Ardını oxu...
Rusiyanın iki döyüş təyyarəsi Baltik dənizində müntəzəm əməliyyatlar aparan NATO Daimi Dəniz Missiyası Qrup 1 (SNMG1) gəmilərinə təhlükəli anlar yaşadıb. Musavat.com xəbər verir ki, Rusiya döyüş təyyarələri SNMG1 NATO gəmilərindən 91 metr yüksəklikdə və cəmi 73 metr məsafədə uçub.

NATO hadisəni təhlükəli və qeyri-peşəkar yanaşma kimi qiymətləndirib.

Alyans hava hücumundan müdafiə təlimi üçün aktivləşdirilən, təhlükəli ərazidə edilən uçuşların səhv hesablama, xəta və qəza riskini artırdığını bildirib.
Ardını oxu...
"NATO qüvvələri qaydalara uyğun və məsuliyyətlə hərəkət edir. Bölgədəki qanuni fəaliyyətimizə, təyyarələrin, gəmilərin və ya ekipajların güvənliyini təhlükə altına alan hər hansı müdaxiləyə lazımi şəkildə cavab verəcəyik" - bəyanatda qeyd olunub.

Bəyanatda manevrlər zamanı Rusiyaya məxsus təyyarələrin uçuş hündürlüyü və bir-birlərinə yaxınlığı xüsusi vurğulanıb.

Hadisənin Şimali Atlantika Şurasının Polşaya düşən raketlə bağlı iclasından bir gün sonra baş verməsi xüsusilə diqqət çəkir.
 
Ardını oxu...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq. Ukraynaya qarşı işğalçı müharibə başlayandan bu yana xarici səfərlərə çıxmayan, hətta “böyük iyirmilərin” toplantısına qatılmayan Rusiya prezidenti Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki “böyük iyirmilərin” İndoneziya toplantısından fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər. Vladimir Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb. Kreml sahibinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndinə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil. O bunu edərsə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq.
TEREF.AZ yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra politoloq deyir:
Ermənistanın baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin. Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər. Bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq, əksinə erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördüz KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq”.
Teref.az
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, Baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub.

“CNN Türk” xəbər ki, B.Netanyahu Türkiyə liderinə zəng edib.

O, noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terrror aktında ölən və yaralananlara görə, R.T.Ərdoğana başsağlığı verib.

B.Netanyahu eyni zamanda, Türkiyənin Rusiya və Ukrayna rasında həyata keçridiyi vasitəçiliyin dünya üçün önəmli olduğunu vurğulayıb.

R.T.Ərdoğan başsağlığına görə, B.Netanyahuya təşəkkür edib. Türkiyə Prezidenti iki gün öncə İordan çayının qərb sahilində baş verən hadisələrdən kədərləndiyini söyləyib.

R.T.Ərdoğan İsraildə keçirilən sonuncu parlament seçkilərinin nəticələrinin ölkə və bölgə üçün düşərli olmasını arzuladığını bildirib.

Türkiyə-İsrail münasibətlərində hər iki tərəfin güclü iradəsi sayəsində yeni bir dövrə qədəm qoyduqlarını ifadə edən R.T.Ərdoğan, həssas məsələlərə diqqət edərək, qarşılıqlı maraqlar əsasında münasibətlərin davam etdirilməsinin ortaq mənafeyə uyğun olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 1-də İsraildə Knessetə (parlament) növbədənkənar seçkilər keçirilib. Bu siyasi kampaniyada Netanyahunun partiyası qalib gəlib. İsrail Prezidenti İshaq Hersoq hökuməti formalaşdırmaq üçün ona mandat verib. Koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar davam edir.
 
Ardını oxu...
Avropa İttifaqının Türk Dövlətləri Təşkilatının işinə müdaxilə etməyə haqqı yoxdur.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarı pisləməsini şərh edərkən bildirib. \\Axar
 
Ardını oxu...
ABŞ və Kanada İrana qarşı sanksiyaları genişləndirib.

“Report” xəbər verir ki, ABŞ İranın dövlət teleradio şirkəti ilə əlaqəsi olan 6 şəxsə sanksiya tətbiq edib.

Eyni zamanda Kanada İrana qarşı sanksiya siyahısına 6 fiziki və 2 hüquqi şəxsi əlavə edib.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatları (PUA) istehsalçılarına qarşı da sanksiyalar tətbiq olunub.
Ardını oxu...
İranın xarici işlər naziri Hüseyn ƏmirAdullahian və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ötən gün baş tutan telefon danışığı zamanı "3+3" regional platformasına dair fikir mübadiləsi aparıblar.

APA-nın Tehran bürosu xəbər verir ki, İran XİN rəhbəri azərbaycanlı həmkarını "3+3" platformasının Tehranda keçiriləcək toplantısına dəvət edib.

Xatırladaq ki, "3+3" platformasının ilk iclası ötən il dekabr ayında Moskvada keçirilib.
 
Ardını oxu...
Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar gedir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumat yayan Rusiyanın “Kommersant” nəşri hələ ki, müzakirələrin təfərrüatlarının məlum olmadığını yazıb.

Məlumatda qeyd olunur ki, Rusiyanı danışıqlarda Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin təmsil edir. ABŞ-ı isə MKİ başçısı Uilyam Börnsün təmsil etdiyi barədə məlumatlar yayılır.

Vladimir Putinin sözçüsü Dmitri Peskov bu məsəlyələ bağlı sualı cavablandırarkən “nə təsdiq, nə də təkzib edə bilmərəm” deyib.

Bu isə dolayısı ilə danışıqlar aparıldığına dair xəbəri təsdiqləyir. Əksər təhlilçiləır hesab edirlər ki, demək olar, məxfi keçirilən danışıqların əsas mövzusunun Ukrayna müharibəsi olduğu şübhə doğurmur.

Məlum olduğu kimi, rus ordusunun Xerson şəhərini tərk etməsindən bir neçə gün öncə, noyabrın 4-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Kiyevə səfər etmişdi. Həmin vaxt onun Ukrayna rəhbərliyindən danışıqlarla bağlı mövqeyini bir qədər yumşaltmasını istədiyi bildirilirdi.

Bundan az sonra, noyabrın 9-da Rusiyanın Müdafiə naziri Şoyqu qoşunların Dneprin sağ sahilindən çıxarılması barədə göstəriş verdi. Gözlənilənlərin əksinə olaraq, bu zaman Xersondakı rus qoşunları çox az itkilərlə Dneprin sağ sahilindən sol sahilinə keçə bildilər.

Ukrayna Ordusunun şəhərdən qaçan rus qoşunlarına sarsıdıcı zərbələr endirməməsi isə müəyyən şübhələrə yol açdı. Hansı ki, Ukrayna tərəfinin bunun üçün müəyyən imkanları var idi.

Bundan sonra Ukraynada bir çox təhlilçilər tərəflər arasında hansısa razılaşma olduğuna dair mülahizələr irəli sürməyə başladılar. Eyni zamanda, demək olar, son bir ayda hər həftənin birinci günü Rusiyanın Ukraynanın energetika infrastrukturuna raket və dron zərbələri endirməsi mütəmadi hal alsa da, son bir neçə gündə və bu bazar ertəsi infrastruktura heç bir zərbə endirilmədi.

Eyni zamanda, son günlər bəzi xarici mətbuat orqanlarında və bir çox “telegram” kanallarında Rusiyaya kapitulyasiyaya bənzər bir plan təklif edildiyinə dair məlumat yayıldı.

Qərbin həmin təklifində guya Rusiyadan fevralın 24-dən sonra işğal etdiyi bütün ərazilərdən çıxması və həmin ərazilərə aid iddialardan rəsmən imtina etməsi istənilir. Üstəlik, rus qoşunları Krımı da tərk edir və Qara dəniz donanması Sevastopoldan çıxarılır. Lakin Krım hələ ki, Rusiyanın tabeliyində qalır və onun taleyinin həlli 7 il müddətinə təxirə salınır.

Eyni zamanda, Rusiya-Ukrayna və Ukrayna-Belarus sərhədləri yüz kilometr dərinliyə qədər ağır silahlardan təmizlənir.Tərəflər sərhəddə yalnız yüngül silahlarla təmin olunmuş hissələr yerləşdirir.

Eyni zamanda, rus qoşunları Moldovadakı Dnestryanı bölgəsini də tərk edir. Əvəzində, Putin hakimiyyətdə qalır, Rusiya hərbi rəhbərliyinə qarşı heç bir beynəlxalq cinayət təqibi həyata keçirilmir. Ukrayna isə 7 il ərzində NATO-ya daxil olmayacağını vəd edir və sair.

Deyilənə görə, Rusiya siyasi elitası, xüsusilə Putinin ətrafı bu təkliflərə çox da soyuq yanaşmayıb və daxildə onların müzakirəsinə başlayıb. Hələlik nə Ukrayna, nə də Rusiya tərəfi bu xəbərləri təsdiqləməyib...

Bütün bu qeyd edilənlərin fonunda Ankarada ABŞ və Rusiya arasında danışıqlar aparıldığına dair yayılan məlumatlar kifayət qədər maraqlı görünür. Hər halda, yaxın zamanda yuxarıda qeyd edilənlərin nə qədər ciddi əsaslara söykəndiyi məlim olacaq.

Ancaq onu da qeyd edək ki, artıq dəfələrlə Co Bayden başda olmaqla, əksər Qərb liderləri Rusiya ilə danışıqların və sülhün yalnız Ukraynanın şərtləri yerinə yetirilməklə mümkün olacağını bəyan ediblər.
 
Ardını oxu...
Putin çoxdan bəri gözlənilən və noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək “G20” sammitinə getmədi. Heç onlayn şəkildə də sammitin işində iştirak etməyəcək. Əvəzində, bu qlobal əhəmiyyətli tədbirə XİN başçısı Sergey Lavrovu göndərib. O Lavrovu ki, artıq çoxdan bəri sivil dünyada diplomat yox, adi siyasi fırıldaqçı, sözünün, vədinin bir qara qəpiklik dəyəri olmayan, Kremlin Solovyov, Skabeyeva, Simonyan kimi ucuz təbliğatçılarından yalnız diplomatik statusu ilə fərqlənən, gözdən düşmüş bir fiqur kimi qəbul edilir.

Ancaq o da məlumdur ki, Lavrov xüsusilə fevralın 24-dən sonra aşağılanmağa öyrəşmiş birisidir. Hələ bu ilin mart ayında onun BMT-nin İnsan Haqları Şurasının iclasındakı çıxışı zamanı zalda olan xarici diplomatların böyük əksəriyyəti Rusiyanın Ukraynada başlatdığı işğalçılıq müharibəsinə etiraz olaraq, oranı tərk etmişdi. İyul ayında isə yenə İndoneziyanın Bali adasında “G20” ölkələrinin XİN başçılarının toplantısında Lavrov nümayişkaranə şəkildə boykot edilmişdi.

Nazirlərin əksəriyyəti onunla birgə, yana-yana görünmək istəməmişdi və bu səbəbdən ənənəvi birgə foto da çəkilmədi. “İzqoy” münasibəti görən Lavrov isə toplantı yekunlaşmadan İndoneziyanı tərk etməli oldu.

Məsələnin sırf siyasi aspektinə gəlincə, Baliyə getməyən, “G20”-yə hətta onlayn formatda belə qatılmayan Putin bununla da, beynəlxalq miqyasda olduqca önəmli strateji tribunadan imtina etdi. Hansı ki, özünü haqlı bilən, gördüyü işin, apardığı müharibənin ədalətli, doğru olduğuna inanan lider belə bir tribunadan qətiyyən imtina etməzdi…

Mütəxəssislər Putinin şəxsən “G20”-də iştirakdan imtina etməsini müxtəlif cür izah edirlər.

Bir çoxları onun hansısa sui-qəsddən, öz fiziki təhlükəsizliyindən, həyatını itirməkdən qorxduğunu bildirirlər. Putinin indiyə qədərki davranışları – “Covid”dən özünü necə həssaslıqla qorumasından tutmuş, hətta öz şəxsi bioloji tullantılarını belə mühafizə etdirməsinə qədər bir çox faktorlar onu deməyə imkan verir ki, qorxu amili heç də əsassız deyil.

Digər şərhçilər onun ölkədə olmadığı bir vaxtda saraydaxili çevrilişin baş verməsindən ehtiyat etdiyini bildirirlər.

Ən çox üzərində dayanılan versiya isə Putinin bu sammitdə, kobud dildə desək, çıxış edəcək üzünün, deyəcək sözünün olmamasıdır. Çünki onu orada ağır ittihamlardan, cavabını verə bilməyəcəyi çətin suallardan, aşağılanmış münasibətdən başqa heç nə gözləmir.

Bir neçə ay əvvəl Putinin bu tədbirə qoşulacağı daha inandırıcı idi. Çünki həmin vaxt Rusiyaya hər nə qədər ağır zərbələr dəysə də, hələ bu günkü qədər gözdən, hörmətdən düşmüş vəziyyətdə deyildi. Bu gün isə Putin sözügedən qlobal tədbirə qatılsaydı, orada məğlub, əzilmiş, tükənmiş biri kimi çıxış etməli olacaqdı. O isə hər zaman belə tədbirlərdə özünü qüdrətli bir dövlətin rəhbəri kimi aparıb və bundan irəli gələn yekəxana, saymazyana ədaları ilə seçilib…

Lakin artıq dövran o dövran deyil. Hazırda Rusiyanın əlində nüvə silahından başqa demək olar, heç bir ciddi təzyiq vasitəsi, arqument qalmayıb. Bu alətdən isə son bir neçə ayda Putinin özü, eləcə də Lavrov, Medvedev kimi qeyri-adekvat fiqurlar dönə-dönə, yeri gəldi-gəlmədi elə kobud və primitiv şəkildə istifadə ediblər ki, artıq beynəlxalq birlik Rusiyanın nüvə hədə-qorxularına da qeyri-ciddi yanaşmağa başlayıb. Həmçinin, böyük nüvə dövlətlərinin rəhbərləri artıq Kremlə lazımi cavabı verib, xəbərdarlıqlarını ediblər…

Putinin əlindəki digər alətlərə gəlincə, Rusiyanın iqtisadiyyatı çökür, xarici enerji bazarlarındakı mövqeləri sarsılır, daxili narazılıqlar artır, ordu acı məğlubiyətə düçar olur və geri çəkilir, Rusiya bütün beynəlxalq meydançalardan təcrid olunur, onun ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, idmanına belə yer yoxdur, vətəndaşları hər yerdə “izqoy” həyatı, münasibəti yaşayır və sair. İndi Putin belə bir dövlətin başçısıdır və bu statusda hər hansı beynəlxalq tədbirdə iştirak etmək, onu hərbi cani adlandıran liderlərin danlaqlarına, ittihamlarına tuş gəlmək əlbəttə ki, onun üçün arzuolunmaz və qəbuledilməzdir.

Axı, “G20” sammitindəki auditoriya Kremlin mərkəzi təbliğat kanallarının - “ORT”-nin, “RTR”-in, yaxud qurama “Valday” konfransının auditoriyası deyil ki, Putin istədiyi cəfəngiyyatı danışsın və heç kim də ona etiraz etməsin, irad bildirməsin, sadəcə “ağzını ayırıb,qulaq assın” və o nə desə, başını yelləyərək, razılğını bildirsin. Hələ ABŞ-ı, Böyük Britaniyanı və s. demirik, hətta uzun zaman Rusiyaya qarşı nisbətən mülayim münasibət sərgiləmiş Almaniyanın Kansleri Olaf Şolts da Putini Balidə gözlədiyini və “ona deyəcək sözlərinin” olduğunu bəyan edib.

Putininsə bütün bunlara verəcək heç bir dolğun cavabı yoxdur – nə dildə, nə də əməldə! Ən maraqlısı isə odur ki, 24 fevraldan sonra yaranan bu acınacaqlı durumun və təkcə Ukrayna ilə Rusiyanın deyil, bütün dünyanın başına açılan bəlaların baiskarlarından biri elə Putinin özüdür!

Beləliklə, Baliyə Putin yox, Lavrov gedib və “üzü üzlər görmüş” Rusiya XİN başçısı bu qlobal tədbirdə əvvəllər də olduğu kimi qartımış sifətinə nə desələr sakitcə dinləməli olacaq.

Özü də bu, təkcə Lavrovun deyil, Rusiyadakı hakim imperiya siyasətinin sifətidir. O sifət ki, onun kölgəsi təkcə Ukraynadan deyil, tədricən Azərbaycan və onun tərkib hissəsi olan Qarabağ başda olmaqla, bütün postsovet məkanının üzərindən çəkilməyə və dağılmağa məhkumdur….
 
Ardını oxu...
Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenlə görüşü zamanı Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin yerinə yetirməli olduğu şərtləri açıqlayıb. Bu barədə TASS Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Çin liderinin sözlərinə görə, Ukrayna böhranının həlli prosesində “qlobal güclər arasında birbaşa münaqişədən qaçmaq lazımdır”.

O, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Ukrayna münaqişəsi kimi böhranların həlli üçün hərtərəfli həll yolları tələb etdiyini nəzərə almalıdır. Eyni zamanda, Si Cinpin deyib ki, biz yadda saxlamalıyıq ki, “müharibələrdə və münaqişələrdə qalib yoxdur”.
 

Dünyapress TV

Xəbər lenti