"Tənzilə Rüstəmxanlı düz deyir, Fars xurafatları təəssüf ki, ölkəmizdə dinə çevirib." - İLAHİYYATÇI
“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Tarix: Bu gün, 09:46 | Çap et
“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur”
“Söhbət İslamdan gedirsə, bu dində “salavat çəkilməsi” anlayışı yoxdur. Salavat çəkilmir yaxud çevrilmir. Xaç çevirmək var o da xristianlardadır. Salavat Peyğəmbərə salam göndərməkdir. Mənası belədir: “Allahım, Muhəmməd peyğəmbərə və ailəsinə salam göndər, necə ki, İbrahim peyğəmbər və onun ailəsinə göndərdin”.

Bunu Redaktor.az-a açıqlamasında ilahiyyaçtı Tural İrfan deyib.

O, İslam dinində olan salavatın Peyğəmbərdən başqa kimsəyə aidiyyatı olmadığını bildirib:

“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur. Nə şəhidlərə, nə də başqa bir şəxsə. O mərhumlar üçün dua etmək, onlara salam göndərmək olar. Yoxsa salavatın Peyğəmbərdən başqasına aidiyyatı yoxdur. Fars xurafatları təəssüf ki, ölkəmizdə dinə çevirib. Tənzilə Rüstəmxanlı düz deyir. Yas yerlərində, ziyarətlərdə bir dəstə var ki, xaricdən mayalanan fars ideoloji-siyasi düşüncəsini, pərəstiş etdiyi şəxsləri duanın, salavatın arasına dürtüşdürür. Şəhidlərə vəfat etmiş axundun nə dəxli? Azərbaycanda yüzlərlə ziyalı axund vəfat edib. Vaxtilə axund Əbu Turab olub ki, indikilər onun ayağının tozu olmaz. Sadəcə cahil bir təbəqə var ki, Allaha yox, şəxsiyyətlərə pərəstiş edirlər. O şəxsiyyətləri də qəsdən harada gəldi, yerli – yersiz oraya atırlar. Bu, doğru deyil. Şəhidlərə dua etmək başqadır, Peyğəmbərə salavat göndərmək başqadır, digər şəxsin ruhuna dua etmək isə tam başqadır”.

İlahiyyatçı bu cür şeylərin dinimizə farslardan keçdiyini bildirib:

“Salavat duadır və oxunur. Salavat çəkilmir, çevrilmir, nə də sağ əl üzə çəkilmir. Bu, təkcə bizim əhali arasındadır. Bu isə bizə də farslardan keçib. Müsəlman dua edərkən hər iki əlini üzə çəkir. Qədim farslar isə ikitanrılı olduqları üçün sol əl şər tanrısı Əhriməni, sağ əl də xeyir tanrısı Ahuraməzdanı təmsil edirdi. Ona görə də xeyir istəyərkən dağ əli üzə çəkirdilər. Yəni, sözü gedən mübahisənin, kiməsə “salavat çəkməyin yaxud göndərməyin” İslama dəxli yoxdur. Ölü üçün, istər şəhid olsun, istər digəri, yalnız dua etmək, Quran oxuyub savabını ona ətf etmək olar. Salavatı fars yönlülər siyasi parol və şüar olaraq istifadə edirlər. Ona görə də başqalarının adına salavat çəkmək fikri ortaya çıxıb. Yəni, məqsəd Peyğəmbərə salam yollamaq deyil, məqsəd kiminsə qəsdən adını çəkib etiraz yaratmaqdır. Yəni, dinin atributlarından sui-istifadə etmək. Dini camiəmiz hələ o qədər geridə qalıb ki, Quranı üzündən oxuya bilmir, amma ölülələrə pərəstiş edir, özünü dindar göstərib dinə qarşı ikrah yaradır. Belə olmaz. Birmənalı təbliğat sağlam aparılmalıdır. Biri yönünü İrana, biri də Turana çevirir. Belə olarsa vəhdət, həmrəylik qalmaz. Hamı bir hədəfə yönəlməlidir. Dövlətin, dövlətçiliyin, xalqımızın dəyərlərinin yanında olmalıdır bütün inanclılar. Din məhəbbət və mərhəmətdir. Amma bəziləri nifrət və təfriqə salırlar. Bunlar da İrandan təsirlənən təbəqədir”.

Qeyd edək ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
 

Bölmənin digər xəbərləri

14 Yanvar 2025 "İslamda musiqi kökündən haram hesab edilmir, lakin..." - İlahiyyatçıdan İLGİNC ŞƏRH
08 Yanvar 2025 Azərbaycanın üç gəmisi heyətlə birgə GİROV GÖTÜRÜLÜB
02 Yanvar 2025 Sülh üçün mübarizə aparın - Papadan ÇAĞIRIŞ
28 Dekabr 2024 Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib
23 Dekabr 2024 İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı
23 Dekabr 2024 İranda daha bir din xadimi həbs edildi
22 Dekabr 2024 Vatikan Papanın özünü yaxşı hiss etmədiyini bildirib
12 Dekabr 2024 Dəhşətli olay: Keşiş yüzlərlə uşağa bu adada təcavüz etdi
11 Dekabr 2024 Təriqət başçısının xain sözlərinə sərt – reaksiya
15 Noyabr 2024 Şeyxin dini liderlərlə Bakıda çəkilən fotosu gündəm oldu
12 Noyabr 2024 Belə bir dünyada yaşamaq bizə xoş gəlməyəcək
09 Noyabr 2024 KURAN’DAKİ AKIL VE BİLİM DIŞILIKLAR
08 Noyabr 2024 Şeyx dəvət göndərmədi, Qaregin“intiqam” qərarı verdi
31 Oktyabr 2024 Bu ölkədə nə baş verir? - Bir gündə iki jurnalist öldürüldü
28 Oktyabr 2024 İslamda oğlanbazlıq hardan gəlmiş
23 Oktyabr 2024 Əhalinin dini inancının ən yüksək olduğu 5 ölkə – SİYAHI
16 Oktyabr 2024 "Dini kəbin heç Quranda da yoxdur" - Elşad Miridən QALMAQALLI AÇIQLAMA VİDEO
14 Oktyabr 2024 Muhammed'in kızı Fatma 10 yaşında iken Hz Ömer 52 yaşındadır.
17 Sentyabr 2024 Batin alimi yazır: Həcc haqqında bilmədiyimiz sirlər
24 Avqust 2024 "Taliban"dan yeni qərar: "Quran oxuyan qadının səsi də qadağandır"

Dünyapress TV

Xəbər lenti