b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_904cef1c23fd05b86811177cdca57403.jpg
  

Təqribən 3 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi.

Qeyd edildi ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşılığa doğru" kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bildirilərək ən qısa zamanda tədbir görülməsi tələb olundu.

Bütün bunlara baxmayaraq, verilişlərin məzmununda hər hansı dəyişiklik müşahidə olunmadı. Onların bəzisi efir saatını azaltdı, bəzisi özünə əlavə veriliş açdı.

Cəmiyyətdə səsləndirilən iddialardan biri də yeni mövsümdə sözügedən aparıcıların telekanaldan birdəfəlik uzaqlaşdırılacağı idi.

"Yeni Sabah" məsələnin təfərrüatını öyrənə bilib. Tənqid hədəfi olan həmin telekanalların birində çalışan nüfuzlu mənbə sayta açıqlamasında bildirib ki, bu iddialar yeni mövsümdə özünü doğrultmayacaq.

Onun sözlərinə görə, özəl telekanalların rəhbərləri sözügedən verilişlərə alternativ tapa bilməyiblər. Ötən müddət ərzində bir neçə yeni layihə müzakirə mövzusu olsa da, onların heç birinin yüksək reytinq gətirəcəyinə əminlik yaranmayıb. Oxşar süjet xəttinə malik olan həmin verilişlərin alternativini yaratmaq mümkün olmayıb. Nəticədə, hazırda reytinqinə görə ilk sıralarda qərarlaşan "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşılığa doğru" verilişlərinin yayımının gələn il də davam etdirilməsinə qərar verilib.

Məlumatlı şəxs deyib ki, gözdən pərdə asmaq üçün müəyyən kosmetik dəyişikliklərin edilməsi nəzərdə tutulub. Burada söhbət studiyaların dizaynının dəyişməsindən, cəmiyyətdə mənfi reputasiyaya malik olan ekspertlərin uzaqlaşdırılmasından və verilişlərin efir saatının qısaldılmasından gedir.

Qərara alınıb ki, sözügedən kosmetik dəyişikliklər avqust ayının əvvəlindən etibarən tamaşaçılara "inqilabi dəyişiklik" kimi təqdim olunsun.

Sonda mənbə gözləntilərin əksinə olaraq, Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Elgiz Əkbər kimi aparıcıların yeni sezonda tamaşaçıların qarşısına təkrar çıxacağını bildirib.

Bölmənin digər xəbərləri

04 İyul 2024  Nura Suri telekanalları tənqid etdi: - "Kəsib-doğrayırlar"
04 İyul 2024 Avropadan meyxanaçılarımıza iş təklifi - Onlar 150 minlik maşını necə alırlar?
04 İyul 2024 Məhkəmə kirpikləri tökülən, gözləri əyilən Xalq artistinin iddiasını təmin etmədi
03 İyul 2024 TV necə, aparıcısı da elə... - qınaq həmənki, bəs çıxış yolu? - peşəkar danışır
02 İyul 2024 Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
01 İyul 2024 Günaydan Zaura efirdə SƏRT REAKSİYA - Məşhur cütlüyə NƏ OLDU? - VİDEO
01 İyul 2024 "Gələn kimi vizasına qadağa qoydular"
30 İyun 2024 Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO
30 İyun 2024 ŞOK‼️ Müğənnilərin yeni toy qiymətləri -25 min manata oxuyan kimdir?
29 İyun 2024 "Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən"
28 İyun 2024 Əli Mirəliyev 15 min xərclədiyini deyən müğənniyə : - ”Soğan-çörək yeyir”
28 İyun 2024  "Azərbaycan musiqisinin arxivi getdi bu dünyadan"
27 İyun 2024 “Nə qədər yeni plastik əməliyyat çıxır, hamısını elətdirirəm” - Aytac Tovuzlu
27 İyun 2024 Əməkdar artistdən qalmaqallı AÇIQLAMA: "Pul qazanan kişinin xəyanətini bağışlayardım" - VİDEO
26 İyun 2024  "Əli Mirəliyev belə söz deyibsə..." - Yusif Mustafayev
25 İyun 2024 Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? - İlginc iddia
24 İyun 2024 "Ərimin başqasıyla görüşməsi barədə mesaj gəldi"
24 İyun 2024 Roza Zərgərli bu görüntüləri ilə gündəmi alt-üst etdi - FOTO
22 İyun 2024 Mədəniyyət Nazirliyi senzura tətbiq edib?
21 İyun 2024 Nura Suri KƏND QIZI OLDU - VİDEO

Dünyapress TV

Xəbər lenti