Ardını oxu...
Xəbər verdiyimiz kimi, aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrıldığını elan edib. O bildirib ki, kəbinləri 1 il əvvəl pozulsa da, bunu indi açıqlayır.

DİA.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, cütlüyün boşanma xəbərinə üzülənlər olsa da, bütün bunların şou olduğunu deyənlər daha çoxdur.

Maraqlıdır ki, Oksana ilə Şəhriyar 4 ildir evli olduqlarını hələ ötən ilin noyabrında, yəni 10 ay əvvəl açıqlamışdı. Son statusunda isə 1 il əvvəl ayrıldıqlarını yazıblar. Bir il öncə ayrılan cütlük necə olur 10 ay əvvəl xoşbəxt ailə olduğunu elan edib və bu müddətdə müxtəlif telekanallarda ideal ailə obrazında müsahibə və məsləhətlər verib?

Cəmi 3 ay əvvəl aktrisa “Xəzər maqazin”ə müsahibəsində ailə həyatından danışaraq evliliyinin saxta olmadığını demişdi: “Şəhriyar çox gözəl insandır. Nə yaxşı ki, həyat yoldaşım və oğlumun atası Şəhriyardır. Həqiqətən də. Evliliyimiz saxta deyil. Gerçək evliliyimiz və gerçək övladımız var. Bir evdə yaşayırıq”.



Şəhriyar da elə həmin ayda “MTV Maqazin”ə müsahibəsində xanımı Oksananın qısqanc olduğunu bildirmişdi.



Ayrı-ayrılıqda müsahibələrlə yanaşı, cütlük həmin ayda Tolikin “Tarixin bir günü” verilişində yenə xoşbəxt ailə həyatlarından danışıb.

Ardını oxu...

Əslində təəccüblü də deyil... Belə ki, Oksana evliliklərini elan etdiyi vaxtda da bir çox məqamlar sual doğururdu. Onlardan ən başlıcası rəqqasənin “həyat yoldaşım Türkiyədə yaşayır, Şəhriyarı da tanıyır” fikirləri idi. Bu haqda ətraflı buradan oxuya bilərsiniz...

Gəzən şayiələrə görə, Oksananın oğlunun atasının adı həqiqətən Şəhriyardır, lakin Əbilov yox... Həmin Şəhriyar isə, Oksananın dediyi kimi, Türkiyədə yaşayır və azərbaycanlı iş adamıdır.

Oksana dünən gecə ayrıldıqları haqda yazdığı paylaşımın şərh bölümünü də bağlayıb. Görünür, izləyicilərinin onun ünvanına nələrin yazacağından xəbərdardır. Sosial şəbəkədəki digər xəbər səhifələrində də bu barədə paylaşım edilib və şərhlərdə izləyicilərin cütlüyün evliliyinin şou olduğuna daha çox inandığı görünür. Onlar, həmçinin “boşanmada” günahı Oksanada görüblər. Qeyd ediblər ki, bu, rəqqasənin dağılan sayca 3-cü ailəsidir.

Əlbəttə, hər iki məşhur simanın şəxsi həyatını gizlətmək haqqı var. Lakin illərlə yalan məlumatlar verib müxtəlif bəhanələrlə tamaşaçıları aldatmaq, doğrunu söyləməmək onlara qarşı hörmətsizlikdir.
 
Ardını oxu...
 
 

 
Aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrılıb.

 

O, bu barədə İnstaqram səhifəsində yazıb:

"Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik və 5 il bundan öncə qərarlaşdıq ki ailə həyatı quraq və kəbin kəsdirdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik və bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Amma təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailə münasibətindən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa cəhd etdik, alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq və biz dost kimi münasibətimizi qoruyub saxlayaq, belə hər ikimiz üçün daha yaxşı oldu.

Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq". 

Qeyd edək ki, Oksana ilə Şəhriyarın evli olduğu ötən ilin noyabrında müğənni Roza Zərgərlinin "Tam vaxtıdır" verilişində üzə çıxmışdı. Onlar 4 ildir evli olduqlarını bildirmişdilər. 
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


"Qafqazinfo"

 

XalqXeber.Az
Ardını oxu...
“Mən xoşbəxt olmağım üçün, övladlarımın xoşbəxt olmağı üçün sənətimdən vaz keçərəm. İnsanların gördüyü səhnə sənətindən söhbət gedir. Kadr arxası işləyərəm. Səhnədə olmaq üçün əyilməmişəm, əymişəm. Ona görə də səhnə məndən küsə bilməz. Çünki səhnəmi mən yaradıram”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra toy bazarından danışıb.

“Kimsə toya məsəlçün 100 manata gedir. Əgər baha gedirsə demək ki, o keyfiyyətli müğənnidir. Həmin müğənnilər ürəklə və səbrlə işləyirlər. Toy çox böyük səbr tələb edir. Kimsə gəlib o qiymətin yarısından da az qiymətə gedir. Ucuz ətin şorbası olmur. Ev yiyəsi o dəqiqə deyir ki, filankəs bu qiymətə gedir, sən də bu qiymətə gəl. Mən deyirəm ki, o qiymətə gələ bilmərəm. Mən böyük ansambl, musiqiçilərlə çalışıram. Necə deyim ki, gəl burdan bölgəyə 50 manata gedək?! Onun evinə çörək aparmalıdır, ailəsi var” deyə müğənni bildirib.

Roza Zərgərli illər öncə atasının ona qoyduğu qadağalardan danışıb.

“Hərbçi ailəsində anadan olmuşam. Atam çox tələbkar insandır. Bizim sənətimizi sevsə də ciddi baxmayıb. Fikirləşib ki, bu peşədə xanım üçün ən gözəli piano müəlliməsi olmaqdır. Tələbkarlıq mənim də xasiyyətimdə var. Uşağı necə tərbiyyə edirsənsə, elə də gedir. 22 ildir sənətdəyəm, bu müddət nə azdır, nə çox! 10-15 il bundan öncə 40-42 yaşında insan görəndə deyirdim ki, artıq səhnədən getmək vaxtıdır. Fikirləşirdim ki, qoy cavanlar önə getsin. İndi özüm 40 yaşı adlamışam, deyirəm ki, həyat indi başlayır. Yəqin ki, hər yaşda belə deyəcəm” deyə müğənni bildirib.
Ardını oxu...
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) azercell-dən şikayətlənib.

Editor.az xəbər verir ki, o, bilmədən ona borc yazıldığını iddia edib:

“Azercell-ə zəng etmişəm. İş nömrəm var, istifadə etmirəm. Balansımda 50 manat pul var idi. Zəng vurdum ki, onu aktiv edim, çünki artıq istifadə olunacaq. Deyir ki, sizin 106 manat borcunuz var. Deyirəm, necə olur? Cavab verdi ki, bilmədən 291 meqabayt internet istifadə etmisiniz. Bunun qiyməti 106 manatdır. Özü də 3 manatlıq tarifdə. Ayda 50 geqabaytı 30 manata alıram. Bunlar əgər internetin yoxdursa, istifadə edilirsə, 291 meqabayta 106 manat borc yazırlar. Bu pulu sizə ödəyəcəm, amma halal etmirəm. Haram xoşunuz olsun. İnsanları belə aldadırsınız”.

 
 
 
Ardını oxu...
“Miss Azerbaijan 2019″un qalibi model Səmra Hüseynova paylaşımı və açıqlaması ilə gündəmə “od” qoyub.

Teref.az bizim media-ya istinadən xəbər verir ki, model hamam otağında vannada çimərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Səmra günlərdir hərəkətlərinə və açıqlamalarına görə izləyicilər tərəfindən linç olunması ilə bağlı videoaçıqlama da yayıb.

“Baxıram ki, bütün gündəmi zəbt eləmişəm. Siz oturub, məni söyürsüz. Mən də vannada oturub, keyfimi çıxarıram” – deyə S.Hüseynova bildirib.

 
 
 
Ardını oxu...
 
 

 
Müğənni Nadir Qafarzadənin başı ustalarla dərtdədir.

 

İfaçı bu haqda instaqramında video yayımlayıb. Evini təmir etdirən müğənni ustalardan gileylənib:

“Sizə bir qarğış forması deyim. Heç kimi söylməyim. Bir cümlə deyin: səni görüm işin ustaya düşsün. Ev, maşın ustasına… Bir bunu deyin, bəsdir. Gedir onunla ömürlük. Ən böyük və bağışlanmaz qarğışdır. 

Adam bu ustalardan nə çəkir”.




 

XalqXeber.Az
Ardını oxu...
Meyxanaçı Namiq Qaraçuxurlu yeni avtomobil alıb.

Sənətçi "Bentley" markalı maşını seçib.

Namiq yeni maşınını instaqram hesabında nümayiş etdirib.

İfaçı eyni zamanda avtomobil nömrəsinin bir hissəsini göstərərək, yarısını gizlədib.

Qeyd edək ki, müğənnilər arasında bundan əvvəl Əməkdar artist Xəyyam Nisanov "Bentley" markalı maşını ilə gündəmə gəlmişdi. 
//axşam.az//



Ardını oxu...
64 yaşlı Şeron Stoun şəxsi həyatından xoşagəlməz əhvalatı sevənləri ilə bölüşüb. Belə ki, məşhur aktrisa gənc sevgilisinin onu botoks iynəsindən imtina etdiyi üçün tərk etdiyini bildirib.


O, etiraf edib ki, üç yüzdən çox “gözəllik iynəsi” vurdurub, lakin 2001-ci ildə baş verən mikroinsultdan sonra öz sağlamlığı üçün plastik cərrahiyyə ilə bağlı fikirlərini dəyişib.

Aktrisanın son münasibəti haqqında çox az şey məlumdur. O, gənc sevgilisinin adını çəkməyib. Amma mediada yayılan məlumata görə ulduz bir müddət 26 yaşlı reper RMR ilə görüşüb. Onların münasibətlərin cəmi bir neçə ay davam edib.Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mk.ru
 
Ardını oxu...
Rusiyalı müğənni və model Anna Kalaşnikova sevgilisinin xəyanət etdiyi ilə bağlı şayiələrdən sonra halı pisləşib, o, insult şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl sosial şəbəkədə Kalaşnikovanın üç il münasibətdə olduğu sevgilisi bankir İvan Semyonovun Rusiyada tanınmış aparıcı, müğənni, aktrisa və dizayner Olqa Buzova ilə tədbirlərin birində səmimi görüntüləri yayılıb. Bundan əlavə, Semyonovun ona milyonlarla qiyməti olan hədiyyələr verdiyi öyrənilib.

Məlumata görə, Kalaşnikova yaşananların fonunda depressiyaya düşüb, bu gün isə Moskvada xəstəxanaların birinə yerləşdirilib.

“Təzyiqi çox düşüb. Hələ ki, müayinədədir. Daha sonra ətraflı məlumat olacaq”, - deyə artistin qardaşı Konstantin Kalaşnikov bildirib.Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Mənbə: Pro Zvezd
 
 
 
Ardını oxu...
Türkiyənin məşur pop müğənnisi Aleyna Tilki sevgili olduğu deyilən reper Uzi ilə çəkdirdiyi fotosunu paylaşıb.

Tilki məşhur reperin ad gününü “Instagram” hesabı ilə qeyd edib.

Sosial media hesabında tez-tez paylaşım edən məşhur adlar arasında olan Aleyna Tilki ilk dəfə sevgilisi ilə poza verib.

Onun paylaşdığı fotolar və ifadələr sosial mediada gündəm olub.

Uğurlu sənətçi öz paylaşımında Uzini də işarələyərək , “Sən tanıdığım ən səmimi insanlardan birisən. Ürəyinin və hekayənin dərinliyinin qarşılığı bir ömür firavan yaşamaqdır. Ad günün mübarək”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti