Kıvançın yardım kampaniyasındakı sözləri gündəm oldu - VİDEO
Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən bir sıra televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı yardım kampaniyası çərçivəsində ortaq yayım ediblər.

Teref.Az bizim media-ya istinadən xəbər verir ki, qardaş ölkənin bir sıra məşhur simalarının yer aldığı canlı efirə aktyor Kıvanç Tatlıtuğun studiyaya gəlməsi gündəm olub.

Aktyor studiyada əyləşmək üçün bir neçə dəqiqə ayaq üstə qalmalı olub. O, bu müddətdən istifadə edərək önündə əyləşən həmkarları ilə söhbət edib.

Daha sonra özünə yer tapan Kıvança canlı efirdə söz verilib. Tatlıtuğ ölkəsində baş verən təbii fəlakəti bu sözlərlə ifadə edib:

"Başınız sağ olsun. Bu bir fəlakətdir. Həyatım boyunca ürəyim fiziki olaraq bu qədər heç zaman ağrımayıb".

Sənətçinin bu sözlərinə isə aparıcı "Canlı bağlantımız kəsiləcək, lütfən rəqəmi açıqlayın" kəlməsini dilə gətirib.

Həmin anlar isə sosial şəbəkələrdə paylaşılaraq "trend" olub.

Qeyd edək ki, K.Tatlıtuğ birinci dəfə 200 min lirə, ikinci dəfə isə 950 min lirə "AHBAP" dərnəyinə pul köçürüb.

 
 
 

Dünyapress TV

Xəbər lenti