Prezident Administrasiyasının şöbə müdiri Gündüz Kərimov yalnız  məmurları qəbul edir?
Prezident Administrasiyasının Vətəndaş qəbulu mərkəzinin 39-cu otağının “sirri”
Prezident Administrasiyasının şöbə müdiri Gündüz Kərimov yalnız məmurları qəbul edir?
Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qəbuluna terrorla bağlı yazılmaq olar! (?)
2022-ci ilin 14 dekabrında Prezident Administrasiyasının Vətəndaşların qəbulu mərkəzində 39-cu otaqda “xalqa xidmət edən” xanım (Səmayə Əliyeva) hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, MHŞ üzvü Fuad Ələsgərovun qəbuluna yazmaqdan imtina etdi ki, bir gün qalmış qəbul dayandırılır , gələn il gəlmək olar. Dekabrın 21-də PA-nın qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun qəbul gününə iki gün qaldığından qəbul hüququna qadağa qoyulmasına bəhanə olmayacağını sayırdım. Amma, mən saydığımda olum, görün, mənbəyini xalqdan götürən hakimiyyətin icra qolu nə sayır! Bəlli oldu ki, PA-nın qəbul şöbəsi xalqı ümumiyyətlə saymır. Yoxsa, Gündüz Kərimovun yalnız dövlətin hüquq siyasəti ilə bağlı problemlərlə məşğul olduğu, bu məntiqlə yalnız dövlət məmurlarını qəbul etməli olması vurğulanmazdı. Bəs Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qəbuluna necə ?Heç demə, keçmiş daxili işlər naziri də dövlət terroru ilə bağlı məsələlərə baxır. Nizami polisinin vətəndaşı, 1-ci dərəcəli DİN-in Qarabağ qazisini terrorizə etməsi, DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun DİN-in adından məhkəmə təminatı hüququna qadağa qoyması , şəxs barəsində terrorçu, qatı cinayətkar imicinin yaradılaraq , cinayət işi ilə şantaj edilməsi, dövlətin adından çıxarılan məhkəmə qərar(lar)nın 14 ildir icra olunmaması, əksinə, tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verilməsi terror sayılmır? Prokurorluq orqanlarının cinayəti ört-basdır etməsinə kim hüquqi qiymət verməlidir? Ümumiyyətlə, Gündüz Kərimovun, Ramil Usubovun qəbuluna yazılmağa yalnız məmurlar “haqq edəcəksə” , vətəndaşların qəbulu mərkəzində niyə qəbul günləri nəzərdə tutulub?
39-cu “qadağa otağı”nın “yiyəsi” xanım (Səmayə Əliyeva) Gündüz Kərimova məktubla müraciət etməyi məsləhət görüb, qəbul qadağasının nədən, kimin göstərişindən qaynaqlandığını , (təbii ki), açıqlamadı. Lap nağıla bənzəyir , heç cür 39-cu otağın tilsimini qırıb, 40 -cı otağa girə bilmirəm. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun “40 pillə kafesi”ni Qarabağ qazilərindən dələduzluqla oğurlamasının sirri də 40 günə açılmadı. Sadəcə Əli Həsənovun göstərişi ilə 9 -cu PB-də yaralı durumda saxlanmağım sonucunda 40 gün qospitalda yatmalı oldum. İndi isə Prezident köməkçisi Kərəm Həsənov Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011-ci il tarixli 2 (!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 10a ünvanındakı əvvəllər 25 saylı II Nizami Dairə Seçki Komissiyasının yerləşdiyi otaqları saxta şəhadətnamə ilə ələ keçirib və. .. tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verilməsini dələduz icra məmurlarına, Nizami polisinə tapşırıb. Təsəvvür edin, dövlətin adından çıxarılan məhkəmə qərarı hazırda Cəlilabad RİH başçısı olan, keçmiş ƏMDK sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilovun, sədrinin adından imzaladığı şəhadətnamədən , Nizami RİH “JEK”-inin “razılıq məktubu”ndan aşağı imiş! (?) Məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi otaqları öncə “Kapitalbank”ın həmin ünvandakı filialının, bank bunu yalanlayanda, Hüseynov Aydın Bəxtiyar oğlunun “mülkiyyətinə verən” borclular (ƏMDK, Nizami RİH , Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri ) 2021-ci ilin sentyabrından Kerem Sezer adlı ata adı olmayan ( bunu borclu ƏMDK -nın yanına verildiyi İqtisadiyyat Nazirliyi rəsmi məktublarla bildirib –(?) Türkiyə vətəndaşına satıblar. . Baş prokuror , ədliyyə naziri də Prezident köməkçisi Kərəm Həsənovun, Dövlət Statistika Komitəsinin sədri, Nizami RİH -in keçmiş icra başçısı Tahir Budaqovun qanunsuz göstərişlərini qanundan, Konstitusiyadan üstün tutub, 1-ci dərəcəli tələbkar Qarabağ qazisinə işgəncə verilməsini ört-basdır edir, Qarabağ əlilinin PA-nın 39-cu otağından keçməsinə imkan vermirlər. Guya imkan veriləndə nə olacaq ki? Sadəcə müstəntiq Qalib Kərimlinin, sahə müvəkkili Elçin İslamovun və daha 3 nəfər polisin “protokol qaydasında axtarış” adına oğurladığı dərs vəsaiti kömpüterin hələ də qaytarılmaması PA-nın 39-cu otağına baş vurmağa nədəndir. Hələ ki, 39-cu otaqdan o yana keçməyə qadağa qoyulub. ..
PA-nın saytı ilə elektron müraciət , elektron qəbula yazılmaq da imitasiyadır . Nədən müraciətlər ünvanına çatdırılmır, qəbula yazılmaqla adın qəbul siyahısında görsənmir. Yazılı müraciətlər də qəbul edilmir, pullu poçt xidmətinə müraciət etmək bildirilir. PA-nın həyətində, vətəndaşların qəbulu mərkəzinin həyətində bir poçt qutusu qoymaq belə çətindir? Xalqa xidmət niyə pullu olmalıdır?
Məğrur Bədəlsoy
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_20221016_205218.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_20221016_205043.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti