Tutulması qadağan edilən balıq bazarda necə satılır?
Artıq bir aydır ki, rəsmi olaraq balıq ovu qadağan edilib. Amma hazırda bazarlarda bir-birindən fərqli balıqlar satılır.

"Operativ Media" paytaxt bazarlarında satılan balıqların haradan gətirildiyini və qiymətini araşdırıb.

Balıqların kürütökmə dövrü olduğundan 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib.
Xəzər dənizi, onunla əlaqəsi olan çaylar və su anbarları, eyni zamanda Xəzər və ona tökülən çaylarla əlaqəsi olan kanallarda balıq ovlamağa icazə yoxdur. Bu ildən tilovla da balıq tutmağa icazə verilmir. Bəs bazarlarda satılan balıqlar haradan əldə edilir?

Balıq satışı ilə məşğul olan İlkin Novruzovun sözlərinə görə, hazırda satışda olan balıqlar xaricdən və ya təsərrüfatlardan gəlmədir. Dəniz balığı satılmır.

"Ölkəmizə balıqlar daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla bərabər yerli təsərrüfatlarda yetişdirilən balıqlar da var ki, hazırda məhz onların satışı həyata keçirilir".

Qadağanın qiymətləri qalxmasına səbəb olacağı gözlənilirdi. Lakin satıcılar bu fikirdə deyil. Balıqçılar bildirir ki, hazırda bazarlarda dənizdən tutulma balıqlar olmasa da ,amma qiymətlərdə heç bir fərq yoxdur. Çeşidin olmaması alıcılığı çox aşağı salıb.

"Gəlirlər, dəniz balığı soruşurlar, deyirik, yoxdur. Ən çox axtarılan kütümdür. Biz deyəndə ki, o yoxdur, başqa balıq var, almırlar. Kütümdü, Kefaldı, Berjdi satışda yoxdur. Balıqçılar gətirmir, ümumiyyətlə bazarda heç kimdə yoxdur".

Qiymətlərə gəlincə isə piştaxtada olan balıqların qiymətləri belədir:

Farel 9-13 manat arası
Levrek 20-22 manat, böyüklər 25-28 manat
Nərə (təsərrüfatlarda yetişdirilmə) 40-45 manat
 

Dünyapress TV

Xəbər lenti