“Ayağımla xəstəxanaya getsəm də, araba ilə qayıtdım” – HƏKİM TƏRƏFİNDƏN ŞİKƏST EDİLƏN SUMQAYIT SAKİNİNİN ŞİKAYƏTİNƏ BAXILMIR
Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 13/52-nin qarşısındakı həyət evindən yaşadığını bildirən İsmayılov Asif Cavanşir oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti dəfə şikayət daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“57 yaşım var. 22.02.2023-cü ildə Sumqayıt Travmatalogiya Xəstəxanasında həkim Emin Yaqubov tərəfindən boyun onurğa əməliyyatı olunmuşam. O, mənə boş yerə 3 ay 8 gün ümid verərək, xəstəxanada yatızdırdı. Sonra məlum oldu ki, uğursuz əməliyyat edib. Hansı ki, ayağımla xəstəxanaya getsəm də, araba ilə qayıtdım”.

Hazırda 1-ci qrup əlil olduğunu deyən şikayətçinin sözlərinə görə, 8 aydan sonra vəziyyəti daha da pisləşib: “Bundan sonra Bakıda, Əhmədlidə yerləşən Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Sağ olsun, Rasim həkim məni əməliyyat edib, ölümdən qurtardı. Amma şikəstliyim yenə də qalır. Məni bu günə salan Emin Yaqubov bir dəfə də olsun mənimlə maraqlanmır.

Sumqayıt Travmatalogiya Xəstəxanasında olan özbaşınalıqla bağlı baş həkim Rauf həkimə, Səhiyyə Nazirliyində Səkinə xanıma, TƏBİB-ə, Respublika Prokurorluğuna müraciət etdim. Üstəlik, ərizə ilə Prezident İlham Əliyevə də müraciət etmişəm. Lakin heç bir tədbir görən yoxdur.

Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın, bəlkə aidiyyəti qurumlar bir tədbir görər”.

Jalə FAMİLQIZI

Redaksiayadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Bölmənin digər xəbərləri

28 İyun 2024 Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"...
28 İyun 2024 “Azərpoçt”da töhmət almış Rövşən Rüstəmov ADY-ni düzəldəcək? – Araşdırma
28 İyun 2024 Biləsuvarda Prezidentin tövsiyyələrindən hələ də bir nəticə çıxara bilməyiblər
28 İyun 2024 Beyləqan İcra Hakimiyyətində nə baş verir?..
28 İyun 2024 Beyləqan İcra Hakimiyyətində nə baş verir?.. - İDDİA
27 İyun 2024 Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB... - HƏQİQƏTƏN DƏ...
27 İyun 2024  Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - ŞOK FAKTLAR
27 İyun 2024 Nizami rayonunda TAM YİYƏSİZLİKDİR... - BU NƏDİ BELƏ?!
27 İyun 2024 İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?
27 İyun 2024 Xətai Tib Mərkəzində nə baş verib? – 30 ilin müəlliməsi həkimdən şikayətçidir
27 İyun 2024 Kriminalı “yemləyən” məmur-sahibkarlar Rüstəm Şahbazov və “klinker canavarı” Cavidanla bağlı şok faktlar....
27 İyun 2024 Maliyyə Nazirliyində kadr müəmması - İLGİNC FAKTLAR
27 İyun 2024 "Respublikanski"də həkimlərin hüquqları pozulur: Həmkarlar İttifaqının sədri vəzifəsini direktor əvəz edir
26 İyun 2024 Burda hər an HƏKİM ÜSYANI ÇIXA BİLƏR... - NƏ BAŞ VERİR?
26 İyun 2024 GemZA-nın rəhbərinə cinayət işi açılıb – Avropa bankını aldadıb?
26 İyun 2024 Rövşən Rüstəmov “ADY”nin 3 xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? - Rəsmi AÇIQLAMA
26 İyun 2024 Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ... - Mətləb Hüseynov NƏZARƏTSİZ QALIB?
26 İyun 2024 “Bank of Baku” necə tələyə salır?.. - İLGİNC FAKTLAR
26 İyun 2024 İcra başçısı 1 ildə 1 milyondan çox pul xərclədi... -
25 İyun 2024 Bələdiyyə sədri vətəndaşın torpağın ələ keçirərək SATIB... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti