O'Brayn Bakıya hansı planla gəlir və Bakıdan istədiyi nə olacaq?
O'Braynın Bakıya hansı planla gəldiyi artıq sirr deyil: Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan Orta dəhlizdən Çini və Rusiyanı kənarlaşdırmaq niyyətindədir;
Bunu artıq açıq şəkildə dilə gətirirlər. Obrayn da bildirir ki, “Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və buna görə Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”.
ABŞ-ın planı bəllidir. Bu haqda bir neçə dəfə yazmışıq da. Obrayn da Bakıya son müzakirələri aparmaq üçün gəlir və iyulun 15-də Vaşinqtonda keçiriləcək NATO sammitində Azərbaycan və Ermənistanın da dəvət ediləcəyi, birbaşa təmaslarda razılaşmaların əldə edilməsinə çalışacaqları istisna edilməməlidir.
Burada əsas həlledici məqam kommunikasiyanın hansı məntiqlə açılması olacaq. Ermənistan Naxçıvana “maneəsiz keçid” verməkdən imtina edir. Mərəzi Asiya-Avropa marşrutuna Ermənistanı qoşmaq istəyən ABŞ da “yol məntiqi”nin tərəfdarıdır. Lakin Bakının Naxçıvana çıxışda “Azərbaycandan Azərbaycana prinsipi” ilə bağlı istəyi qəbul edilməyəcəyi təqdirdə, bunun reallaşması çətin görünür. Mümkündür ki, Obraynın İrəvan və Bakı səfərlərində Naxçıvıvana çıxışın bu prinsiplər əsasında açılması da müzakirə olunur, yaxud Azərbaycandan Naxçıvana gedən yolun beynəlxalq nəzarət altında olması kimi variantlar da ola bilər. Bütün hallarda Azərbaycan Naxçıvana “maneəsiz keçid” əldə etməlidir, əks təqdirdə, Bakının razı olmayacağı aydın görünür. Bu məsələdə Ankara da Bakı ilə eyni gündəlikdən çıxış edir.
Asif Nerimanli
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti