Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçiriləcək sammitinə hazırlıq müzakirə edilib.

Rusiya Prezidentinin noyabrın 22-də Ermənistana səfər edəcəyi bağlı məlumatlar da yayılıb.
 

Ardını oxu...
 
 


Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” mövcuddur. Buna görə də Türkiyədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir.

 

“Atlas” Araşdırmalar Mərkəzi bu mövzuda araşdırmasını təqdim edib.

“Türkiyədə iqtisadi vəziyyət pisləşib, inflyasiya, qiymətlər, elektrik və kirayə haqları artıb. Türkiyədə insanların alış gücü zəifləyib. Bunun bir neçə səbəbi var. Türkiyə müstəqil ekspertlərinin fikrincə, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ildən Türkiyəyə investisiyalar artdı. Ərdoğan öz nüfuzundan istifadə edərək, bir sıra ərəb ölkəsini Türkiyədə maliyyə investisiyalarını cəlb etdi. Bu proses təxminən 2012-ci ilə qədər davam etdi. 10 il ərzində insanların rifah halı yüksəldi. İnvestisiyalar yolların, körpülərin, metroların tikintisinə, digər böyük layihələrə xərcləndi. Bəzilərinin fikrincə, iqtisadi islahatların həyata keçirilməsi üçün zaman itirildi. Ərdoğan yaxın illərdə daha böyük layihəni – Kanal İstanbulu reallaşdırmaq istəyir. Bu layihənin dəyəri on milyardlarla dollardır. Türkiyə iqtisadiyyatının indiki ağır vəziyyətində Kanal İstanbulun reallaşmasının problematik olacağını vurğulayanlar var. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan iyun ayında prezident seçkisində məğlub olarsa, yeni prezident böyük ehtimalla Kanal İstanbul layihəsindən imtina edəcək. İstanbulun indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu da bu layihənin əleyhinədir”, - hesabatda bildirilib.

Mərkəz hesab edir ki, bütün deyilənlərə baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Türkiyədə güclü hərbi-sənaye kompleksi yaradıb. Türkiyənin başqa ölkələrdən hərbi texnika asılılığı azalıb. Türkiyə modern pilotsuz uçuş aparatları, helikopterləri və tanklar istehsal edir və bu hərbi texnikanı müxtəlif ölkələrə satır:

“Ərdoğanın xarici siyasəti Ankarada müxtəlif reaksiyalara səbəb olub. Bir qisim ekspert Ərdoğanın xarici siyasətini uğurlu sayır. Misal üçün Ərdoğan həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Halbuki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Ərdoğan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Çünki Türkiyə ilə Rusiya arasında ortaq layihələr mövcuddur, Türkiyə Rusiyadan qaz alır, Türkiyə Rusiyaya kənd təssərrüfatı məhsulları ixrac edir, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, rusiyalı turistlər Türkiyədə dincəlir və bu, Türkiyə iqtisadiyyatı üçün vacibdir.

Türkiyənin Ukrayna ilə də sıx münasibətləri var. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satıb. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna taxılının dünya bazarlarına daşınmasını təmin edib. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar da Ankaranın siyasətindən razı olduğunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinə bildirdi. Bodnar söylədi ki, rəsmi Kiyev Ankara ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir”.

Türkiyə xarici siyasət kursunu dəyişib

Mərkəz əməkdaşlarının Türkiyədə apardığı müşahidələrə görə, Türkiyə siyasi dairələri və cəmiyyəti ABŞ-a tənqidi yanaşır:

“Türkiyənin xarici siyasət kursunda dəyişikliklər də var. Ərdoğan Suriyada müharibə başlayanda Bəşər Əsədlə münasibətləri kəsdi və onu uzun illər ərzində kəskin tənqid etdi. Ancaq Rusiya və İran Bəşər Əsəd rejiminə hərbi dəstək verdilər. Əsəd rejimi bunun hesabına hakimiyyətini gücləndirdi, silahlı müxalifət geri çəkildi. Türkiyə üçün Suriyada təhlükəli gedişat baş verdi. Radikal kürdlər Suriya ərazisinin bir hissəsini nəzarətə götürdülər. Həmin ərazilərdə terrorçu PKK və ona müttəfiq olan silahlılar yerləşdilər. Bu, Türkiyə üçün ciddə təhlükə yaradırdı. Ona görə də Türkiyə ordusu Suriya ərazisində bir neçə dəfə hərbi əməliyyat keçirdi. Hazırda Ankara və Dəməşq arasında təmaslar başlayıb. Ərdoğan Əsədlə görüşməyəcək. Ancaq iki ölkənin diplomatları və təhlükəsizlik idarələrində çalışanları görüşürlər. Əlbəttə, Bəşər Əsəd diktatordur və minlərlə insanın qətlində günahkardır. Ancaq Əsəd hakimiyyətdən getməyəcək. Digər tərəfdən Əsəd Suriyanın bütövlüyünü təmin etmək istəyir. Türkiyə də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, çünki radikal kürdlər Türkiyə üçün ciddi təhlükədir. Ona görə də Ankaranın Dəməşqlə təmasları davam edəcək.

Ankaranın İsrail siyasəti də dəyişib. İsraillə münasibətlərin pozulması Türkiyənin maraqlarına cavab vermirdi. Çünki, birincisi, İsrail Türkiyənin əleyhinə Misir, Yunanlstan və Kipr ilə ittifaqa qoşuldu. İsrail öz qazını Kipr və Yunanıstana ixrac edəcəyini bildirdi. İkincisi, ABŞ-dakı güclü yəhudi lobbisi Türkiyə əleyhinə fəaliyyət göstərməyə başladı. Bu arada, bəzi ərəb ölkələri Vaşinqtonun vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırdılar, səfirliklər açdılar. Ankara İsrail siyasətini dəyişdirmək məcburiyyətində qaldı. Hazırda Ankara İsrail qazını Türkiyə üzərindən Avropa ölkələrinə nəql etmək istəyir. İsrail prezidenti və müdafiə naziri Ankaraya səfər etdilər.

Rəcəb Tayyib Ərdoğan Misirlə pozulan münasibətlərini də normallaşdırmağa çalışır. Misir ərəb dünyasının və Afrika qitəsinin əsas ölkələrindən biridir. Ona görə də Misirlə gərgin münasibətlər Türkiyənin maraqlarına cavab vermir. Ərdoğan Sisi ilə görüşməsə də, Ankara ilə Qahirə arasında təmaslar başlayıb”.

Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir

“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşən Türkiyə İncələmələr Mərkəzinin rəhbəri Alev Kılıç Türkiyənin Şanxay Əməkdaşlığına üzvlük istəyini belə izah edib:

“Çin bölgənin əsas gücünə çevrilir. Rusiyanın dağılması və mərkəzdənqaçma meyillərinin güclənməsi Çin üçün faydalıdır. Çinin Sibirlə bağlı böyük planları var. Rusiya Zəngəzur dəhlizinin açılmasını ona görə istəyir ki, Çinin Mərkəzi Asiyadakı fəaliyyətini məhdudlaşdırsın. Çinin Mərkəzi Asiya ölkələri ilə sıx iqtisadi əlaqələri var. Türkiyə də Mərkəzi Asiyada fəaldır. Rusiya üçün Çin daha təhlükəli olduğundan türk ölkələri arasında əməkdaşlığın və Zəngəzur dəhlizindən istifadə edilməsinin əleyhinə deyil. Pekin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasını istəmir, Rusiya isə istəyir. Rusiya Türkiyə vasitəsilə təşkilatda Çinin hegemon mövqeyini məhdudlaşdırmaq niyyətindədir. Rusiya türk dünyasının inteqrasiyasını Çindən daha az təhlükəli qiymətləndirir. Rusiya Çinin Mərkəzi Asiyada artan yatırımlarından narahatdır. Amerikanın yanlışı odur ki, Rusiya və Çinlə eyni zamanda düşmən olub. Rusiya Qarabağdan qüvvələrini çıxaracaq, əks halda Azərbaycan və Türkiyə ilə münasibətlər pozulacaq”.

Rusiya Kuzey Kıprısı tanıyacaq?

