“Bu emosiyalar kənara qoyulmalıdır” - Prezident
“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik...28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, Azərbaycanın daxili məsələsidir.

“Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - İlham Əliyev deyib.
 

Bölmənin digər xəbərləri

04 İyul 2024 İlham Əliyevlə Ərdoğan arasında SƏMİMİ DİALOQ - VİDEO
04 İyul 2024  Pezeşkian öndədir, amma... - Qalibafın səsləri Cəlilinin şansını artırır
04 İyul 2024 Rusiyadan Azərbaycana və Ermənistana XƏBƏRDARLIQ: “NATO-dan uzaq durun”
03 İyul 2024 Çin niyə NATO-ya meydan oxuyur?
02 İyul 2024 Kremldən Ukrayna şərhi — “Hər cür dialoqa açığıq”
01 İyul 2024 ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-dakı rolunu qoruyub saxlayacaq - Stoltenberq
01 İyul 2024  Makron Fransada xaos yaratmaqda ittiham olunur
01 İyul 2024  Macarıstan AB Şurasının sədri olub
30 İyun 2024 İranda prezident seçkisi ikinci tura qaldı: Məsud Pezeşkian irəlidədir
30 İyun 2024 Ərdoğan gələn ay Şuşaya səfər edəcək
29 İyun 2024 Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər - "Farhikhtegan"
29 İyun 2024 MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək - Diqqət!
29 İyun 2024 Peskov: Rusiya ilə Avropa arasında münasibətlərin normallaşması perspektivləri pisdir
29 İyun 2024 Bayden-Tramp debatı necə keçdi? – Təfərrüatlar
29 İyun 2024 Sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin edildi – Sərəncam
28 İyun 2024 İranda rəqiblərini keçən azərbaycanlı GÖRÜN, ƏSLİNDƏ, KİMDİR? / VİDEO
28 İyun 2024 Çin Müdafiə Nazirliyi ABŞ-a “cəhənnəmə hazırlaşmağı” tövsiyə edib
27 İyun 2024 Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur - Qərar verildi
27 İyun 2024 Təbrizli namizəd Tehranda türkcə danışdı: Alqışla qarşılandı- VİDEO
27 İyun 2024 "Ermənistanın kiçik ərazisi iki böyük mərkəzin döyüş meydanına çevrilə bilər”, – Ovannisyan

Dünyapress TV

Xəbər lenti