Bakıda gecəyarısı söküntü işləri: Qadını evindən sürüyüb çıxardılar   VİDEO
Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.

Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıblar.

Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Ardınca naməlum şəxslər qadının evinə girərək onu yaxa-paça sürüyüb mənzilindən çıxarıblar.

Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:
 
 

Dünyapress TV

Xəbər lenti