Türkiyə Niderlandı məğlub edə biləcəkmi? - Ekspert
Türkiyə uzun müddətdir ki, ənənə formalaşdırıb. Biz “Qalatasaray”ın çıxışında da eyni ssenarini görürük. Sanki son ana qədər azarkeşlərin ürəyini üzməyə, intizarda saxlamağa meyillidirlər.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Türkiyə millisinin Avstriya millisi üzərində 1/8 finalda qələbəsini şərh edərkən deyib.

“Müsbət məqam odur ki, favorit göstərilmədiyi oyunlarda belə türkiyəli futbolçular sonda hər kəsi təəccübləndirməyi bacarır. Qrup mərhələsindən bəri Türkiyə millisi tənqid olunurdu. Çünki Gürcüstanla oyunda qələbə qazansalar da, müdafiə xəttində səhvlər var idi. İkinci oyunda Portuqaliyaya məğlubiyyət ümidləri daha da azaltdı. Bu da baş məşqçinin hiyləsidir. Oyunlarda qarışıq heyət seçərək həm rəqiblərini çaşdırmağı, həm də azarkeşləri təəccübləndirməyi bacardı. Türkiyə millisi bütün səhvləri unutdurdu. Futbolçularının fədakarlığı, son dəqiqədə qapıçının həmləsi, çoxlarının hesaba almadığı Dəmiralın dubl etməsi Türkiyə millisinin xarakterindən, sona qədər döyüşməsindən xəbər verir. Məşhur deyim var, “Biz bitdi demədən, bitməz”. Həqiqətən də Türkiyə millisi bu deyimi tam yerinə yetirib”, - Abuşov bildirib.

Ekspert bildirib ki, Türkiyə millisinin növbəti oyundakı rəqibi Niderland da Türkiyə millisi kimi qeyri-sabit oyun nümayiş etdirib:

“Niderlandın Rumıniya üzərində qələbəsi göz qorxutsa da, 1/4 finalda Türkiyə Rumıniya kimi çıxış etməyəcək. Qardaş ölkənin millisi ruhdan düşmür, sona qədər döyüşür. Bu da Niderland millisinə bir qədər çətinlik yaradacaq. Gələcək oyunu yarı-yarıya qiymətləndirirəm. Hər iki komandanın yarımfinala yüksəlmə şansı var”.

Qeyd edək ki, Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 final oyunları 5-6 iyul tarixlərində keçiriləcək. Türkiyə millisi iyulun 6-da, Bakı vaxtilə saat 23:00-da Niderland seçməsi ilə üz-üzə gələcək.
 
 
 

Bölmənin digər xəbərləri

07 İyul 2024 Amerika Kuboku: Yarımfinala yüksələn son komandalar da bəlli oldular
07 İyul 2024 Hollandiya futbolunun əfsanəsi Marko van Basten Merih Dəmiralın müdafiəsinə qalxdı: "UEFA kimdir ki, "sən bunu edə bilməzsən" desin?
07 İyul 2024 Türk azarkeşlər milli komandaya belə dəstək oldu - İlginc VİDEO
06 İyul 2024 AVRO-2024: Bu gün 1/4 finalın son oyunları keçiriləcək
06 İyul 2024 Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
05 İyul 2024 Güləş üzrə Avropa çempionuda "Boz Qurd" göstərdi FOTO
05 İyul 2024 UEFA-dan Merih Demiralla bağlı qərar - 2 oyunluq cəza
03 İyul 2024 Türkiyə millisi Avro-2024-ün 1/4 finalında!
02 İyul 2024 AÇ-2024: Fransa Belçikanı məğlub etdi
02 İyul 2024 Makqreqor Həbibi dilənçi adlandırıb
01 İyul 2024 Azərbaycan sərbəst güləş millisi Avropa çempionu oldu
01 İyul 2024 AVRO-2024: İspaniya Gürcüstanı böyük hesabla məğlub etdi
30 İyun 2024 AVRO-2024: Almaniya Danimarka səddini aşdı
30 İyun 2024 AVRO-2024: İlk 1/4 finalçı bəlli olub
30 İyun 2024 PSJ ona 250 milyon avro təklif etdi
29 İyun 2024 Boksçumuz ermənistanlı rəqibini məğlub edərək finala yüksəldi
28 İyun 2024 Türkiyə millisi AÇ-2024-də nə qədər gəlir əldə edib?
28 İyun 2024 Yeni mövsümün ilk "El-Klasiko"sunun vaxtı bəlli oldu
27 İyun 2024 Güləşçilərimiz erməni rəqiblərinə qalib gələrək Avropa çempionu oldular
27 İyun 2024 AVRO-2024: 1/8 final cütləri bəlli oldu

Dünyapress TV

Xəbər lenti