Türkiyə əleyhinə çəkilən filmin nümayişini planlaşdıran "Landmark"ın sahibi kimdir? - ŞOK İSİM
Türkiyənin əleyhinə çəkilən "Odda-İki bacı” filmi Bakıda nümayiş etdirilməyəcək.

CivilAzerbaijan.com xəbər verir ki, bu barədə bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib:

"Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Film uzun illərdir bir-birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə-biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu filmin nümayişinin təşkilatçısı deyil”, - deyə bildirilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_2.jpg
"Odda – İki bacı” filmindən fraqment

Mədəniyyət Nazirliyi də Türkiyəyə qarşı çəkilmiş "Odda – İki bacı” ("Sisters apart”) filmi ilə bağlı açıqlama yayıb. Nazirliyin yaydığı açıqlamada deyilir:

"Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. "Odda – İki bacı” filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Qeyd edək ki, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda – İki bacı” ("Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib. Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark”da nümayiş etdirməyi planlaşdırmışdı.

CivilAzerbaijan.com "Landmark" Biznes Mərkəzi ilə bağlı maraqlı məlumat əldə edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_3.jpg
Nəsrullayeva Nərgiz Müdüroğlu

"Landmark" Biznes Mərkəzi ölkədə ilk biznes mərkəzlərindən sayılır. "Landmark" Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib. "Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Onu da qeyd edək ki, Nərgiz Nəsrullayeva-Müdüroğlu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Nərgiz Nəsrullayeva-Müdüroğlu bu təyinata qədər Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə direktoru, "Regus Business CentreTrading Ltd” Bakı filialında Biznes Mərkəzinin meneceri, "HSBC Bank Middle East” Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifələrində çalışıb.
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti