Bakının mərkəzində biabırçı yol –
Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zəhməti ilə salınmış, qədimliyi, füsunkarlığı və gözəlliyi ilə yola fərqlilik qatan daş örtüklər dağılıb uçulur və yerindən qopur. Qopmuş daş örtüklərinin yerini isə yamaq asfalt hissələr əvəzləyir…

Söhbət Nəsimi rayonunun Füzuli küçəsindən gedir. Həmin küçədən üzü yuxarı başlayaraq xeyli hissədə daş örtüklər qopub, dağılıb və ətrafa səpələnib.

Qopmuş daş döşəmələrinin yerinə isə yamaq asfalt döşənib. Aidiyyəti qurumun sözdə təmir etdiyi bu yolun tarixiliyi və qədimiliy də məhv edilib. Dağılan daş döşəmələrinin yerinə hissə-hissə asfalt örtük vurulması hərəkət iştirakçları, həmçiniin əcnəbilər tərəfindən xoş qarşılanmır.

Şəhərin ən sıx və işlək ərazisi sayılan bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir. Yerindən qopan, dağılan və uçan daş örtükləri də getdikcə sıradan çıxır.
Əslində damlı və uzunömürlülüyünə görə daş döşəmələrin daha çox piyadaların hərəkət etdiyi küçələrdə salınması məqsədəuyğun hesab edilir. Mütəxəssislərin dediyinə görə daş döşəmələrin hamarlanması avtomobillərin hərəkəti üçün müvafiq deyil.

Qeyd edək ki, sözügedən ərazidəki yol vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən daşla döşənib. Qopmuş hissələrin asfaltlanması işlərini isə Azərbaycan Avtomobil Yolları Dövlt Agentliyi həyata keçirir.

Bəs, bundan sonra acınacaqlı yolun taleyi nə olacaq?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən ərazinin əsaslı şəkildə təmiri nəzərdə tutulur:

“Amma yolun daşla, yoxsa asfaltla təmir olunacağı çıxarılacaq qərardan asılı olacaq. Məsələ ilə bağlı necə qərar veriləcəksə işlər də o şəkildə icra olunacaq”, – deyə qurum rəsmisi əlavə edib.bizim media/

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972776_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972949_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972951_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972993_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972954_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972956_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673972958_1.jpg
 

Dünyapress TV

Xəbər lenti