"Bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə, niyə həyat yoldaşım hamı üçün canından keçirdi."
Vətən müharibəsi şəhidi, mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva dövlət qurumları tərəfindən ona və övladlarına qarşı olan laqeydlikdən gileylənib. Şəhid xanımı məsələylə bağlı dövlət başçısına müraciət edib:
“Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə, niyə həyat yoldaşım hamı üçün canından keçirdi. Rahib şəhid olanda Əli 1 yaş 8 aylıq idi, danışa bilmirdi. Böyüdükcə gözünün birinin də görmədiyini öyrəndim. Bu gün Əli üçün döydüyüm dövlət qapıları bizim üzümüzə bağlanacaqdısa, niyə mənim körpəm atasız qaldı onda? Siz şəhid övladlarına bucürmü dəstək olursuz?! Ən çox elə bu körpə uşaqların yaxşı məktəblərdə bağçalarda oxumaq haqqı var. Axı bizi dövlətə əmanət edib həyat yoldaşım. Biz bu qədər kasıb dövlətdə yaşayırıq k, bir uşağın təhsil haqqını qarşılaya bilmir? Axı ən önəmli vacib təhsil idi. İndi nə oldu daha bir il keçdi deyə uşaqların atası geri qayıtdı ki, baxmırsız? Artıq burdan müraciət edirəm dövlət başçısına. Çünki məktublarımıza baxılmır. Qəbullarda da bizi yola verirlər. İş istəyirik vermirlər, ev istəyirik vermirlər. Uşağımı bağçaya yazdırmışam onun da ödənişini heç bir dövlət qurumu həll etmir. Nə edək indi biz?”.
 

Dünyapress TV

Xəbər lenti