başçısı və birinci vitse-prezident haqqında belə danışmaqdan çəkinmir. Deyirəm ki, "Prezident Administrasiyasının qarşısına gedəcəm, Mehriban xanımın qəbuluna girəcəm". Deyir ki, "Sən bu dövlətə torpaqlar alınana qədər lazım idin. Mehriban xanım sənə köməklik göstərsəydi, əlillik dərəcəsi almağına yardım edərdi".
Cənab Prezident! Sizdən Vətən müharibəsi qazisi və Azərbaycan Respublikasının vətəndaşı olaraq çox xahiş edirəm, özbaşınalıqlar edən Hikmət Süleymanov barəsində ciddi tədbir görülməsi və müalicələrimin təşkil edilməsi üçün tapşırıq verəsiniz. Sizə çox minnətdarlığımı bildirirəm.
Teref.az olaraq şikayətdə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 

Bölmənin digər xəbərləri

29 Noyabr 2024 “Məni ələ verməyin, tutulsam…” – Qənirə Ataşovadan daha bir qalmaqal
29 Noyabr 2024 Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
29 Noyabr 2024 Deputat Xanlar Fətiyev ölkədən nə qədər valyuta çıxarıb?
29 Noyabr 2024 Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO

Dünyapress TV

Xəbər lenti