Mərkəz Türkiyədə Rusiyanın Kuzey Kıbrıs Türk Cümhuriyyətini rəsmən tanıya biləcəyi haqqında səslənən fikirlərə diqqət çəkib:

"ABŞ Yunanıstanda hərbi bazalar yerləşdirib. Bu, Rusiyanın xoşuna gəlmir. Yunanıstan Rusiyaya qarşı sanksiyalarda iştirak edir. Ona görə də Rusiyanın yalnız Türkiyənin tanıdığı Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıya biləcəyindən danışırlar. Ancaq Türkiyədə Rusiyanın Kıbrısı tanımayacağını deyənlər də az deyil. Onların fikrincə, bu, həm də Türkiyə üçün təhlükəlidir. Çünki Rusiya Kıbrısı tanısa, Türkiyədən Krımın Rusiya ərazisi kimi tanımasını istəyəcək. Bu isə Türkiyənin maraqlarına ziddir. Azərbaycanın da Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələri barədə fikirlər səslənir. Azərbaycan təkbaşına Kıbrısı tanıyarsa, Yunanıstanın Azərbaycana təzyiq edəcəyi, Qarabağ separatçılarıyla əlaqə quracağı təhlükəsi ilə bağlı fikirlər mövduddur. Ancaq türk dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan eyni gündə Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanıyarlarsa, Yunanıstana bu dörd ölkəyə təzyiq edə bilməyəcək".

Türkiyədə Azərbaycan üçün narahatlıq

Mərkəz əməkdaşlarının Ankarada söhbət etdiyi siyasətçilər və ekspertlər İran və Rusiyanın son zamanlar Azərbaycana qarşı artan təzyiqindən narahatlılqarını bildiriblər:

“Çıxış yolu kimi Türkiyə-Azərbaycan ittifaqının daha da gücləndirilməsi mexanizmlərinin hərəkətə gətirilməsini göstərirlər.

Əlbəttə, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var, sənədin müddəalarını sürətlə reallaşdırmaq lazımdır.

Rusiya və İran Azərbaycana problemlər yaradacaqlar".

Azərbaycan və Türkiyə konfederasiya yarada bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları Ankarada “Azərbaycanla Türkiyə arasında konfederasiya yaradıla bilərmi” sualına da cavab tapmağa çalışıblar. Bəziləri hələ ki, buna ehtiyacın olmadığını söyləsələr də, Rusiya və İranın Azərbaycana təhdidlərin artacağı halda Azərbaycanla Türkiyə arasında konfederasiya müzakirələrinin başlanacağını istisna etmirlər:

"Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz siyasəti müsbətdir. Bu siyasəti həm Azərbaycanda, həm də Türkiyədə uğurlu sayırlar. Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdi. Azərbaycanın müharibədə qələbə qazanmasında Türkiyənin əhəmiyyətli rolu oldu. Rusiya Cənubi Qafqazda və Azərbaycanda Türkiyə faktoru ilə hesablaşır. Türkiyə şirkətləri Qarabağda geniş tikinti işləri aparırlar. Ona görə də Azərbaycanda ən çox səslənən sual budur: “Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?”

Mərkəz əməkdaşlarının Ankarada müxalifət nümayəndələri və müstəqil ekspertərlə görüşlərdən gəldiyi qənaət budur ki, Türkiyədə hakimiyyət dəyişərsə, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti dəyişməyəcək. Türkiyə xalqının və ordusunun Azərbaycana böyük rəğbəti var. Bu amillə Türkiyədə istənilən hakimiyyət hesablaşacaq. Ona görə də Türkiyədə hakimiyyət dəyişsə belə, Ankaranın Azərbaycan siyasətinin dəyişməyəcəyini vurğulamaq mümkündür".

 

XalqXeber.Az
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskidən Vladimir Putinlə sülh danışıqlarında iştirakdan açıq şəkildə imtina etməməyi xahiş edir. ABŞ rəsmiləri ukraynalı həmkarlarının Putinin hazırda danışıqlara ciddi yanaşmaması ilə bağlı qiymətləndirmələrini bölüşsələr də, etiraf edirlər ki, Zelenskinin Rusiya lideri ilə danışıq aparmaq qadağası Avropa, Afrika və Latın Amerikasına böyük təsir göstərib”, - məlumatda qeyd olunub.
 
 
 
Ardını oxu...
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan gələn həftə dövlət katibi Entoni Blinkenlə görüşmək üçün Vaşinqtona gedəcəklər.

