"Elə vaxtlar olub ki, çamadanla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Çünki ondan gözəl şey yoxdur".
DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Açıq söhbət" verilişində deyib. Müğənni qazandığı pullardan danışıb. Qasımova gənc ifaçıları da tənqid edib:
"Əgər bir müğənni hamiləliyini, dəniz kənarında çimərlik geyimində özünü nümayiş etdirirsə, ona "həyasız" deyirlər. Yəni həyası olmayan deyirlər və ya fotosessiya edir, cürbəcür pozlarda bunun adı nədir? Gözəl geyinən müğənnilərimizi öpürəm. Amma müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır".