Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian ölkədəki yanacaq qaçaqmalçılığına toxunub.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

"Özümlə nə qədər çox mübarizə aparsam, bir o qədər də görürəm ki, bu cür resursların israfına görə xalq qarşısında cavabım yoxdur", - deyə M.Pezeşkian vurğulayıb.

M.Pezeşkian əlavə edib ki, bu qədər yanacaq qaçaqmalçılığı fonunda insanların enerji istehlakını idarə etmək üçün hökumətin qaz və elektrik enerjisini kəsməsini qəbul etməməsi təbiidir.
 

 


Ardını oxu...
Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.

Bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

“İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol barəsində verilib”, - qurumdan bildirilib.
 

 

Ardını oxu...
  

Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından qovulan deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun genişləndirilmiş iclasını elan edib.

“Mən ölkəmə və cəmiyyətimə faydalı ola biləcəyimi hiss edirəm. İnanıram ki, təcrübəm dövlətin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək”, - Ağazaryan bildirib.

O əlavə edib ki, “Mülki Müqavilə”nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulub, lakin onların adlarını hələ açıqlamayıb.

Daha əvvəl məlum olub ki, Ovik Ağazaryan “Mülki müqavilə” Partiyasından çıxarıldıqdan sonra siyasi birliyini yaratmaq qərarına gəlib. Ona parlamentin daha bir deputatı, hakim “Mülki müqavilə” fraksiyasından xaric edilən Akop Aslanyan da qoşulub. Ağazaryan qeyd edib ki, müzakirələrdən sonra partiyanın konsepsiyasında dəyişikliklər mümkündür. Əvvəlcə yeni siyasi qüvvə “Vahid Milli Sosialist Partiyası” adlanırdı.

Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş vermişdi və az qala davaya çevrilmişdi. Bundan az sonra Kyaramyan da bir sıra digər yüksək vəzifəli məmurlar kimi vəzifəsindən uzaqlaşdırılıb. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib.

Ağazaryan istefa verməkdən imtina edib. “Mülki müqavilə”dən ayrıldıqdan sonra bitərəf deputat olub. Baş nazir Nikol Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum olunmasını tələb edib. Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb, bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.//Report

Ardını oxu...
Hurriyyet.az Türkiyənin "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, 1999-cu ildən bəri İmralı adasındakı həbsxanada saxlanılan terrorçu Abdulla Öcalan PKK terror təşkilatına çağırışla çıxış etməyə razı olub.
Qəzetin yazdığına görə, bu barədə terrorçulara yaxın olan Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM partiyası məlumat verib. Partiya fəalları Öcalanla həbsxanada görüşüblər.
Bəlli olduğu kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Devlet Bahçeli Öcalanın parlamentə gedib PKK-nı silahları yerə qoymağa çağırış etməsini təklif etmişdi. Bu təklifi Türkiyə Prezidenti R.T.Ərdoğan da dəstəkləyib.
Öcalan təkliflə razılaşdığını bəyan edib.
 
Ardını oxu...
“Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırdır, lakin onlar yerlərdə real vəziyyəti nəzərə almalıdırlar”.

“Report” xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində deyib.

“Biz danışıqlara hazırıq, lakin onlar Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəldilməlidir”, - deyə nazir bildirib.
 
Ardını oxu...
Yaxın günlərdə ABŞ Konqresində “Gürcü arzusu” hökumətinin tanınmaması ilə bağlı qanunvericilik aktına start veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson məlumat verib.

“Gələn həftə mən ABŞ-ın Gürcüstandakı qeyri-qanuni diktatura rejimini tanımasını qadağan edən “Gürcüstan kabusu”nun tanınmaması haqqında qanunu təqdim edəcəyəm”, - deyə Wilson sosial media hesabında yazıb.

Onun sözlərinə görə, qanun layihəsində hazırkı prezident Salome Zurabişvilinin “azad və ədalətli seçkilər keçirilənədək Gürcüstanın yeganə legitim lideri” kimi tanınması təklif ediləcək.
 
 
 
Ardını oxu...
Rusiya ATƏT-in Minsk Qrupunun buraxılmasına razılığını Zaxarovanın dili ilə ifadə etdi.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Aşotyan Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib” sözlərini şərh edərkən deyib.

O bildirib ki, bu, Azərbaycan liderinin ilkin şərtlərindən biridir və artıq icra olunmaqdadır.
 
Ardını oxu...
Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putin və Kasım Jomart Tokayev arasında telefon danışığı olub.

Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dövlət başçıları dekabrın 25-də Aktau şəhəri yaxınlığında göyərtəsində Rusiya və Qazaxıstan vətəndaşlarının da olduğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər.

"Tərəflər ondan çıxış edirlər ki, baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan" qara qutu"ların oxunmasına Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf xarakter daşıyacaq.

İki ölkə liderlərinin həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün müvafiq mövzular üzrə daimi təmasda olacağı açıqlanıb", deyə Kremlin məlumatında qeyd olunub.\\Ölkə.az
 
Ardını oxu...
ABŞ Gürcüstanın hakim partiyasının qurucusu İvanişvilini sanksiya siyahısına salıb.

Demokrat.az xəbər verir ki, buna səbəb İvanişvilinin Rusiyanın xeyrinə ölkənin gələcəyinə zərbə vurması olub.

Ukrayna prezidenti Vladimir Zelenski qərarı alqışladıqlarını bildirib:

“İvanişvili bu gün Tbilisidə faktiki hökmdardır. Gürcüstanın Putinin nəzarətinə keçməsi üçün əlindən gələni edir. Bölgəmizdə hər hansı bir ölkənin itirilməsi bir xalq üçün demokratiyanın məhvi deməkdir. Rusiya təsirinin yayılması bütün region və bütün xalqlar üçün təhlükədir”.
 
 
 
Ardını oxu...
25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası Azərbaycan və Rusiya arasında ciddi müzakirələrə səbəb oldu. “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması hadisəsi yalnız texniki qəza kimi dəyərləndirilmir. Musavat.com təhlilçisi bildirir ki, hadisə baş verən andan Azərbaycan tərəfinin operativ reaksiyası və məsələni beynəlxalq səviyyədə qaldırması bu faciənin ətrafında müzakirələrin daha dərindən aparılmasına şərait yaratdı.

Hadisədən 3 gün sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı baş verənlərə görə üzrxahlığını bildirdi. Putin faciənin Rusiya hava məkanında baş verməsi səbəbindən məsuliyyət hiss etdiyini vurğuladı və həlak olanların ailələrinə başsağlığı verdi. Danışıqda vurğulandı ki, Azərbaycan təyyarəsi Qroznı hava limanına enməyə çalışarkən, həmin bölgədə Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarını dəf etmək üçün Rusiya Hava Hücumundan Müdafiə sistemləri aktivləşdirilib. Məhz bu zaman təyyarə təsadüfən hədəf alınıb.

Putinin bu üzrxahlığı və hadisənin detallarını açıqlaması ilk baxışdan Rusiya tərəfinin məsuliyyətə yanaşması kimi görünsə də, məsələnin hüquqi və kompensasiya tərəfi hələ də açıq olaraq qalır.

Hadisənin ilk anından Azərbaycan tərəfi məsələyə operativ şəkildə yanaşdı. Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində beynəlxalq ictimaiyyətə və yerli mediaya dəqiq və real məlumatlar çatdırıldı. Azərbaycanın nazirləri dərhal qəzanın baş verdiyi əraziyə göndərildi və oradan əməliyyat çəkilişləri yayıldı. Baş Prokurorluğunun nümayəndələri isə Rusiyaya göndərildi və hadisənin obyektiv araşdırılması üçün Moskva ilə israrlı əməkdaşlıq başladı.

Azərbaycan hökumətinin bu çevik addımları həm məsələni beynəlxalq diqqət mərkəzində saxladı, həm də təyyarənin vurulmasının təsadüfi olmadığını göstərən müəyyən şübhələrə aydınlıq gətirilməsi zərurətini ortaya qoydu.

Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılması və ilkin istintaq tədbirlərinin görülməsi təqdirəlayiq addımdır. Lakin bu hadisənin tam obyektiv şəkildə araşdırılması üçün günahkarların cəzalandırılması və məsuliyyətə cəlb olunması tələb olunur. Azərbaycan tərəfi, həmçinin, təyyarənin vurulmasına görə kompensasiyanın ödənilməsini gözləyir.

Bu məsələdə əsas məqam Azərbaycanın suveren hüquqlarının qorunmasıdır. Rusiya tərəfi hadisəni “pilotsuz uçuş aparatlarının hücumlarını dəf etmək üçün texniki səhv” kimi izah etsə də, bu, məsuliyyətdən yayınmağa əsas vermir.


Azərbaycan tərəfinin prinsipial mövqeyi bu məsələdə ədalətin bərpa olunması üçün mühüm rol oynayır. Günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi təkcə Azərbaycan ailələri üçün deyil, beynəlxalq hüququn aliliyinin qorunması üçün də vacibdir.

Bu hadisə həm də göstərdi ki, Azərbaycan dövlətinin operativ və qətiyyətli reaksiyası beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Azərbaycan tərəfi təkcə üzrxahlıqla kifayətlənməyəcək və bu məsələnin sonadək ədalətlə həll olunması üçün mübarizəsini davam etdirəcək.
Yekunda: Rusiyanın Prezidenti Vladimir Putin’in Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək üzr istəməsi sadəcə bir dövlət başçısının üzrxahlığı kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda, Azərbaycanın yüksək dövlət həmrəyliyi, xalq-dövlət birliyi və beynəlxalq səviyyədə sərgilənən prinsipial mövqeyinin nəticəsidir.

Azərbaycan xalqı, dövlət rəhbərliyi və hökumətinin birgə göstərdiyi qətiyyət, bu hadisəyə operativ yanaşması və ədalət tələb edən prinsipial mövqeyi Rusiyanın üzrxahlığını zəruri etdi. Vladimir Putin bu addımı atmaqla təkcə bir insidentə görə məsuliyyəti qəbul etmədi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu və gücünü bir daha etiraf etmiş oldu.

Azərbaycanın güclü həmrəyliyi və dövlət rəhbərinin qətiyyətli addımları Rusiyanı, öz mövqeyini və nüfuzunu daha da itirməkdən çəkinərək belə bir jest etməyə vadar etdi. Bu, Azərbaycanın prinsipial mövqeyinin və beynəlxalq hüququn qorunmasında öz ədalətini təmin etmək gücündə olan bir dövlətin nümunəsidir.

Hadisə göstərdi ki, Azərbaycan yalnız bir dövlət olaraq deyil, həm də həmrəyliyi və xalq-dövlət birliyi ilə beynəlxalq arenada öz mövqeyini qətiyyətlə müdafiə edə bilən bir ölkədir. Bu, təkcə üzrxahlıqla kifayətlənməyəcək, həm də ədalətin bərpa olunması üçün mübarizənin davam etdiriləcəyinin bir göstəricisidir.

Musavat.com
 

Dünyapress TV

Xəbər lenti