Şahbaz Xuduoğlunun bir təklifi ilə silkələnən YER-GÖY...
Nə qədər ki, ölkədə haqsızlıq, qanunsuzluq, rüşvət, korrupsiya meydan sulayacaq , o qədər də bədbəxt olacağıq, səmimiyyət olmayacaq, milli-mənəvi böhran dərinləşəcək, yalan, yaltaqlıq və riyakarlıq ətrafı bürüyəcək, xırda və ya yekə oğurluqları sığortalamaq üçün süni vətənşüvənlik, dilşüvənlik, millətşüvənlik təmayülləri baş alıb gedəcək...
Nəşriyyat direktoru Şahbaz Xuduoğlunun yanlış fikri haqlı narazılıqlara səbəb olsa da, əslində, təhqirsiz-filansız bir neçə sanballı arqumentlərlə narazılığın bildirilməsi kifayət idi, çünki onun hisslərə qapılıb irəli sürdüyü təklif qətiyyən ağlabatan deyildi və düzü, bunu çox adam heç təklif də saymadı, kitab alveri getməyən naşirin çarəsiz vurnuxmaları kimi səciyyələndirdilər. Bütün hallarda anlaşılmazlığa görə xalqdan üzür istəyəcəyi halda onu başa düşmək olar. Bununla yanaşı nəşriyyat direktorunun söylədiyi fikrə təhqirlərlə cavab verilməsi qəbuledilməzdir.
Təhqirin, hiddətin tək səbəbinin Xuduoğlunun fikri ilə əlaqəlndirilməsi də sadəlövhlük olardı. Onun həyata keçmək şansı sıfır olan təklifi bəlkə də çoxunu maraqlandırmır. Adam əlində yüksək səlahiyyəti olan nazir deyil, deputat deyil, yüksək səlahiyyətli bir administrasiya rəhbəri deyil. Olsa-olsa, ictimai fikrə təsir edə bilərdi, o da alınmadı.
Digər tərəfdən, eşitdiyim qədər şəxsin elə bir ikrahdoğurucu xarakteri, ya fizionomiyası da yoxdur ki, işini-peşəni buraxıb gecə-gündüz ona ikrah edəsən. Adam kitab çap edir, satışından az, ya çox gəlir götürür ki, bu da onun doğal haqqıdır. Yəqin inanır ki, dövlət dilini Anadolu türkcəsi etsək, kitabları yaxşı satılacaq və yaxşı qazanacaq. Buna hətta nəşriyyat direktorunun qazanc sərgüzəştləri, yaxud "bir naşirin nakam arzusu" da demək olar.
Bəs münşirə qarşı bu qədər qəzəb və hiddət nədəndir? Əslində, bu, hiddət üçün səbəb yox, bir bəhanə ola bilər. Sosial zülmdən, haqsızlıqdan cana-boğaza yığılmış insanlar dərdlərini çırpmağa, qəzəblərini ifadə etməyə yer axtarırlar.
Gözlərinin qabağında baş verən haqsızlıqlara etiraz etməkdən qorxub çəkinən zavallılar təhlükəsiz, sadə və ucuz başa gələn bir fürsət axtarırlar ki, özlərini ifadə edib azacıq yüngülləşsinlər. Bu mənada Şahbaz müəllim işə yaradı

Dünyapress TV

Xəbər lenti

© 2016 www.dunyapress.info - Bütün hüquqlar qorunur.

Təsisçi və Baş redaktor: Natiq Şakiroğlu Mob: (+99470) 275 49 99

Sürücü:Pərviz Nəsirov

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.