Əhali kasıblayır: Çıxış yolu maaş və pensiya artımıdır, ancaq...
Azərbaycanda 12 aylıq inflyasiya 20,3%, əhalisinin gəlirlərinin artım tempi isə 20% təşkil edib.

Bununla da inflyasiya əhalinin artan gəlirlərini tamamilə silib.

Belə ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatının ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20% artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Həmçinin, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətlərindəki inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq malları üzrə 7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,1 faiz artıb.

Cari ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 20,3 faiz artıb.

Göründüyü kimi, əhali artan inflyasiya qarşısında çətin vəziyyətlə üzləşir. Bunun qarşısını alınmaq üçün hansı addımlar atılmalıdır? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hazırda inflyasiya yüksəkdir:

"İnflyasiya əhalinin gəlirlərinin artımını yeyir. Gəliri və maaşı artmayan bir çox özəl sektor şirkətlərinin işçiləri daha da kasıblaşırlar. Amma hər şeyi dövlətdən gözləmək də bir qədər çətindir. Çünki bazar iqtisadiyyatıdır və iqtisadiyyatın böyük hissəsi də özəl sektordur. Özəl sektorun da qiymətləri artırması elə inflyasiyanın artmasına səbəb olur. Amma özəl sektor da material qiymətləri həddindən artıq bahalaşdığı üçün çətin vəziyyətdədir. Pandemiya və Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdən dünya əhalisi əziyyət çəkir. Həmçinin, bunlara görə Azərbaycan əhalisi də kasıblaşır. Yəni kim inflyasiyadan sonra gəlirlərini artıra bilməyibsə əziyyət çəkir".

Ekspert bildirib ki, hökumət daha çox əhalinin aztəminatlı təbəqəsinə dəstək verməlidir:

"Əhalinin gəlirlli az olan, sosial cəhətdən həssas təbəqəsi diqqət mərkəzində olmalıdır. Az əməkhaqqı alanların və təqaüdçülərin inflyasiyadan daha çox əziyyət çəkməməsi üçün minimum əməkhaqqın və minumum pensiya həddinə yenidən baxılmalıdır. Yəni bu məsələlərə diqqət olunmalıdır. Amma ümumi olaraq hökumətin inflyasiyanı dayandırması qeyri-mümkündür. Mənbə olmadan sadəcə neft pulu hesabına da əhalinin əməkhaqlarının artması dayanıqlı deyil. Bu da gələcəkdə ölkə üçün çətin vəziyyət yarada bilər. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunduğu üçün dünyada yaranan çətinlikləri dərhal hiss edir".

Bölmənin digər xəbərləri

17 May 2025 Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
17 May 2025  "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
17 May 2025 "Vaxt var idi kiloqramla alınırdı, indi isə mağazalarda qramla satılır" - Günay Hüseynova
16 May 2025 Saatlı sakini əlillik təyinatının düzgün aparılmadığını iddia edir, amma... - RƏSMİ REAKSİYA
16 May 2025 Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
15 May 2025 Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək - Bu il 1000 mənzil kimlərə veriləcək?
15 May 2025 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır?
14 May 2025 Bakıda evlər ucuzlaşacaq? - Rəsmi AÇIQLAMA
13 May 2025 Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
13 May 2025 Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
12 May 2025 Ali məktəblərə keçid balları arta bilər - Video
11 May 2025 Az büdcə ilə necə bahalı görünmək olar?
10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar

Dünyapress TV

Xəbər lenti