Pakistanda "TikTok" fenomeni olan qadın hücuma məruz qalıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Lahor şəhərində tədbirə qatılan fenomenə 400-dən çox kişi hücum edib. Kişilərin seksual xarakterli hücumuna məruz qalan qadına heç kim kömək etməyib.
Paltarları cırılan qadın dəqiqələrlə izdihamın arasında qalıb.
Qadının başına gələnlər sosial mediada böyük səs-küyə səbəb olub. Mənbə: publika.az