Bakıda “ölüm zonası“: Burada yaşayanlar təhlükə qarşısındadırlar
Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ikinci sırada dayanır. Belə vulkanların böyük əksəriyyəti isə Abşeron yarımadası və Qobustan rayonu ərazisində yerləşir.

Hazırda Bakının bir sıra qəsəbələrində yerləşən vulkan ocaqlarının bir çoxunun üzərində yaşayış təyinatlı evlər tikilib. Hətta bu tip evlərin demək olar ki, hamısında kommunal xətlər də mövcuddur. İstənilən vaxt fəallaşabilən palçıq vulkanları isə həmin ərazidə yaşayan sakinlər üçün birbaşa həyati təhlükə yaradır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan memar Faiq İsmayılov bildirib ki, vulkanik və sürüşmə zonalarında tikilən evlərin hamısı qanunsuzdur:

"Vulkanik ərazilərdə və yaxud sürüşmə zonalarında tikilən evlərin hamısı qeyri-qanunidir. Biri var ki, hansısa təbii fəlakət və ya yer sürüşməsi olsun. Lakin bilərəkdən gedib vulkan ərazisində ev tikmək birmənalı olaraq qanunsuzdur. Bu məsələyə münasibət bildirmək dövlətin öz işidir. Artıq burada tikintilərin hüquqi baxımdan müdafiə oluna biləcək tərəfi yoxdur. Çünki bu kimi ərazilərdə tikilən evlər kimlərinsə, hansısa məmurların mənafeyi baxımından müəyyən qədər vəsait alınmaqla tikilib".

"Belə evlər istənilən vaxt vulkan təhlükəsi ilə qarşı-qarşıyadır və onlar belə hallardan sığortalanmayıb. Bu baxımdan vulkanik ərazilərin yenidən baxışı keçirilməli və analizlər aparılmalıdır. Sabah vulkan püskürən zaman onun radiusu, yayılma istiqaməti dəqiq öyrənilməlidir. Bundan sonra orada yaşayan əhaliyə nisbətən hansısa köməklik etməyin meyarı müəyyən oluna bilər. Buna başqa cür əncam çəkmək mümkünsüzdür", - F.İsmayılov qeyd edib.
 

Bölmənin digər xəbərləri

28 İyun 2024 Səhər saatlarında baş verən güclü zəlzələ hansı rayonlarda hiss olunub?
28 İyun 2024 Saatlıda “ölüm mənbəyi”nə çevrilmiş qum karxanaları – kimdir müqəssir?
27 İyun 2024  Yeni TƏHLÜKƏ MƏNBƏYİ: Bakı liftləri... - Dövlətin ayırdığı pullar BƏS NƏ OLDU?..
27 İyun 2024 Qərbi Azərbaycan Xronikası: Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu
27 İyun 2024 İctimai nəqliyyat kollapsı: hökumət qaş düzəltmək yerinə göz çıxarır - PROBLEM...
26 İyun 2024 Novxanıdakı “La Chateau” restoranına getməyin... - "Peşman olduq..."
26 İyun 2024  Dekan müavini icra başçısı ilə əlbir olaraq milyonluq evə ƏL QOYUR... - VİDEO
26 İyun 2024 Əhməd Əhmədov məhkəməyə 300 dollarlıq köynəkdə gəlib? - FOTO
26 İyun 2024 Ötən gün polislər belə GÜLLƏLƏNİB – ANBAAN VİDEO
26 İyun 2024 Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi
25 İyun 2024 Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - TƏFƏRRÜAT
25 İyun 2024 Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
25 İyun 2024 Üç polisi qətlə yetirən Rövşəni Rüstəm Şahbazovla nə bağlayır? - DETALLAR
24 İyun 2024 Bakıda əməliyyat zamanı həlak olan polislərin - Fotosu
24 İyun 2024 Bakıda daha bir yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var
24 İyun 2024 Yolkənarı iaşə obyektləri, zəif və naşı fəaliyyət: Turizm sektorunun sağalmayan yarası
24 İyun 2024 Sel kəndlərlə rayonların əlaqəsini kəsdi (VİDEO)
24 İyun 2024 Mehdiyevin kürəkəni içki aludəçisi olub - Gecələr “Rolls-Royce“da stress atır
22 İyun 2024  Təzə rəhbər SƏRT ÜZÜNÜ göstərir... - Amma sıravi işçilərə...
22 İyun 2024 Beş ağır maddə ilə ittiham olunan keçmiş icra başçısı vurduğu zərərin tam ödənildiyinin nəzərə alınması və əfv olunmasını istəyib

Dünyapress TV

Xəbər lenti