ABŞ Dövlət Departamenti qarşıdakı üçtərəfli görüşün təfərrüatlarını açıqlamır.

Bundan öncə agentliyin mətbuat katibi Ned Prays Turan-ın müxbirinə bildirib ki, Vaşinqton iki ölkə arasında sülhə nail olmaq üçün Ermənistan-Azərbaycan danışıqlarını dəstəkləməyə sadiqdir.

«Biz Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ən faydalı hesab etdiyimiz işi edəcəyik”, – Prays dövlət katibilə iki ölkənin xarici işlər nazirləri arasında ünsiyyətin mümkünlüyü barədə sualın cavabında deyib.

Blinken artıq Bayramov və Mirzoyanla şəxsən (sentyabrın 19-da Nyu-Yorkda) və telefonla (oktyabrın 4-də) üçtərəfli formatda görüşüb.

Qarşıdakı nazirlər görüşü isə Vladimir Putinin Soçidə Ermənistan və Azərbaycan liderlərilə görüşündən bir neçə gün sonra baş tutacaq. Lakin görüşdə heç bir irəliləyiş əldə olunmayıb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) kimi Cənubi Qafqaz üzrə ekspertlər üçün Vaşinqtonda gözlənilən görüş “ABŞ-ın əvvəlkitək Cənubi Qafqaz məsələlərinə daxil olması barədə Putinə mesajdır”.

Onun fikrincə, Vaşinqton Ermənistan və Azərbaycanın cəlb edildiyi sonsuz forumlar “karuselini” dayandırmaq və onları bir-birilə birbaşa danışmağa məcbur etmək istəyir.

“ABŞ-ın Moskvaya siqnal verməkdən və tərəfləri bu karuseldən çıxaraq sülh sazişinə aparan birbaşa danışıqları bərpa etməyə sövq etməkdən başqa məqsədinin olmasından əmin deyiləm”, – o, Turan-ın müxbirinin “ABŞ nazirləri Vaşinqtona dəvət etməklə nəyə nail olmaq istəyir?” sualının cavabında deyib.

Onun fikrincə, prezidentlərin yox, xarici işlər nazirlərinin dəvət edilməsi Vaşinqtonun Soçi görüşünün nəticələrini qiymətləndirmək istəyindən xəbər verir.

Soçi danışıqlarının nəticəsi bəlli deyil, lakin aydındır ki, Putin hər iki tərəfdən istədiyini ala bilməyib. Müşahidəçilər hesab edir ki, Vaşinqtondakı görüş nəyisə dəyişəcək, lakin qarşıdakı danışıqlar noyabrın 16-da Konqresdə keçiriləcək dinləmələr ərəfəsində Bayden administrasiyasının səylərini və liderliyini nümayiş etdirəcək. Dinləmələr zamanı Dövlət Departamentinin Qafqaz üzrə nümayəndəsi Filip Riker və dövlət katibinin köməkçisi Karen Donfrid açıq debatlarda çıxış edəcəklər.
 
 
 
Ardını oxu...
ABŞ administrasiyası Şimali Koreya lideri Kim Çen In və onun nümayəndələrinə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı qeyd-şərtsiz görüş keçirməyi təklif etməkdə davam edir, lakin rəsmi Pxenyan buna maraq göstərmir.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın raket buraxılışları ilə bağlı təxribatlarını ciddi qəbul etməlidir: “Məhz bu səbəbdən ABŞ yarımadanın nüvəsizləşdirilməsi üçün diplomatik yolu müzakirə etmək üçün Kim Çen In və onun hökumətinin nümayəndələri ilə qeyd-şərtsiz görüş təklif etməyə davam edir”.

O əlavə edib ki, Vaşinqton Kim Çen Inın bu cür görüşlərdə maraqlı olduğuna dair heç bir əlamət görmür.
 
 
 
Ardını oxu...
Bakı ilə Tehran arasında gərginlik dərəcəsinin son aylarda daha da artdığını görmək olar. İran sentyabr ayında Azərbaycan sərhədində keçirilən təlimlərlə hərbi gücünü nümayiş etdirib. Ötən gün isə Azərbaycan İranın nəzarətində olan gizli silahlı birləşmənin ifşa olunduğunu bildirib.

DTX-nın məlumatına görə, 19 nəfərdən ibarət qrup üzvlərindən, “dünyəvi dövlət ideyalarına” qarşı dini-ekstremist materiallar götürülüb. Bakıda əvvəl də, hesab ediblər ki, İran öz inqilab modelini ixrac etməyə çalışır. Lakin indi buna konkret əsas göstərilir.

Tehran bu ittihamlara münasibət bildirməyib. Lakin mediada tez-tez yerli azərbaycanlı fəalların həbsi və “Cənubi Azərbaycanda” separatçılığa təşviqdən danışırlar. Bəs, Azərbaycanın İrandan ayrılma ehtimalı realdırmı?

BBC News Azərbaycanca bu barədə hadisələri izləyən təhlilçilərlə söhbət edib. Onların ortaq fikri budur ki, hazırkı bəyanatlar mübadiləsi İkinci Qarabağ müharibəsindən sonra dəyişməkdə olan geosiyasi vəziyyətə reaksiyadır.

Oxford Universitetindən təhlilçi Leyla Əliyevaya əsasən, Tehranla Bakı daha əlverişli mövqelərə sahib olmaq üçün əllərində olan təzyiq imkanlarını sınayrlar, çünki Bakı ilə Yerevan arasında gözlənilən sülh sazişi bölgədəki, “qüvvələr nisbətini” poza bilər: “Soyuq müharibədən sonrakı təcrübənin göstərdiyi kimi, təzyiqin ən güclü elementi o cümlədən, separatçı hərəkatlar və əhval-ruhiyyədən istifadədir”, tədqiqatçı deyir.

Buna misal kimi, ötən ay Türkiyə mediasında sabiq yüksək rütbəli İran rəsmisinin Azərbaycanı İrana birləşdirmək barədə dediklərini göstərmək olar. Cavab olaraq, Azərbaycanda hakimiyyətə yaxın olduğu deyilən Caliber.az saytında “Artıq vaxtdı: Cənubi Azərbaycan İranın tərkibindən çıxmalıdır” başlıqlı məqalə yayıldı. Son vaxtlar belə təhlillərin mötəbərliyi daha da artıb.

Artıq bənzər çıxışları hökumət tərəfindən sərt nəzarət edilən AzTV-də görmək olar. Orada yayılan süjetlərindən birində İran azərbaycanlıları “Arazı ayırdılar” bayatını oxuyurlar. İki il əvvəl Zəfər paradında Recep Tayyip Erdoğanın oxuduğu bu misralar, İranın kəskin tənqidinə tuş gəlmişdi.

“Arazı ayırdılar”: Erdoğanın Bakıda “Laçın” bayatısını söyləməsi Cavad Zərifi niyə qəzəbləndirdi?

“Prezident Erdoğana məlumat verilməyib ki, onun Bakıda səhv edərək dediyi şeir Arazın şimal hissəsinin İranın ana torpaqlarından güclə ayrılmasına istinad edir. O, başa düşmədimi ki, Azərbaycan Respublikasının suverenliyini sual altına almış olur”, İranın o vaxtkı xarici işlər naziri Cavad Zərif tvitində yazmışdı.

iki il əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Bakıda keçirilmiş Zəfər paradında söylədiyi Laçın mahnısının sözləri İranın xarici işlər naziri Cavad Zərifin qəzəbinə səbəb oldu
İyul ayında Tehranda Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla görüşü vaxtı İranın Ali Dini lideri Qarabağın Azərbaycana qayıtması ilə bağlı məmnunluğunu ifadə etsə də, sərhədlərin mümkün dəyişməsinə qarşı olduğunu deyib. “Əgər İran və Ermənistan arasındakı sərhədi bağlamaq siyasəti varsa, İslam Respublikası belə bir qərara qarşı çıxacaq, çünki bu sərhəd min illərdir bir əlaqə yolu olub”.

İran və Azərbaycanın internet məkanında sərhədlərin dəyişməsi, torpaqların bir-birinə birləşdirməsi barədə iddialar yeni hal deyil, bu mövzu sosial media məkanında da mübahisələrə səbəb olur.

Lakin BBC Farscanın əməkdaşı Həmid Keyhaniyə görə, məsələyə İran tərəfindən nəzər salınsa, ərazi iddiaları ilə bağlı çağırışların əhəmiyyətinin bir qədər şişirdilmiş olduğunu görmək olar. “Təbii, hökuməti tənqid edən azərbaycanlılar var, amma digər tərəfdən onlar İranda uğurlu və nüfuzludur. Elə Xameneyinin özünü götürək. Düşünməzdim ki, ayrılma məsələsi hazırda ciddi qəbul edilə bilər”, Həmid Keyhani deyir.

Onun sözlərinə görə, İranda belə bəyanatları səsləndirən sosial media qruplarının rəsmi siyasətə real təsiri “sual doğurur”. Eyni zamanda İranın Azərbaycana təsir imkanlarının özü də birmənalı məsələ deyil.

“İran iqtisadi cəhətdən kiçik ölkələrə təsir edə bilər, amma Azərbaycana deyil, bunun üçün kifayət edən resurs və iradə yoxdur, çünki çoxlu daxili problemlər var”, Hamid Keyhani deyir.

Bəs, belə isə, ortaya çıxan bəyanatların əhəmiyyəti nədir? ABŞ-da mənzillənən İran üzrə təhlilçi Ramin Cabbarlıya əsasən, hazırda bir-birindən ehtiyat edən tərəflər “yumşaq güclərini” nümayiş etdirirlər: “Hər iki ölkədə “yumşaq gücdən” istifadə edirlər. İranda şiə amilini, keçmişdə Azərbaycanın İran tərkibində olduğunu, Azərbaycanda isə İrandakı azərbaycanlı amilini yada salırlar”.

Ramin Cabbarlı hesab edir ki, mediada səslənən bəyanatlara rəğmən hər iki tərəfdə olan rəsmilər səviyyəsində yanaşma daha ehtiyatlıdır və bu, xüsusən də, Azərbaycana aiddir. “Azərbaycan əslində İranın daxilindəki azərbaycanlılara təsir edə bilər. Lakin o, media vasitəsilə İran hakimiyyətinə mesaj otürməyə üstünlük verir”, Ramin Cabbarlı deyir.

İranla Azərbaycan arasında sərhədlərin toxunulmazlığı daimi mövcud olan bir vəziyyət deyil. Belə ki, 1945-ci ildə İranın şimalında qısa müddət ərzində Azərbaycan Demokratik Respublikası yaranıb. O, Tehrandan neft güzəştlərini uman Sovet hökuməti tərəfindən dəstəklənirdi. Müharibədən sonra nüfuz dairəsini genişləndirən SSRİ burada hətta qoşunlarla təmsil olunmuşdu.

Bəziləri tarixin yenidən təkrarlana biləcəyini deyə bilərlər, lakin Leyla Əliyeva bunun mümkün olmadığını hesab edir. “Bu o zaman reallaşa bilər ki, bir tərəfdən güclü səfərbərlik və mərkəzdənqaçma təmayülü olsun, bununla yanaşı ölkə o qədər zəifləməlidir ki, öz regionunu nəzarətin altında saxlaya bilməsin. Üstəlik, bu proses üçün əlverişli xarici mühit də lazımdır”, deyən Leyla Əliyevaya görə, hazırda bu şərtlər müşahidə olunmur və belə istək də yoxdur.

“Düşünmürəm ki, onlar bunu həqiqətən istəyirlər. Bu, onlar üçün çoxlu lazımsız problemlər yaradacaq. Beynəlxalq ictimaiyyətin buna necə reaksiya verəcəyi də hələlik məlum deyil”.

Hazırda İran və Azərbaycan rəsmi səviyyədə qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini deyirlər. Sentyabrda Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşərkən əməkdaşlıq məsələləri müzakirə edilib. Bundan başqa Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (İTC) və Rəşt-Astara dəmir yolu layihəsi üzərində işlədiyini deyirlər.

Bu arada mediada əməkdaşlıqdan fərqli mənzərəni görmək olar. İran 2018-ci ildə Gəncə meri Elmar Vəliyevə uğursuz sui-qəsddə və ondan sonrakı iğtişaşlarda iştiraka görə “hüseynçilər” kimi tanınan şiə qrupunun üzvlərini Azərbaycana vermək müraciətini rədd edib. İrandakı bəzi nəşrlərin Azərbaycanda şiə qruplarına dəstəyi “inqilabın ixracı cəhdləri” kimi görülür.

