Saatlıda “ölüm mənbəyi”nə çevrilmiş qum karxanaları – kimdir müqəssir?

“Neçə illərdir ki, Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində çoxlu sayda qum karxanaları fəaliyyət göstərir. Bu karxanalarda yerin təkindən istifadə qaydalarına riayət olunmaması nəticəsində Araz çayının məcrası dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, həmçinin minerallaşma dərəcəsi də dəyişib”. Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Abış Astanov yazıb.
O bildirib ki, çayın yeni məcrasında “oyuq”lar əmələ gəlib, kənarda isə dərinliyi 20 metrdən çox olan göllər və axmazlar yaranıb. “Mütəxəssislərin dediyinə görə, çayın müasir məcrasından kənarda bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər”.
Astanov deyir ki, artıq neçə illərdir ki, bunun fəsadları Saatlı rayonunda öz təsirini göstərir. “Bunu hər il rayonun müxtəlif kəndlərində baş verən “su üsyanları”ndan da aydın görmək olar. Onu da qeyd etməyi özümə borc bilirəm ki, burada yaranan dərin göllərdə xeyli sayda insan boğularaq dünyasını dəyişib. Beləcə də kimlərinsə var-dövlət yığmaq hərisliyi səbəbindən insanlar həlak olur, xalqa, dövlətə, təbiətə xeyli ziyan dəyir”.
İctimai fəal qeyd edir ki,bütün bu əməllər barəsində əhali tərəfindən dəfələrlə müxtəlif dövlət qurumlarına müraciətlər olunsa da heç bir tədbir görən yoxdur. “Ona görə ki, karyer işlədənlərin özlərinin də dediyinə görə “krışa”ları Bakıda yüksək vəzifə sahibidirlər”.
Abış Astanov onu da deyib ki, yaxın günlərdə həmin karyerlərin kimlərə məxsus olması, orada hansı dövlət qurumlarının texnikalarından istifadə olunması, vergidən yayınma halları və digər qanunsuzluqlar barəsində, həmçinin onların “krışa”ları haqqında geniş məlumat verəcək.
 

Bölmənin digər xəbərləri

30 İyun 2024 Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
30 İyun 2024 "Exit-poll" keçirmək istəyən təşkilatların akkreditasiyasının başlanma vaxtı açıqlandı
29 İyun 2024 Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır
29 İyun 2024 "Yüksək vəzifəlilər özlərinə saxta mükafatlar alırlar" - Zahid Məmmədovdan sərt açıqlamalar
28 İyun 2024 Səhər saatlarında baş verən güclü zəlzələ hansı rayonlarda hiss olunub?
27 İyun 2024  Yeni TƏHLÜKƏ MƏNBƏYİ: Bakı liftləri... - Dövlətin ayırdığı pullar BƏS NƏ OLDU?..
27 İyun 2024 Qərbi Azərbaycan Xronikası: Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu
27 İyun 2024 İctimai nəqliyyat kollapsı: hökumət qaş düzəltmək yerinə göz çıxarır - PROBLEM...
26 İyun 2024 Novxanıdakı “La Chateau” restoranına getməyin... - "Peşman olduq..."
26 İyun 2024  Dekan müavini icra başçısı ilə əlbir olaraq milyonluq evə ƏL QOYUR... - VİDEO
26 İyun 2024 Əhməd Əhmədov məhkəməyə 300 dollarlıq köynəkdə gəlib? - FOTO
26 İyun 2024 Ötən gün polislər belə GÜLLƏLƏNİB – ANBAAN VİDEO
26 İyun 2024 Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi
25 İyun 2024 Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - TƏFƏRRÜAT
25 İyun 2024 Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
25 İyun 2024 Bakıda “ölüm zonası“: Burada yaşayanlar təhlükə qarşısındadırlar
25 İyun 2024 Üç polisi qətlə yetirən Rövşəni Rüstəm Şahbazovla nə bağlayır? - DETALLAR
24 İyun 2024 Bakıda əməliyyat zamanı həlak olan polislərin - Fotosu
24 İyun 2024 Bakıda daha bir yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var
24 İyun 2024 Yolkənarı iaşə obyektləri, zəif və naşı fəaliyyət: Turizm sektorunun sağalmayan yarası

Dünyapress TV

Xəbər lenti