İranda prezident seçkisi ikinci tura qaldı: Məsud Pezeşkian irəlidədir
İranda cümə günü keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Rəsmilər ikinci turun olacağını deyirlər.

İlkin rəsmi nəticələrə görə, islahatçı qanadın yeganə namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir.

Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci gəlir.

BBC Farsca yazır ki, nə cənab Cəlili, nə də cənab Pezeşkian səslərin 50 faizni qazanmasa, gələn cümə günü ikinci tur olacaq.

Məsud Pezeşkian İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və onun nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir.

Əslən azərbaycanlı olan və açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb.

İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

Səid Cəlili mühafizəkar qanadın təmsilçidir və İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər.

1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində (1980-88) bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib.

Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyasını yazıb. İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər.

Prezident seçkisində səsvermə gecə saat 12-də başa çatıb.

Səsvermə İran vaxtilə saat 6-da bitməli olsa da, 3 dəfə 2 saat olmaqla artırılıb, BBC Farsca yazıb.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Namizədlərdən birinin əslən İran azərbaycanlısı olduğu deyilir. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi "Azərbaycanım" mahnısı səsləndirilib.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunub.
 

Bölmənin digər xəbərləri

02 İyul 2024 Kremldən Ukrayna şərhi — “Hər cür dialoqa açığıq”
02 İyul 2024 “Bu emosiyalar kənara qoyulmalıdır” - Prezident
01 İyul 2024 ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-dakı rolunu qoruyub saxlayacaq - Stoltenberq
01 İyul 2024  Makron Fransada xaos yaratmaqda ittiham olunur
01 İyul 2024  Macarıstan AB Şurasının sədri olub
30 İyun 2024 Ərdoğan gələn ay Şuşaya səfər edəcək
29 İyun 2024 Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər - "Farhikhtegan"
29 İyun 2024 MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək - Diqqət!
29 İyun 2024 Peskov: Rusiya ilə Avropa arasında münasibətlərin normallaşması perspektivləri pisdir
29 İyun 2024 Bayden-Tramp debatı necə keçdi? – Təfərrüatlar
29 İyun 2024 Sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin edildi – Sərəncam
28 İyun 2024 İranda rəqiblərini keçən azərbaycanlı GÖRÜN, ƏSLİNDƏ, KİMDİR? / VİDEO
28 İyun 2024 Çin Müdafiə Nazirliyi ABŞ-a “cəhənnəmə hazırlaşmağı” tövsiyə edib
27 İyun 2024 Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur - Qərar verildi
27 İyun 2024 Təbrizli namizəd Tehranda türkcə danışdı: Alqışla qarşılandı- VİDEO
27 İyun 2024 "Ermənistanın kiçik ərazisi iki böyük mərkəzin döyüş meydanına çevrilə bilər”, – Ovannisyan
27 İyun 2024 İrəvan səfərindən iki həftə sonra ABŞ rəsmisi Bakıya niyə gəlir?
26 İyun 2024 "Baş nazir seçilsəm Rusiya ilə qarşıdurmaya gedəcəyik" - Jordan Bardella
26 İyun 2024 Gürcüstanda müxalifət partiyaları “Birlik Bəyannaməsi” İMZALADI
24 İyun 2024 Tramp artıq özünün vitse-prezidentini seçib

Dünyapress TV

Xəbər lenti