İran bunu dansa da, Azərbaycanda belə bir rəy formalaşıb ki, Tehran illər ərzində “şiə Azərbaycana” köməkdənsə, onunla müharibədə olan Ermənistana dəstək olub. Öz növbəsində İran Azərbaycanı İsraillə əməkdaşlığa görə qınayır. Belə bir ziddiyyətli vəziyyətdə köhnə iddiaların üzə çıxması yəqin ki, təəccüb doğurmamalıdır.
pressklub
 
Ardını oxu...
İran Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanına hücum edəcəkləri ilə bağlı yayılan məlumatlarlara münasibət bildirib.

APA xəbər verir ki, XİN sözçüsü Nasir Kənani yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, bu tip xəbərlər bəzi Qərb dairələri tərəfindən İrana qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə mövcud müsbət tendensiyaları məhv etmək məqsədi daşıyır.

“İran qarşılıqlı hörmət əsasında, beynəlxalq prinsiplər və qaydalar çərçivəsində mehriban qonşuluq siyasətini davam etdirir. Eyni zamanda İran, qonşuları ilə konstruktiv qarşılıqlı fəaliyyətin qurulmasını, regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasını təşviq edir”, - deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, ötən gün “The Wall Street Journal”da İranın ölkədəki etiraz aksiyalarından diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına mümkün hücumu barədə xəbər dərc edilib.
 
Ardını oxu...
Rusiya ilə müharibədə Ukraynaya müttəfiqlər tələb olunur, danışıqlarda vasitəçilər yox. Bundan başqa, gələcəkdə Rusiya Federasiyası (RF) ilə NATO-nun toqquşması gözlənilir.

Bu barədə diplomat Valeri Çalıy «Ekpresso» telekanalının efirindən bəyan edib («UNİAN»).

"Rusiyanın NATO ölkəsi ilə toqquşması mütləq olacaq. Bundan qaçmaq mümkün deyil. Sadəcə, hamı istəyir ki, Rusiya bu ana qədər zəifləsin və artıq 100 faiz Rusiya üzərində qələbədə istirak etsin. Bizim üçün bu, sadəcə, fəlakətdir. Nədən ki, bizim insanlar hazırda məhv olurlar. Ona görə işləyirik və belə mürəkkəb şəraitdə işləyəcəyik. Ancaq çox diqqətli olmaq lazımdır ki, taxılla olan situasiya afrikalı uşaqlar üçün təkrarlanmasın» - Çalıy əlavə edib.

Diplomatın sözlərinə görə, Rusiya yalnız eskalasiyanı artırır və razılaşmalar heç nəyi həll etmir.

«Mən haqlı olmaya bilərəm. Ancaq nə zaman ki, belə sazişlər (taxıl dəhlizi kimi) bağlanır, o zaman əlbəttə, Ukrayna üçün sərfəlidir, amma orada digər həmkarlar üçün də sərfəlidir. Mən taxıl dəhlizi sazişinin əvvəlindən Ukrayna üçün tələləri görürdüm. Ən böyük tələ o idi ki, belə müharibədə, hansı ki, Rusiya yalnız ekspansiyanı gücləndirir, sazişlərlə heç nə həll edilmir. Əgər biz, problemli məsələləri sazişlərlə həll edəcəyiksə, hamı deyəcək ki, müharibə şəraitində ticarət etmək və istənilən problemi həll etmək olar. Ona görə də Ukraynaya müttəfiqlər lazımdır, vasitəçilər yox» - o, fikrini yekunlaşdırıb.
 
 
 
Ardını oxu...
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Azərbaycan və Əlcəzair prezidentləri rəsmi foto çəkdirdilər.

Tunis Respublikasının Prezidenti Kays Sayid Zirvə toplantısını açaraq çıxış etdi, təşkilata sədrliyi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təhvil verdi.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt çıxış etdilər.

Sonra söz dövlətimizin başçısına verilib. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edib.

Sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.
 

Ardını oxu...


Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

Dünyapress TV

Xəbər lenti