Ardını oxu...
 
Müğənni Vəfa Şərifovanın ikinci övladı dünyaya gəlib.
İfaçının bu gün oğlu olub.
Müğənninin Məryəm adında bir qızı var. Vəfa Şərifova iş adamı Famil Xəlilovla evlidir. 
Ardını oxu...
 
 

Türkiyəli müğənni Aleyna Tilki dünyaca məşhur idman geyimi markasının siması olacaq.

 

Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamera qarşısına keçməyə hazırlaşan ifaçı bu reklamdan 1 milyon lirə (təxminən 93 min 200 manat) qazanacaq.

Qeyd edək ki, A.Tilki bu il geyim və dondurma markasıyla da müqavilə imzalayıb.

 

XalqXeber.Az
Ardını oxu...
Bakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Camal Axundov tanışı Nərminə (adlar şərtidir – red.) xəsarətlər yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə martın 7-də gecə saat 03.00-da baş verib.

Camal istirahət etdikləri oteldə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqdan sonra, Nərmin yaşadığı evə getməsini tələb edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Camal Nərmini döyüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Nərmini Dərnəgül yolunda yerləşən kafelərdən birində tanıyıb:

“Martın 6-da saat 20 radələrində həmin kafedə müğənni kimi oxuduğum zaman Nərmin ilə tanış oldum. O, həmin kafedə müğənni kimi oxuyub. Birlikdə bir neçə mahnı oxuduq. Sonra saat 21:00-da oxumaq üçün Nizami rayonu ərazisində yerləşən klublardan birinə dəvət edildim. Bu barədə Nərminə bildirdim. Onun da kluba getməsini istədim. Nərmin də razılaşdı. Birlikdə həmin kluba getdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 21:30-da kluba çatıblar və həmin klubda saat 00:00 kimi oxuyublar:

“Klub bağlandığı üçün oradan çıxmalı olduq. Klubda Elmir adlı şəxslə tanış olduq. Elmir içkili olduğum üçün avtomobilimi idarəetməyi təklif etdi. Mən isə başqa yerdə yeyib-içməyi təklif etdim.

Həmin vaxtı Elmirin yanında Validə adlı qız tanışı vardı. Yeyib-içmək barədə Nərminə təklif etdim. Nərmin də getməyə razı oldu. Hara gedəcəyimizi bilmədik”.

Təqsirləndirilən şəxs deyib ki, sonra Elmirin “Land Rover” markalı avtomobilinə əyləşiblər və otelin qarşısına gəliblər:

“Elmir dedi ki, hər yer bağlıdır, burada yeyib-içək. Birlikdə otelə daxil olduq. Oteldə iki otaq götürdük. Amma dördümüz bir otaqda əyləşdik, birlikdə yeyib-içdik”.

Camal deyib ki, içki məclisi bitəndən sonra istirahət etmək üçün Nərmin ilə birlikdə digər sifariş verdikləri otağa keçiblər:

“Birlikdə qaldıqda Nərminə ondan xoşum gəldiyini dedim, onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Nərminin razılığı ilə onunla cinsi əlaqədə olduq. Cinsi əlaqədə olduqdan sonra Nərmin onu evlərinə aparmağımı təklif etdi.

Nərminə dedim ki, yuxum gəlir, həmçinin də avtomobil Elmirindir, o, da öz otağında yatır və bu gün oteldə qalaq, səhər birlikdə oteldən çıxarıq. Nərmin isə təkidlə evə getmək istədiyini bildirdi. Buna görə onunla aramızda mübahisə yarandı. Nərminin şillə ilə qol və baldır hissələrinə iki-üç dəfə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün saat 09:00-da birlikdə oteldən çıxıblar:

“Nərmini yaşadığı Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” ünvanına apardım. Nərmini maşından düşürdükdən sonra evimə getdim. Sonra Nərminin məndən şikayət etdiyini bildim”.

Cinayət işi üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, işlədiyi kafedə Məryəm adlı müğənninin vasitəsilə Camal adlı müğənni ilə tanış olub:

“Həmin günü Camalla bir neçə dəfə mahnı oxuduqdan sonra onunla iş yoldaşı kimi münasibətlərimiz yarandı”.

