Zaxarovanın dedikləri ilə bağlı Kreml İZAHAT VERMƏLİDİR...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla yanaşı Rusiyanın siyasətindən də danışıb və Moskvanı suçlayıb. Qriqoryan müharibədə uduzmaqlarına görə, Rusiyanı ittiham edib: "Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi”. Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə, Moskvanı günahlandırmasına cavab veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?”. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksəkrütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Prezidentin köməkçisi Hikmət Hacıyev də Qriqoryanın iddiasından danışıb. Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. H.Hacıyev qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında Ermənistan ordusunu məğlub edib, mütləq hərbi qələbə qazanıb və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib: "Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin senyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah olunub. Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülüb. Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür".
Siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir:
"Rəsmi Bakı İrəvan-Moskva xəttindəki “ritorik müharibədə” motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də. Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu. Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə “məxsusluğu” iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir. Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın “ritorik xəttinə” Bakının da qoşulması ilə nəticələnəcək ki, bunun Azərbaycana faydası yoxdur. Əvəzində bu cür açıqlamaların qəbuledilməz olduğunu Moskvaya diplomatik kanallarla çatdırmaq olar".
 

Bölmənin digər xəbərləri

30 İyun 2024  "Bizim 200 il davam edən xəyanətlərdən sonra... onlara veriləsi çörəyimiz yoxdur"
30 İyun 2024 Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ
29 İyun 2024  Xankəndiyə yaşayış qayıtmalıdır ki, Qarabağı canlandıraq... - GƏLİŞMƏ
29 İyun 2024 "Bakcell” Şuşada yeni mağazasını təqdim etdi! - FOTOLAR
28 İyun 2024 Laçına növbəti köç karvanı yola salındı
25 İyun 2024 Ağdamda tikinti işləri üzrə 16,2 milyonluq tender uduldu - DETALLAR
22 İyun 2024 Ağdamın İNŞASI: Böyük pulları kimlər qazanır?.. - İLGİNC SİYAHI...
20 İyun 2024 Laçından bənzərsiz təbiət mənzərəsi: Fateh bulağından görüntülər
18 İyun 2024 Laçında növbəti biabırçılıq: Yeni tikilmiş evin tavanı uçdu... VİDEO
17 İyun 2024  Ermənilər Qarabağa qayıtmaq üçün “kampaniya” başladır - BAŞLARINI İTİRİBLƏR...
17 İyun 2024 Sülhmərmalılar Xocalıda əsl istirahət zonası salıblarmış - VİDEO
16 İyun 2024 Şuşa xəstəxanasının tikinti prosesindən yeni - Video
15 İyun 2024 Xocalı aeroportuna onun adı verilsin! – TƏKLİF
15 İyun 2024 Üçgünlük səfər anlaşma ilə bitdi: Zəngəzur dəhlizi açılır - BUNDAN SONRA...
14 İyun 2024 Şahramanyan ifşa etdi: Qarabağdakı “ordu” kimə tabe idi? - İLGİNC GƏLİŞMƏ...
13 İyun 2024 PAŞİNYAN GERİ ÇƏKİLDİ... - Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişdi
12 İyun 2024 26 iyun paradının Xocalıda keçirilməsi təklifi - HAQQIMIZDIR...
12 İyun 2024 Tehranın Zəngəzur sancısı kəsilmir – Ekspert səbəbləri açıqladı
11 İyun 2024 "Sonuncu dəfə dedi ki, tezliklə gələcəyəm..." - Şəhid qızının maraqlı hekayəsi
08 İyun 2024 Birinci Qarabağ Müharibəsi şəhidləri Nazim Şirinov və İsmayıl Xəlilov Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər

Dünyapress TV

Xəbər lenti