BABƏK BARƏDƏ YENİ FAKTLAR.
100 səhifəlik elmi əsərində HƏMZƏ VƏLİ sübut edir ki, Babək, özünün son döyüşlərini (938-939-cu illər) Qafanın Pir Davidan kəndindəki Gəzbel dağının üstündəki, ermənilərin indi özlərinə çıxıb, "Davidbek" adlandırdıqları qalada keçirib. Əfsus ki, o, Kəleybərdəki BƏZZ qalasını inkara vardırıb, GƏZBEL dağındakı qalanı GƏZZ kimi qısaldaraq, onu BƏZZ kimi qəbul edirdi.
Həm də sonda Babəki Samarrada deyil, Nüvədi-Astazur ərazilərində öldürtdürür və "Baba Hacı" adlı Nüvədi dağlarındakı orta əsrlərə aid məqbərədə dəfn elətdirirdi. Bununla bərabər, o, çoxlu tarixi dəlillərə və mövcud coğrafi obyektlərə əsaslanaraq, Babəkin son döyüş səhnələrini elə doğru-düzgün təsvir edib ki, kitabı oxuduqcan, sanki canlı kino lentini seyr edirsən.
O, Babəkin döyüşünü tək bir qalada deyil, Afşin ordusuna qarşı apardığı gərgin müqavimət teatrını genişləndirib, Ordubadın Xaraba Gilanından Bərgüşad çayına qədərki ərazilərə atırdı. Və sonda da Astazurun başı üstündəki "Astazur-" və ya "erməni qalasının" sahibi Alban knyazı Səhl İbn-Snbat tərəfindən qonaq kimi qəbul edilərək, ərəb tulalarına təhvil verildiyi səhnəsini dəqiq açırdı.
Kitab qalmaz indiyə. O satışa da qoyulmamışdı. Məndə də özünün avtoimzası ilə yeganə nüsxəsi qalıb.
Şəkildə: Ömrünün son 25 ilini BABƏK XÜRRƏMDİNİN ZƏNGƏZUR-ORDUBAD ərazisindəki döyüş səhnələrinin təsvirini ciggə-ciggə üzə çıxarmış və Nüvədidə Orxon runi yazılı daşı tapıb, qaçhaqaçda onu Bakıya gətirib, sirrlərini oxumuş və "Nüvədi kitabələri" əsərində həmişələşdirmiş Müəllim, Şair, Tədqiqatçı HƏMZƏ VƏLİ.
Kəndimizin qarşısındakı uca SƏNGƏR zirvəsində oturduğu qaya üstündən o çox sevdiyi Nüvədini seyr edir.
*************************************************
Foto Fəxrəddin Əlinindir:
Yazı, böyük tarixçi alimimiz Tariyel Azərtükündür
Teref.az
1674049621_1.jpg
 

Dünyapress TV

Xəbər lenti