Nərmin daha sonra Camalın təklifi ilə klubda ifa etmələrindən, sonra oteldə olan söhbətlərindən danışıb:

“Oteldə yemək yedik, spirtli içki qəbul etdik. Orada canlı bir neçə Azərbaycan xalq mahnıların ifa etdim”.

Nərmin sözlərinə görə, cinsi əlaqədə olduqdan sonra evə getmək istədiyini Camala deyib, Camal isə buna etiraz edərək onu döyüb.

O qeyd edib ki, ertəsi gün evinə gəlib və evdə bədəninə baxdıqda üzərində xəsarətlər olduğunu görüb:

“Bunu görəndə özümü bağışlamadım. Camalın başıma oyun açdığını fikirləşdim. Belə olan halda Camalın barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizə verərkən hirsli olduğum üçün Camal tərəfindən oteldə zorlandığımı bildirdim. Amma hazırda bildirirəm ki, Camalla öz razılığım ilə cinsi əlaqədə olmuşam”.

Cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən məhkəmə Camalın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
 
 
 
Ardını oxu...
“Avroviziya 2011” qalibi Nigar Camal bu gün ad gününü qeyd edir.

Oxu.Az-ın məlumatına görə, sentyabrın 7-də 42 yaşı tamam olan sənətçi doğum gününü bu gün paytaxtda yerləşən restoranların birinə yaxın dostları ilə qeyd edib.

Qonaqlar gecənin dress-koduna əməl edərək, 80-90-cı illərin geyim üslubunda təşrif buyurublar.

Nigar Camalın dostları ilə əyləndiyi görüntüləri təqdim edirik:

 
Ardını oxu...
 
 

 
Müğənni Timati, eyni zamanda Stars Coffee-nin ortaq sahibi olan Timur Yusupov iyirmiyə yaxın xarici ölkədə qəhvəxana açmağı planşdırır.

 

 Ermənistanda kafenin açılması da planlaşdırılır.

Qeyd edək ki, Stars Coffee Rusiyada Starbucks-ı əvəz edib. Müğənni Asiya, Yaxın Şərq və Avropadan kafe açmaq üçün müraciətlər aldığını qeyd edib. Onların biznesinə böyük maraq var və onlar bunu fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər.

 

XalqXeber.Az

 
Ardını oxu...
 
"Survivor” iştirakçısı Nagihan Karadereni görənlər tanıya bilməyib.

Türkiyə mediası xəbər verir ki, "Survivor” yarışmasında uğurlu çıxışı ilə yaddaşda qalan Nagihan Karadere estetikası ilə gündəmə gəlib. Məşhur idmançı bu yaxınlarda paylaşdığı foto ilə pərəstişkarlarının diqqətini çəkib.

Nagihan son olaraq "İnstagram” pozaları ilə gündəmə gəlib. Nagihanı görənlər onu tanımaqda çətinlik çəkdiyini bildirib. Hətta bəzi izləyiciləri onun fotosuna "Bu sən ola bilməzsən" şərhini yazıb.

Nagihanın sözügedən fotosunu təqdim edirik:
Ardını oxu...

 Ardını oxu...
Ardını oxu...
Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

DİA.AZ lent.az-a istinadla xəbər verir ki, o, "Instagram" hesabında "Wolt" qida çatdırılma şirkətini xeyli tənqid edib.

A. İsmayılovaya sifariş etdiyi yeməyi arzuolunmaz şəkildə gəlib çatıb:

"Bir çoxumuz Azərbaycanda yeməyi "Wolt"dan sifariş edirik. Biz də sizin kimi elə "Wolt"dan sifariş etdik. Sifarişi elə bir gündə gətiriblər ki, bərbad gündədir. Yəni, sos bütün tökülüb içinə, telefona da cavab vermirlər. Adamla elə kobud danışırlar ki, elə bil dədələrinə borcumuz var.

Əlavə olaraq da, orada kuryer 40 dəqiqədir restorandan çıxıb, 40 dəqiqəni 18 dəqiqədir yazıb. Bu nədir? Bu, necə sifariş gətirməkdir? Mən zibil yeyirəm burada? Bu nə deməkdir, başa düşmürəm..."

Qeyd edək ki, Aysun İsmayılova müğənni Rəqsanə İsmayılovanın qızıdır.

Ardını oxu...
Ötən günlərdə türkiyəli məşhur pop müğənni Hadisənin səhnədə ağlaması evliliyində problemlər olduğu ilə bağlı müzakirələrə səbəb olmuşdu.

“Küçük bir yol”u ifa edən Hadisə mahnının “O sən olsaydın yanımda” hissəsinə çatanda ağlamağa başlayıb. Onun bu davranışı “keçmiş sevgilisi Kaan Yıldırıma görə göz yaşları tökür” kimi reaksiyalara səbəb olub.

Hadisənin son konsertində səhnəyə barmağında nişan üzüyü olmadan çıxması bu iddiaları daha da gücləndirib.

Bir müddətdir həyat yoldaşı Mehmet Dinçerlerlə birlikdə görünməyən Hadisə həyat yoldaşının 23 avqustda ad günündə də heç bir paylaşım etməyib.

Dünən yeni bir məkanın açılışını edən Mehmet Dinçerlerin də evləndikdən sonra ilk dəfə nişan üzüyünü taxmaması diqqətlərdən qaçmayıb. Eyni zamanda, iş adamı yeni məkanının açılış mərasiminə Hadisə ilə gəlməyib.

Xatırladaq ki, cütlük bu ilin aprel ayında nikah bağlayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: A Haber
 
 
 
Ardını oxu...
Dünya şöhrətli müğənni Britni Spirsin ailəsi heç cür onu rahat buraxmır. Ancaq əvvəllər müğənni valideynləri və bacısı ilə ictimaiyyət qarşısında mübahisə edirdisə, indi oğulları Şon və Ceydenlə münaqişə yaranıb. Belə ki, ötən gün gənclər açıq müsahibə verərək anaları ilə çətin münasibətlərindən danışıblar.

Britninin cavabı özünü çox gözlətməyib. 40 yaşlı müğənni “Instagram”a təxminən üç dəqiqəlik səs yazısı yükləyib və orada oğullarının da o biri ailəsi kimi olduğunu bildirib. İfaçının sözlərinə görə, uşaqları ona elə baxırlar ki, elə bil o, xəstədir. Britni övladlarına ataları Kevin Federlayna hələ də pul ödədiyini xatırladıb.

Kiçik oğlu Ceydenin Britninin atası Ceymi Spirsin hərəkətlərini müdafiə etməsi isə onu xüsusilə incidib.

“Beləliklə, Ceyden, bütün ailəmin həmişə etdiyi kimi, sən də “ümid edirəm ki, yaxşılaşar” və “onun üçün dua edəcəyəm” sözləri ilə məni qınayırsan... Nə duası edəcəksiniz? Atanıza ayda 40 min pul verməyə davam etmək üçünmü mənim yaxşılaşmağımı istəyirsiniz?” - deyə o bildirib.

Britni onu da qeyd edib ki, ideal ana olmasa da, oğulları ilə münasibət qurmaq üçün ciddi səylər göstərir. Halbuki uşaqları vaxtın bitməsinə iki saat qalmış onu tərk edir və səmimi söhbətlərdən yayınırlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Elle
 

 
Ardını oxu...
 
Aktrisa Oksana Rəsulova əri Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb.
Bizim media xəbər verir ki, bir il əvvəl kəbinini pozan Oksana sosial şəbəkə hesabında paylaşdığı qəmgin statusları ilə diqqətləri üzərinə cəmləyib. 
"Özünüzü pis hiss etdiyiniz zaman sadəcə boğulmadığınızı təsəvvür edin. Xilas olunmağınızı gözləməyəcəksiniz, elə deyilmi? İndi dəstəyi gözləməyin. Özünüzü qoruyun. Heç kim sizi xilas etməyəcək. Sevdiklərinizdən alınan zərbə başqasınınkındən yüz qat daha ağrılıdır", - deyə O.Rəsulova yazıb. 
Qeyd edək ki, O.Rəsulova ilə Ş.Əbilov ötən il verilişlərin birində evli olduqlarını açıqlamışdılar. Cütlüyün dörd yaşlı Osman adlı oğlan övladı var.  
Oksana Rəsulova illər əvvəl repçi Elşad Xose ilə də evli olmuşdu. Daha sonra cütlük qalmaqallı şəkildə boşanmışdılar.
 

Dünyapress TV

Xəbər lenti