Ardını oxu...
Bu gün Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistan liderləri - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdımühəmmədovun görüşündə üçtərəfli sənədlər paketi imzalanıb.
Dövlət başçıları üç ölkə liderinin birinci sammitinin birgə bəyanatını imzalayıblar.
Ticarət-iqtisadi əməkdaşlığa dair üçtərəfli hökumətlərarası saziş imzalanıb.
Həmçinin elm, təhsil və mədəniyyət sahələrində hökumətlərarası əməkdaşlığa dair çərçivə proqramı təsdiq edilib.
Tərəflər gömrük əməkdaşlığı sahəsində birgə məşvərət komissiyasının yaradılmasına dair hökumətlərarası anlaşma memorandumunu imzalayıblar.
Enerji sahəsində əməkdaşlığın inkişafına dair hökumətlərarası anlaşma memorandumu da imzalanıb.
Bununla yanaşı, nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair idarələrarası memorandum imzalanıb.
Yeganə Hacıyeva
Teref.az
 
Ardını oxu...
“Goranboy rayon Buzluq kənd tam orta məktəbi korrupsiya yuvasına çevrilib. Məktəb direktoru heç bir qanuni əsası olmadan, qanunvericilik tələbləri pozularaq 2 ildir, təqaüdə çıxmış 68 yaşında, işini yarıtmayan yaşlı adamı yenidən məktəbə müəllim götürüb”.

DİA.AZ bildirir ki, bu barədə Goranboy rayon Buzluq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kəmalə Novruzova tərfindən Bizim.Media-ya daxil olan şikayətdə deyilir.

Müəllim iddia edir ki, məktəb direktoru Rəşad Ələkbərov iki müəllim ola-ola 68 yaşlı müəllimi işə qaytarıb onların saatlarını kəsib:

“Məktəbdə iki nəfər riyaziyyat müəllimi və 10 saat vakant dərs var idi. Noyabr ayının axırına qədər əsas dərs kimi 15 saat birimizə, 5 saat da birimizə vermişdilər. İndi həmin dərsləri bizim əlimizdən alıb və 68 yaşında bir müəllimlə (Məmmədov Oqtay) yenidən müqavilə bağlayaraq vakant dərsləri ona veriblər. Həmin müəllim iki ildir ki, məktəbdən də uzaqdır. Məktəbdə iki müəllim ola-ola niyə dərsləri vakant yer çıxarıb başqa müəllimə verməlidirlər?”

Direktor Rəşad Ələkbərov Bizim.Media-ya açıqlamasında səsləndirilən fikirlərlə razılaşmayıb və onun müəllim götürmək səlahiyyətinin olmadığını deyib:

“Müəllim 68 yox, 66 yaşındadır. Əmək Məcəlləsinə müvafiq olaraq müddətli müqavilə ilə işləyir. Barəmdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və onun nəticəsi əlimdədir. Müəllimlə müqavilə mərkəzləşmiş qaydada regional təhsil idarəsinin razılığı ilə prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Şikayətçi Kəmalə Novruzova ixtisasından 8 bal toplamış müəllimdir. Siz bir avlideyn olaraq öz övladınızı ona etibar edərsinizmi?! Buna baxmayaraq müəllimə artıqlaması ilə dərs saatı verilib”.

Direktor bildirib ki, bu problem uzunmüddətdir ki, var. Şikayətçi müəllimin tələbi odur ki, o müəllimi çıxarıb dərs saatlarını onlara verək.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mətbuat xidmətindən verilən açıqlamaya görə, riyaziyyat müəllimi Kəmalə Novruzovanın şikayəti araşdırılıb:

“Bildiririk ki, Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə 2022-2023-cü tədris ilində riyaziyyat fənnindən dərs yükü müəllimlərin diaqnostik qiymətləndirmə nəticəsinə uyğun olaraq bölünüb, müəllimlər arasında dərs bölgüsü həyata keçirildikdən sonra artıq olan 10 saat riyaziyyat fənnindən dərs yükü 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində vakant elan edilib, lakin vakant yerə təyin edilən namizəd olmayıb. Qeyd edilən dərs yükünü tədris etmək üçün Goranboy rayonu Buzluq kənd sakini, ötən tədris illərində də həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmış Məmmədov Oqtay Baba oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edib. Məktəbdə kadr çalışmazlığı və Oqtay Məmmədovun pedaqoji təcrübəsi nəzərə alınaraq Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə tədris ilinin sonunadək müddətli əsaslarla riyaziyyat fənnindən vakant olan dərs saatlarını tədris etməsinə razılıq verilib”.

Yaş həddinə çatmış müəllim ilə əmək müqaviləsinin bağlanması məsələsinə qaldıqda isə idarənin cavabı belə olub:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 10-1.1 və 10-1.2 bəndlərinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Həmçinin bildirək ki, çalışmanın yaş həddinə çatmış şəxslə bağlanmış müddətli əmək müaviləsi bitdikdən sonra həmin şəxsin 1 (bir) il müddətinə pedaqoji fəaliyyətə fasilə verməsi, həmin şəxslə yenidən müddətli əmək müaviləsi bağlanılmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsində heç bir məhdudiyyət və qadağa qoyulmayıb”.
Ardını oxu...
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Ardını oxu...
Sizdən əldə olunmuş həmrəyliyə hörmət etməyinizi xahiş edirəm: Rusiya təcavüzünü davam etdirir, bu isə o deməkdir ki, Ukraynaya dəstək də davam etdirilməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski G7 ölkələrinin onlayn formatda keçirilən iclasında çıxış edərkən deyib.

Zelenski cari ildə olduğu kimi, növbəti ildə də dəstəyinin davam etməsinin zəruriliyini qeyd edib:

“Bununla yanaşı, çoxdan gözlənilən addımlar atmalıyıq - sülhün başlanğıcını sürətləndirəcək bir şey”.
 
 
 
Ardını oxu...
“İlk baxışda Avropa İttifaqının belə bir imkana malik olmadığı düşünülsə də, reallıq fərqlidir”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin Aİ-nin Cənubi Qafqazda fəallığı artırmasının vacibliyi haqda fikirlərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ Cənubi Qafqazda özünə dayanıqlı mövqe tutmaq üçün yetərli imkanlara malikdir:

“Tarixdən də gördüyümüz kimi, imperiyalardan biri zəiflədikdə, yaxud da tamamilə sıradan çıxdıqda, onun yerini digərləri tutur. Mövcud şəraitdə Rusiyanın zəifləməsi və əvvəlki təsir imkanlarını itirdiyi müşahidə olunmaqdadır.

Belə bir vəziyyətdə Qərbin, Avropa İttifaqının Cənubi Qafqazda fəallığını artırmaq haqda fikirləşməsi təbiidir. Bu, çox təbii yanaşmadır. İlk baxışda Avropa İttifaqının belə bir imkana malik olmadığı düşünülsə də, reallıq fərqlidir. Cənubi Qafqazda fəallaşmaq üçün Avropanın potensialı böyükdür.

Özünüz də baxın, Azərbaycandan, postsovet ölkələrindən xaricə gedənlər ilk növbədə hara üz tuturlar? Bəli, Avropaya. Avropa öz siyasətində daha çox “yumşaq güc”ə əsaslanır. Lakin bəzən “yumşaq güc”ün təsiri “qaba güc”dən daha effektli olur”.
 
Ardını oxu...
NATO-nun missiyası Rusiyanı və ya başqa bir ölkəni təhdid etmək deyil, üzv dövlətləri qorumaqdır.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.

“NATO açıq şəkildə bildirir ki, biz müdafiə ittifaqıyıq. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir”, – o, bəyan edib.

Kleverli vurğulayıb ki, NATO-ya daxil olan ölkələr bunu könüllü edirlər və bunda heç bir məcburiyyət yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.
 
Ardını oxu...
Yunanıstanın Liviyaya yeni təyin olunmuş səfiri Nikos Kotrokois etimadnaməsini təqdim etmədən Afinaya qayıdıb.

Oktyabrda Tripoliyə yollanan diplomatın geri qayıtmasına səbəb 2 ölkə arasında hökm sürən gərginlikdir.

Sayt yazır ki, noyabrın 28-də səfirin geri qayıdaraq XİN aparatında işini davam etdirməsi qərara alınıb. Yunanıstanın Xarici İşlər Nazirliyində nə baş verdiyi naməlumdur. \\Redaktor
 
 
 
Ardını oxu...
İsveçrə Avropa İttifaqına qoşulmadan ikitərəfli sazişlər əsasında qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək kursuna sadiqliyini bir daha təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin - Federal Şuranın məruzəsində qeyd olunub.

Bildirilib ki, münasibətlərin belə variantı iqtisadi səmərə ilə siyasi fəaliyyət azadlığı arasında balansı saxlamağa imkan verir.

Bern ondan irəli gəlir ki, konkret əməkdaşlıq sahələri üzrə ikitərəfli sazişlərin bağlanmasına əsaslanan Brüssellə mövcud münasibətlər ölkəyə “öz qaydasında Avropaya inteqrasiyada iştirak etməyə” imkan verir, halbuki münasibətlərin bütün digər variantları, o cümlədən mümkün qoşulma Aİ üçün “narahatlıq” yarada bilər. Hökumət bildirib ki, Avropa İttifaqına daxil olmaq üçün “İsveçrədən qeyri-mütənasib öhdəliklər tələb ediləcəkdi”.

Federal Şuranın fikrincə, Aİ-yə mümkün üzvlük Avropa İttifaqına üzv dövlətlərin “əsasən hökumətləri vasitəsilə hərəkət etdiyini” nəzərə alsaq, hökumətin parlament qarşısında “çəkisini” artıracaq. Xalq və kantonal hakimiyyət o zaman “səlahiyyətlərinin azaldılması riski” ilə üzləşəcək, xüsusən də “siyasətin müəyyən edilməsində real iştirak baxımından”. Bundan əlavə, Aİ-yə daxil olduqdan sonra “insan hüquqlarının” tətbiqi sahəsi “səlahiyyətlərin bir hissəsinin Avropa institutlarına ötürülməsi səbəbindən məhdudlaşdırılacaqdı”.
 
Ardını oxu...
Hindistanın baş naziri Narendra Modi dekabrda Rusiya prezidenti Vladimir Putinlə görüşünü ləğv edib.
Modi bu qərarı Ukraynadakı müharibə və Rusiyadan gələn nüvə təhlükələri səbəbindən verib.
İki ölkə arasındakı görüş 2000-ci illərdən keçirilir və yalnız bir dəfə - 2020-ci ildə koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Mənbələrin sözlərinə görə, görüşün ləğvi ölkələr arasında münasibətlərin pisləşməsi demək deyil, lakin Hindistanın baş naziri indi belə təmaslardan heç bir fayda görmür.
Bildirilir ki, Hindistanın görüşdən imtina edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçirilən sammitindən sonra bəlli olub. Modi Putini sülhə və diplomatiyaya çağırıb və bildirib ki, indiki dövr müharibələr dövrü deyil.
Ardını oxu...
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində saat 12:00-da "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcəkdir.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.

Əziz Azərbaycan xalqı. Bu Forum Sizlərin-Bizlərin Forumudur, ona görə də hər birimiz dəvətliyik.

Ünvan: Bakı şəh., Babək pros. 65 "B".
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti