b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_8eeb72a53bd4fc53099acaf63bbfe432.jpg
  

Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından qovulan deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun genişləndirilmiş iclasını elan edib.

“Mən ölkəmə və cəmiyyətimə faydalı ola biləcəyimi hiss edirəm. İnanıram ki, təcrübəm dövlətin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək”, - Ağazaryan bildirib.

O əlavə edib ki, “Mülki Müqavilə”nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulub, lakin onların adlarını hələ açıqlamayıb.

Daha əvvəl məlum olub ki, Ovik Ağazaryan “Mülki müqavilə” Partiyasından çıxarıldıqdan sonra siyasi birliyini yaratmaq qərarına gəlib. Ona parlamentin daha bir deputatı, hakim “Mülki müqavilə” fraksiyasından xaric edilən Akop Aslanyan da qoşulub. Ağazaryan qeyd edib ki, müzakirələrdən sonra partiyanın konsepsiyasında dəyişikliklər mümkündür. Əvvəlcə yeni siyasi qüvvə “Vahid Milli Sosialist Partiyası” adlanırdı.

Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş vermişdi və az qala davaya çevrilmişdi. Bundan az sonra Kyaramyan da bir sıra digər yüksək vəzifəli məmurlar kimi vəzifəsindən uzaqlaşdırılıb. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib.

Ağazaryan istefa verməkdən imtina edib. “Mülki müqavilə”dən ayrıldıqdan sonra bitərəf deputat olub. Baş nazir Nikol Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum olunmasını tələb edib. Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb, bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.//Report

Bölmənin digər xəbərləri

03 Yanvar 2025 D8 Azərbaycana nə vəd edir?
03 Yanvar 2025 Bakının sərt etirazına Tehrandan cavab
03 Yanvar 2025 Niyə hazırda Rusiya ilə danışıqlar mümkün deyil? – Podolyak izah etdi
03 Yanvar 2025 Zelenski Suriya ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir
02 Yanvar 2025 İranla Britaniya, Almaniya və Fransa danışıqlarının yeni raundunun tarixi açıqlanıb
02 Yanvar 2025 Azərbaycan İrana nota verdi
01 Yanvar 2025 İlham Əliyevdən Ermənistan rəhbərliyinə XƏBƏRDARLIQ
01 Yanvar 2025 İran prezidenti: "Özümlə mübarizə apardıqca görürəm ki, xalqa heç bir cavabım yoxdur"
01 Yanvar 2025 Cənubi Koreya Prezidenti barədə həbs qərarı çıxarılıb
30 Dekabr 2024 Terrorçuların lideri Türkiyə parlamentində çıxış edəcək
29 Dekabr 2024 Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
29 Dekabr 2024 ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
29 Dekabr 2024 Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
29 Dekabr 2024 Putin Tokayevlə nə danışıb?
29 Dekabr 2024 “İvanişvili Gürcüstanın Putinin nəzarətinə keçməsi üçün əlindən gələni edir”
29 Dekabr 2024 Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
28 Dekabr 2024 Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM
28 Dekabr 2024 Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
28 Dekabr 2024 Gürcüstanın iki prezidenti var... - Zurabişvili işləməyə davam edəcəyini bildirir
27 Dekabr 2024 Trampın komandasındakı texnologiya maqnatları onun siyasətlərinə təsir edəcək

Dünyapress TV

Xəbər lenti